Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi

Radioverici və radioqəbuledici qurğularSillabus

İF-4127y7 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-4127y
Kredit
7
Tələbənin iş yükü
60
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45saat -mühazirə b) 15 saat- seminar c) 15 saat -laboratoriya
Auditoriyadan kənar saatlar
a) 60 saat -TSİ b) 75 saat -MRTSİ

Fənn haqqında

“Radioverici və radioqəbuledici qurğular” bir elm və texnoloji sahə olaraq, radioverici qurğuların təsnifatı, kaskadları, struktur sxemləri və parametrləri, kənardan həyəcanlanan tranzistor və lampa generatorları, amplitud və birzolaqlı amplitud modulyasiyası, radioyayım radiovericiləri, radioqəbuledici qurğuların təsnifatı və tərkib hissəsi, tezlik çeviriciləri, antena qurğuları nəzərdən keçirir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • təqdimatlar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: 1. Radioverici və radioqəbuledici qurğuların təyinatını, quruluşunu və iş prinsipini izah edir. 2. Radiovericilərin və radioqəbuledicilərin əsas funksional bloklarını və elementlərini müəyyənləşdirir. 3. Radiovericilərdə siqnalların formalaşdırılması, modulyasiyası, gücləndirilməsi və şüalandırılması proseslərini təhlil edir. 4. Radioqəbuledicilərdə siqnalların qəbulu, seçilməsi, gücləndirilməsi, demodulyasiyası və emalı proseslərini izah edir. 5. Radioverici və radioqəbuledici qurğuların tezlik, güc, həssaslıq, seçicilik və səs-küy kimi əsas parametrlərini qiymətləndirir. 6. Müxtəlif rabitə sistemləri üçün radioverici və radioqəbuledici qurğuların texniki xüsusiyyətlərini müqayisə edir. 7. Radioqurğularda yaranan maneə və təhriflərin səbəblərini müəyyənləşdirir və onların təsirini təhlil edir. 8. Radioverici və radioqəbuledici qurğuların əsas parametrlərini ölçmə və sınaq vasitələri ilə müəyyən edir. 9. Radioqurğuların sazlanması, texniki diaqnostikası və istismarına dair əsas üsulları tətbiq edir. 10. Verilmiş rabitə tələblərinə uyğun radioverici və radioqəbuledici qurğuları seçir, əsas texniki parametrlərini qiymətləndirir və tətbiq sahəsini müəyyən edir.

Mövzu planı

  1. 1.
    Radioverici qurğular, onların struk-tur sxemləri . Radiovericilərin əsas göstəriciləri: işçi tezlik diapazonu, vericinin gücü, faydalı iş əmsalı və tezliyinin stabilliyi. Kənardan həyəcanlanan generatorlar.(M)Mühazirə

    Radioverici qurğuların təyinatı, struktur sxemləri və əsas funksional hissələri, işçi tezlik diapazonu, çıxış gücü, faydalı iş əmsalı və tezlik stabilliyi kimi əsas göstəriciləri öyrənilir.

  2. 2.
    Kənardan həyəcanlanan generatorlar.(M)Mühazirə

    Kənardan həyəcanlanan generatorların müxtəlif iş rejimləri, rejim parametrlərinin dəyişməsi və generatorların hesabat metodikası öyrənilir.

  3. 3.
    Kənardan həyəcanlanan generatorların enerji göstəriciləri.(M)Mühazirə

    Kənardan həyəcanlanan generatorların təyinatı, quruluşu, iş prinsipi və radioverici qurğularda tətbiq sahələri öyrənilir.

  4. 4.
    Kənardan həyəcanlanan generatorların iş rejimlərinin analizi.(M) Kənardan həyəcanlanan generatorların hesabatı(M )Mühazirə

    Generatorların aktiv elementlərinin iş rejimləri, əsas xassələri, xarakteristikaları və onların tələb olunan rejimə köklənməsi məsələləri öyrənilir.

  5. 5.
    Kənardan həyəcanlanan generatorların aktiv elementlərinin iş rejimlərinin əlamətləri, xassələri və onların köklənməsi.(M)Mühazirə

    Tezlik çevrilməsinin mahiyyəti, tezlik çeviricilərinin quruluşu və superheterodin radioqəbuledicilərdə tətbiqi öyrənilir.

