Ümumi məlumat
- Fənn kodu
- MS-0322Bİ
- Kredit
- 5
- Tələbənin iş yükü
- 150
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- İngilis dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 105 saat - sərbəst iş
Fənn haqqında
Fənn elektromaqnit sahə nəzəriyyəsinin dərinləşdirilmiş bölmələrini — elektrostatik, maqnit və dəyişən elektromaqnit sahələrini, dalğaların yayılmasını, xətlər və dalğaötürənləri, yüksək tezlikli strukturların təhlilini öyrədir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Elektromaqnit sahə nəzəriyyəsinin əsas tənliklərini (Laplas, Puasson, Maksvell, Helmholts) və onların fiziki mənasını izah edir.
CLO 2: Statik və stasionar sahələri kompleks potensial, konform inikas və matris üsulları ilə hesablayır; çoxnaqilli sistemlərin tutum və induksiya parametrlərini təyin edir.
CLO 3: Mühitlərin sərhədində, qeyri-xətti maqnit dövrələrində və yüksək tezliklərdə sahə və enerji proseslərini (sərhəd şərtləri, histerezis, skin effekti, Poytinq vektoru) təhlil edir.
CLO 4: Dalğaötürənlərdə, antenalarda və paylanmış parametrli xətlərdə dalğa proseslərini modelləşdirir; impedans uyğunlaşdırılmasını Smit diaqramı ilə layihələndirir.
CLO 5: Nəzəri modelləri sənaye tətbiqləri (elektrik nəqliyyatı, BMS, ağıllı şəbəkələr, EMC, RF rabitə, enerji keyfiyyəti) ilə əlaqələndirir, qeyri-sinusoidal rejimləri Furye analizi ilə qiymətləndirir və nəticələri təqdimat şəklində müdafiə edir.
Mövzu planı
Mövzu planı hələ dərc edilməyib.
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-5 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-5 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |






