Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
PON-şəbəkələrinin idarə olunması
Fənn haqqında
Kredit
8
İş yükü
75saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
PON texnologiyası haqqında məlumatları, GPON şəbəkəsinin idarə olunma metodlarını, PON-da sıxlaşdırma texnologiyaları və PON şəbəkəsinin növlərini bilmələrini; PON şəbəkəsinin qurulması, splitterdə sönmənin hesablanması, layihələndirilən kabelin xarakterik parametrlərinin qiymətləndirilməsi kimi bacarıqlara yiyələnmələrini ehtiva edir.
Fənn təlim nəticələri
CLO 1: 1. PON şəbəkələrinin təyinatını, arxitekturasını, iş prinsipini və əsas komponentlərini izah edir. 2. PON şəbəkələrində istifadə olunan OLT, ONU/ONT və passiv optik komponentlərin funksiyalarını müəyyənləşdirir. 3. PON şəbəkələrinin müxtəlif topologiyalarını və tətbiq sahələrini müqayisə edir. 4. Optik paylayıcı şəbəkələrdə siqnal ötürülməsi, optik güc və itkiləri təhlil edir. 5. PON şəbəkələrinin buraxma qabiliyyətini, ötürmə məsafəsini və şəbəkə resurslarını qiymətləndirir. 6. PON şəbəkələrində istifadəçilərin qoşulması, avadanlıqların konfiqurasiyası və resursların idarə olunması proseslərini həyata keçirir. 7. PON şəbəkələrində trafik, xidmət keyfiyyəti (QoS) və şəbəkə performansını monitorinq edir. 8. Şəbəkədə yaranan nasazlıqları müəyyənləşdirir, səbəblərini təhlil edir və aradan qaldırılması üsullarını tətbiq edir. 9. PON şəbəkələrinin idarə olunmasında monitorinq və diaqnostika vasitələrindən istifadə edir. 10. PON şəbəkələrinin layihələndirilməsi və idarə olunması zamanı etibarlılıq, təhlükəsizlik və səmərəlilik tələblərini nəzərə alır.