Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi
Elektrik və Optik rabitə xətləri
Fənn haqqında
Kredit
8
İş yükü
75saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Elektrik və optik rabitə xətləri” fənni 050636 - “Radiotexnika və Telekommunikasiya mühəndisliyi” istiqaməti üzrə və s, ixtisasların bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisaslaşmanın seçmə fənlərinə aid edilir.Bu baxımdan sö¬zü¬gedən fənnin tədrisi aktualdır. Müasir elektrik və optik rabitənin inkişaf mərhələlərinə və magistral, zonalararası, şəhər və kənd telekommunikasiya şəbəkələrinin qurulma prinsiplərinə, analoq və pəqəm veriliş sistemlərinin xarakteristikalarına, rabitənin elektrik və optik rabitə xətləri ilə təşkilinə baxılır. Müxtəlif növ istiqamətləndirici sistemlərin, o cümlədən simmetrik, koaksial və optik rabitə kabellərinin konstruksiyaları, elektrik və optik xarakteristikaları göstərilir. Elektrik və optik rabitə kabellərində veriliş, eləcə də qarşılıqlı və xarici təsir parametrlərinin nəzəriyələri haqqında geniş və ətraflı məlumat verilir, hər bir parametrin fiziki mahiyyəti izah edilir, onların informasiyanın keyfiyyətində rolu təhlil olunur. Müxtəlif növ rabitəni təşkili etmək üçün elm və texnikanın nailiyyətlərinə və müasir texnologiyaya cavab verən “ Elektrik və optik rabitə xətləri” geniş istifadə edilir. Bu halda informasiyanın ötürülməsi üçün optik diapozonda işləyən yeni element bazaları tətbiq olunur. Ona görə də “Elektrik və optik rabitə xətləri” fənninin öyrınilməsi vacib məsələlərdən biridir. Bu baxımdan “ Elektrik və optik rabitə xətləri” kursu aktualdır və elmi praktiki cəhətdən “Elektronika, telekommunikasiya və radiotexnika” və s. mühəndisliyi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Kurs üzrə tələbələrin uğur qazanmasını təmin edən könkret bilik və baca¬rıq¬lara malik olmalıdır: elektrik və optik rabitənin inkişafı və magistral, zonalararası, şəhər və kənd telekommunikasiya şəbəkələri qurulma prinsipləri, analoq və pəqəm veriliş sistemlərinin xarakteristikaları, rabitənin elektrik və optik rabitə xətləri ilə təşkilinə baxılması və s.-dir. Geniş xarakterli bi¬lik¬¬lər¬dən, müasir elmi-praktik əhəmiyyətli informasiyaların əldə edilməsi və onların təşkili və təhlil edilməsi kimi bacarıqlardan ibarətdir.
Fənn təlim nəticələri
CLO 1: 1. Elektrik və optik rabitə xətlərinin quruluşunu, iş prinsipini və əsas xüsusiyyətlərini izah edir. 2. Elektrik rabitə xətlərində istifadə olunan kabel və ötürmə mühitlərinin əsas parametrlərini müəyyənləşdirir. 3. Optik liflərin quruluşunu, iş prinsipini, növlərini və tətbiq sahələrini izah edir. 4. Elektrik və optik rabitə xətlərində siqnalların yayılma xüsusiyyətlərini və itkiləri təhlil edir. 5. Rabitə xətlərində yaranan zəifləmə, dispersiya, əksolma və maneələrin səbəblərini müəyyən edir. 6. Elektrik və optik rabitə xətlərinin buraxma qabiliyyətini və ötürmə məsafəsini qiymətləndirir. 7. Optik rabitə sistemlərində optik verici, qəbuledici, birləşdirici və digər komponentlərin funksiyalarını müəyyənləşdirir. 8. Elektrik və optik rabitə xətlərinin layihələndirilməsi, quraşdırılması və texniki xidmətinin əsas prinsiplərini tətbiq edir. 9. Rabitə xətlərinin texniki vəziyyətini ölçmə və sınaq vasitələrindən istifadə etməklə qiymətləndirir. 10. Elektrik və optik rabitə xətlərinin parametrlərini təhlil edərək uyğun ötürmə mühitini və texniki həlləri seçir.