  6. 6.
    Güc gücləndiricilərinin sxemləri. Tezlik vurucularının sxemləri(M)Mühazirə

    Radioverici qurğularda istifadə olunan güc gücləndiricilərinin və tezlik vurucularının quruluşu, iş prinsipi və əsas elektrik sxemləri öyrənilir.

  7. 7.
    Radioverici qurğuların oyadıcıları.Oyadlcılar haqqında ümumi məlumat.Avtogeneratorlar.(M) Radioverici qurguların oyadıcılarının hesabatı(M)Mühazirə

    Oyadıcıların təyinatı, radioverici qurğularda rolu, əsas növləri və avtogeneratorların iş prinsipi öyrənilir. Oyadıcıların əsas parametrlərinin hesabatı nəzərdən keçirilir.

  8. 8.
    Bucaq modulyasiyalı vericilər.Mühazirə

    Tezlik və faza modulyasiyasının əsas prinsipləri, bucaq modulyasiyalı vericilərin quruluşu və bucaq modulyatorlarının iş prinsipi öyrənilir.

  9. 9.
    Amplitud modulyasiyalı vericilər.Amplitud modulyatorları(M)Mühazirə

    Amplitud modulyasiyasının mahiyyəti, amplitud modulyasiyalı vericilərin quruluşu və amplitud modulyatorlarının iş prinsipi öyrənilir. Amplitud-impuls modulyatorunun tədqiqi aparılır.

  10. 10.
    Radioqəbuledici qurğuların təyini, tərkib hissələri və təsnifatı.Mühazirə

    Radioqəbuledici qurğuların təyinatı, əsas funksional hissələri, struktur sxemləri və müxtəlif təsnifat əlamətləri öyrənilir.

  11. 11.
    Bir zolaqlı modulyasiyalı vericilər(M)Məşğələ

    Birzolaqlı modulyasiyanın mahiyyəti, üstünlükləri və tətbiq sahələri, birzolaqlı modulyasiyalı vericilərin struktur sxemləri və iş prinsipləri öyrənilir.

    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
  12. 12.
    Radioqəbuledici qurğuların əsas göstəriciləri. Seçicilik. Məlumatın canlandırılma dəqiqliyi.(M). Radioqəbuledici qurğuların seçiciliyi.(M)Mühazirə

    Radioqəbuledicilərin seçicilik, həssaslıq, sabitlik və məlumatın canlandırılma dəqiqliyi kimi əsas göstəriciləri öyrənilir.

  13. 13.
    Radioqəbuledici qurğuların giriş dövrələriMühazirə
  14. 14.
    Çoxpilləli zolaq gücləndiriciləri və onların göstəriciləriMühazirə

    Çoxpilləli gücləndiricilərin quruluşu, kaskadlararası əlaqə, gücləndirmə əmsalı və tezlik xarakteristikaları öyrənilir.

  15. 15.
    Radioqəbuledici qurğuların rezonans gücləndiriciləri(M)Mühazirə

    Rezonans gücləndiricilərinin quruluşu, tezlik xarakteristikaları, seçicilik xüsusiyyətləri və radioqəbuledicilərdə tətbiqi öyrənilir.

  16. 16.
    Detektorlar.Zəif siqnalların detektorlanması.Mühazirə
  17. 17.
    Radioqəbuledici qurğuların tezlik çeviriciləri (M) Radioverici qurğuların tezlik çeviriciləri haqqında məlumatlar.(M).Mühazirə

    Detektorların təyinatı, əsas növləri və zəif radio siqnallarının detektorlanması prinsipləri öyrənilir.

  18. 18.
    Radioqəbuledicilərdə tənzimləmələr.Radioqəbuledicilərin köklənməsiMühazirə

    Radioqəbuledicilərin tezliyə köklənməsi, tənzimləmə üsulları və qəbul olunan siqnalın keyfiyyətinə təsir edən amillər öyrənilir.

  19. 19.
    Radiomaneələr və onların zəiflədilməsi üsulları.Mühazirə

    Radiomaneələrin mənbələri, növləri, radioqəbuledicilərin işinə təsiri və maneələrin zəiflədilməsi üsulları öyrənilir.

  20. 20.
    İstiqamətlənmə diaqramı tənzimlənən antena qəfəsləri(M) Antenaların istiqamətlənmə diaqramının hesabatı.Mühazirə
  21. 21.
    Müxtəlif məqsədli radioqəbuledici qurğular.Mühazirə

    Müxtəlif təyinatlı radioqəbuledici qurğuların quruluşu, iş prinsipi, funksional xüsusiyyətləri və tətbiq sahələri nəzərdən keçirilir.

  22. 22.
    Antenaların təyini, istifadə məqsədi və təsnifatı .Antenaların hesabatıMühazirə

    Antenaların təyinatı, radioverici və radioqəbuledici sistemlərdə rolu, əsas növləri və təsnifat prinsipləri öyrənilir. Antenaların əsas parametrlərinin hesablanması nəzərdən keçirilir.

  23. 23.
    Rupor antenaları, onların parametrləri və istiqamətlənmə xassələri(M).Mühazirə

    Rupor antenalarının quruluşu, iş prinsipi, əsas parametrləri, istiqamətlənmə diaqramı və tətbiq sahələri öyrənilir.

  24. 24.
    Amplitud modulyasiyalı vericilər.Laboratoriya

    Mövzuda amplitud modulyasiyasının mahiyyəti, iş prinsipi və amplitud modulyasiyalı vericilərin quruluşu öyrənilir. Vericinin əsas funksional blokları, daşıyıcı və informasiya siqnallarının formalaşdırılması, modulyasiya prosesinin xüsusiyyətləri və çıxış siqnalının parametrləri izah edilir. Amplitud modulyasiyalı vericilərdə istifadə olunan modulyator, gücləndirici və anten qurğularının iş prinsipləri araşdırılır. Həmçinin vericilərin əsas texniki göstəriciləri, enerji səmərəliliyi, siqnalın keyfiyyəti və rabitə sistemlərində tətbiq sahələri nəzərdən keçirilir.

  25. 25.
    Antenalar, əsas xarakteristikalarıLaboratoriya

    Mövzuda antenaların təyinatı, quruluşu və iş prinsipi, onların elektromaqnit dalğalarının şüalandırılması və qəbulunda rolu öyrənilir. Antenaların əsas xarakteristikaları – şüalanma diaqramı, istiqamətlənmə əmsalı, gücləndirmə əmsalı, iş tezliyi, giriş müqaviməti, polarizasiya və faydalı iş əmsalı izah edilir. Müxtəlif antenna növlərinin xüsusiyyətləri və tətbiq sahələri araşdırılır. Həmçinin antenaların effektivliyinə təsir edən amillər və onların rabitə sistemlərində düzgün seçilməsi və yerləşdirilməsinin əhəmiyyəti nəzərdən keçirilir.

  26. 26.
    Radioqəbuledicinin giriş dövrələriLaboratoriya

    Mövzuda radioqəbuledicinin giriş dövrələrinin təyinatı, quruluşu və iş prinsipi öyrənilir. Giriş dövrələrinin antenadan qəbul edilən radio siqnallarının seçilməsi, gücləndirilməsi və sonrakı mərhələlərə ötürülməsində rolu izah edilir. Rezonans və seçici dövrələrin iş prinsipi, tezlik seçiciliyi, buraxma zolağı və giriş dövrələrinin əsas elektrik parametrləri araşdırılır. Həmçinin radioqəbuledicinin həssaslığına və seçiciliyinə giriş dövrələrinin təsiri, müxtəlif tezlik diapazonlarında onların tətbiq xüsusiyyətləri nəzərdən keçirilir.

  27. 27.
    Kənardan həyacanlanan vericilərLaboratoriya

    Mövzuda kənardan həyacanlanan vericilərin təyinatı, quruluşu və iş prinsipi öyrənilir. Kənardan həyacanlandırma üsulunun mahiyyəti, xarici siqnal mənbəyinin vericinin iş prosesində rolu və yüksək tezlikli rəqslərin formalaşdırılması prinsipləri izah edilir. Vericinin əsas funksional blokları, rəqs generatoru, gücləndirici kaskadlar və anten qurğusunun qarşılıqlı fəaliyyəti araşdırılır. Həmçinin kənardan həyacanlanan vericilərin əsas texniki parametrləri, tezlik sabitliyi, çıxış gücü və rabitə sistemlərində tətbiq xüsusiyyətləri nəzərdən keçirilir.

