Fənn · Ekologiya mühəndisliyi

İnnovasiya və texnoloji sahibkarlıq — Lean Canvas, Figma (prototip), Jira/Trello

MS-09036 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“İnnovasiya və texnoloji sahibkarlıq — Lean Canvas, Figma (prototip), Jira/Trello” fənni mühəndislik sahələrində yaranan elmi və texnoloji ideyaların innovativ həllərə, prototiplərə və tətbiq oluna bilən sahibkarlıq layihələrinə çevrilməsi prosesini öyrədir. Fənn çərçivəsində innovasiya və texnoloji sahibkarlığın əsas anlayışları, problem və innovasiya imkanının müəyyənləşdirilməsi, istifadəçi və müştəri ehtiyaclarının öyrənilməsi, dəyər təklifinin formalaşdırılması, Lean Startup və Lean Canvas yanaşmaları, texnoloji həllin həyata keçirilə bilməsinin qiymətləndirilməsi, MVP və prototipləşdirmə, Figma ilə rəqəmsal prototip hazırlanması, istifadəçi sınaqları, Agile layihə idarəetməsi, Jira/Trello vasitəsilə komanda işinin təşkili, maliyyələşdirmə, əqli mülkiyyət, risklərin idarə olunması və Pitch təqdimatı nəzərdən keçirilir. Fənn ekologiya, kimya, həyat fəaliyyətinin təhlükəsizliyi və su ehtiyatlarının idarəedilməsi mühəndisliyi sahələrində innovativ layihələrin hazırlanmasına praktik istiqamət verir.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.