Fənn · Ekologiya mühəndisliyi

Rəqəmsal transformasiya və dayanıqlı inkişaf — BPMN/Visio, Power BI; SDG ölçüləri

MS-09026 kreditPayız semestriMəcburi2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

“Rəqəmsal transformasiya və dayanıqlı inkişaf — BPMN/Visio, Power BI; SDG ölçüləri” fənnin işçi tədris proqramı (sillabus) hazırlanarkən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3-29/32-548F/2025 nömrəli, “08” sentyabr 2025-ci il tarixli Əmri ilə fənnin təsdiq edilmiş Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı (çərçivə sənədi) əsas götürülür. “Rəqəmsal transformasiya və dayanıqlı inkişaf — BPMN/Visio, Power BI; SDG ölçüləri” fənni magistratura səviyyəsində təhsil alan tələbələrə rəqəmsal transformasiya proseslərinin nəzəri əsasları, biznes proseslərinin idarə edilməsi (Business Process Management – BPM), BPMN 2.0 notasiya sistemi ilə proseslərin modelləşdirilməsi, Microsoft Visio proqramında proses xəritələrinin hazırlanması, Power BI platformasında məlumatların analitik emalı və vizuallaşdırılması, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (Sustainable Development Goals – SDGs) ölçülməsi və monitorinqi sahəsində əsas anlayışların, nəzəri biliklərin və praktik bacarıqların mənimsənilməsi üçün zəruri mövzuları təqdim edir və 90 kredit proqramı üzrə təhsil alanlar üçün nəzərdə tutulmuşdur. Proqram çərçivəsində rəqəmsallaşdırma, rəqəmsallaşma və rəqəmsal transformasiya anlayışları, biznes proseslərinin təhlili və optimallaşdırılması, BPMN elementləri və proses diaqramlarının qurulması, Microsoft Visio vasitəsilə proses modellərinin hazırlanması, Power BI-də məlumatların təhlili, dashboard və KPI-lərin yaradılması, DAX funksiyalarının tətbiqi, dayanıqlı inkişaf məqsədlərinin indikatorlarının ölçülməsi və qiymətləndirilməsi, ekoloji, sosial və iqtisadi göstəricilərin rəqəmsal analitikası, həmçinin rəqəmsal transformasiya layihələrinin planlaşdırılması və real nümunələr (Case Study) əsasında təhlili kimi mövzular əhatə olunur.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.