  28. 28.
    DetektorlarLaboratoriya

    Mövzuda detektorların təyinatı, quruluşu və iş prinsipi öyrənilir. Detektorların modulyasiya olunmuş radio siqnallarından faydalı informasiyanın ayrılması prosesində rolu izah edilir. Amplitud, tezlik və faza detektorlarının əsas iş prinsipləri, istifadə olunan elektron komponentlər və onların xarakteristikaları araşdırılır. Həmçinin detektorların radioqəbuledicilərdə tətbiqi, siqnalın çevrilməsi və çıxış keyfiyyətinə təsir edən əsas amillər nəzərdən keçirilir.

  29. 29.
    Radiostansiya və radioların işinin müqayisəli təhliliMəşğələ

    Mövzuda radiostansiya və radioqəbuledicilərin təyinatı, quruluşu və iş prinsipləri öyrənilir. Radiostansiyanın radio siqnallarının yaradılması, modulyasiyası, gücləndirilməsi və anten vasitəsilə yayılması prosesi izah edilir. Radioqəbuledicidə isə elektromaqnit dalğalarının qəbul edilməsi, seçilməsi, gücləndirilməsi, detektə olunması və informasiyanın bərpası mərhələləri araşdırılır. Həmçinin radiostansiya və radioların əsas texniki göstəriciləri, funksional blokları, tətbiq sahələri və iş xüsusiyyətləri müqayisəli şəkildə təhlil edilir.

  30. 30.
    Radionun iş prinsipi və dalğa uzunluğunun hesablanmasıMəşğələ

    Mövzuda radionun əsas iş prinsipi, radio siqnallarının yaradılması, ötürülməsi və qəbul edilməsi prosesləri öyrənilir. Radioverici və radioqəbuledicinin əsas funksional mərhələləri, elektromaqnit dalğalarının yayılması və informasiyanın radio siqnalı vasitəsilə ötürülməsi izah edilir. Həmçinin elektromaqnit dalğasının tezliyi, dalğa uzunluğu və yayılma sürəti arasındakı əlaqə araşdırılır. Dalğa uzunluğunun λ = c/f düsturu ilə hesablanması, müxtəlif tezliklər üçün dalğa uzunluğunun müəyyən edilməsi və alınmış nəticələrin praktik tətbiqi nəzərdən keçirilir.

  31. 31.
    Radiostansiyanın siqnalının spektral analizinin araşdırılmasıMəşğələ

    Mövzuda radiostansiyanın yaratdığı siqnalın spektral tərkibi, tezlik xüsusiyyətləri və spektrin formalaşma prinsipləri öyrənilir. Radio siqnalının əsas və əlavə tezlik komponentləri, spektral genişliyi, amplitudası və tezlik paylanması araşdırılır. Müxtəlif modulyasiya növlərinin siqnal spektrinə təsiri və spektral analiz vasitəsilə siqnalın əsas parametrlərinin müəyyənləşdirilməsi izah edilir. Həmçinin spektr analizatorlarından istifadə etməklə radiostansiya siqnalının müşahidəsi, ölçülməsi və alınan nəticələrin təhlili nəzərdən keçirilir.

  32. 32.
    Radiostansiyanın tezlik diapazonunun öyrənilməsiMəşğələ

    Mövzuda radiostansiyaların istifadə etdiyi tezlik diapazonları, onların təyinatı və əsas xüsusiyyətləri öyrənilir. Radio siqnallarının tezlik və dalğa uzunluğu ilə əlaqəsi, müxtəlif tezlik diapazonlarının rabitə sistemlərində tətbiqi və yayılma xüsusiyyətləri izah edilir. Radiostansiyanın iş tezliyinin seçilməsi, tezlik sabitliyi, kanal zolağının genişliyi və siqnalın keyfiyyətinə təsir edən amillər araşdırılır. Həmçinin müxtəlif radiostansiyaların tezlik diapazonlarının müqayisəsi və onların praktik tətbiq sahələri nəzərdən keçirilir.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5