Ümumi məlumat
- Fənn kodu
- MM-0302Bİ
- Kredit
- 5
- Tələbənin iş yükü
- 150
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- İngilis dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 105 saat - sərbəst iş
Fənn haqqında
Fənn elektron və elektrotexniki sistemlərin elektromaqnit uyğunluğunun nəzəri və mühəndislik əsaslarını, maneə mənbələrini, onların yayılma mexanizmlərini, süzgəcləmə, ekranlama və torpaqlama üsullarını, EMU sınaqlarını və normativ tələbləri öyrədir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Elektromaqnit parazitlərin (EMI) mənbələrini, ötürülmə yollarını və həssas qəbulediciləri təsnif edir; EMU-nun əsas anlayışlarını və standartların tələblərini izah edir.
CLO 2: Kapasitiv və induktiv kəsişməni (crosstalk), keçiricilik yolu ilə yayılan və şüalanan emissiyaları riyazi modellər əsasında hesablayır və təhlil edir.
CLO 3: Keçid prosesləri, ildırım impulsları və ESD hadisələrinə qarşı qoruma, torpaqlama topologiyalarını layihələndirir.
CLO 4: Ekranlaşdırma, ekranlı kabellər, EMU filtrləri və korpus rezonanslarının sönməsi üçün mühəndislik həllərini hesablayır və seçir.
CLO 5: Yüksək sürətli PCB-lərdə siqnal və güc tamlığını (SI/PI) təhlil edir, CISPR, FCC, CE və MIL-STD sınaq metodlarını tətbiq edərək nəticələri hesabat və təqdimat şəklində təqdim edir.
Mövzu planı
Mövzu planı hələ dərc edilməyib.
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-5 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-5 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |






