Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi

Kommutasiya qurğuları və sistemləriCLO↔PLO matrisi

İF-2287y8 kreditPayız semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 5 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5
CLO 1CLO-478631. Kommutasiya qurğularının və sistemlərinin təyinatını, quruluşunu və iş prinsipini izah edir. 2. Kanal, paket və zaman kommutasiyası üsullarını müqayisə edir və onların tətbiq xüsusiyyətlərini müəyyənləşdirir. 3. Kommutasiya sistemlərinin əsas elementlərini və funksional quruluşunu təhlil edir. 4. Rəqəmli kommutasiya sistemlərində siqnalların ötürülməsi, idarə olunması və kommutasiya proseslərini izah edir. 5. Kommutasiya qurğularının əsas texniki parametrlərini və istismar göstəricilərini müəyyən edir və qiymətləndirir. 6. Telekommunikasiya şəbəkələrində trafik, ünvanlaşdırma və marşrutlaşdırma proseslərini təhlil edir. 7. Kommutasiya qurğularında baş verən texniki nasazlıqları müəyyənləşdirir və diaqnostika üsullarını tətbiq edir. 8. Müasir kommutasiya texnologiyalarının telekommunikasiya şəbəkələrində tətbiq imkanlarını qiymətləndirir. 9. Kommutasiya sistemlərinin layihələndirilməsi və istismarı zamanı etibarlılıq, təhlükəsizlik və keyfiyyət tələblərini nəzərə alır. 10. Verilmiş texniki tələblərə uyğun kommutasiya qurğularının seçimini və tətbiqini əsaslandırır.uyğun deyiluyğun deyiluyğunduruyğun deyiluyğundur

Proqram təlim məqsədləri

  1. PLO 1

    PLO-1: Siqnallar və sistemlərin əsas xüsusiyyətlərini, riyazi modellərini və parametrlərini təhlil edir, davamlı və diskret siqnalların zaman və tezlik oblastlarında təsvirini və emalını həyata keçirir, diskretləşdirmə, kvantlaşdırma, Furye və z-çevrilməsi, rəqəmli filtrasiya kimi üsullardan istifadə etməklə telekommunikasiya və radiotexniki sistemlərdə siqnalların formalaşdırılması, ötürülməsi, qəbulu, emalı və analizini yerinə yetirir.

    Bu fənndən töhfə yoxdur

  2. PLO 2

    PLO-2: Elektrodinamikanın əsas qanun və prinsiplərini, elektromaqnit sahələrinin xüsusiyyətlərini və radiodalğaların müxtəlif mühitlərdə yayılma qanunauyğunluqlarını təhlil edir, antenaların iş prinsiplərini, əsas parametrlərini və xarakteristikalarını müəyyənləşdirir, mikrodalğalı sistemlərin quruluşunu və iş prinsipini izah edir, elektromaqnit dalğalarının şüalandırılması, qəbulu və yayılması proseslərini telekommunikasiya və radiotexniki sistemlərdə tətbiq edir.

    Bu fənndən töhfə yoxdur

  3. PLO 3

    PLO-3: Telekommunikasiya şəbəkələri və sistemlərinin quruluşunu, arxitekturasını, iş prinsiplərini və əsas texniki xüsusiyyətlərini təhlil edir, PON şəbəkələrinin (EPON, GPON, XG-PON və s.) strukturunu, komponentlərini və iş prinsipini izah edir, şəbəkə resurslarının idarə olunması, monitorinqi, konfiqurasiyası və texniki xidmətini həyata keçirir, optik giriş şəbəkələrində məlumatların etibarlı və səmərəli ötürülməsini təmin edən texnologiya və idarəetmə üsullarını tətbiq edir.

    Töhfə verən: CLO 1

  4. PLO 4

    PLO-4: Naqilsiz rabitə texnologiyalarının əsas prinsiplərini, quruluşunu, iş rejimlərini və texniki xüsusiyyətlərini təhlil edir, müxtəlif naqilsiz və radiotexniki rabitə sistemlərinin iş prinsipini izah edir, radioresursların səmərəli istifadəsi, tezliklərin bölüşdürülməsi və radiomübadilənin təşkili qaydalarını tətbiq edir, beynəlxalq radiorabitə standartları, protokolları və normativ tələblər əsasında radioəlaqənin təşkili və idarə olunmasını həyata keçirir.

    Bu fənndən töhfə yoxdur

  5. PLO 5

    PLO-5: Elektrik və elektron sxemlərin quruluşunu, əsas elementlərini və iş prinsiplərini təhlil edir, analoq və rəqəmli elektron sxemlərin əsas parametrlərini müəyyənləşdirir, elektrik və elektron kəmiyyətlərin ölçülməsi üçün ölçmə üsullarını, cihazlarını və vasitələrini seçir və tətbiq edir, ölçmə nəticələrinin dəqiqliyini və etibarlılığını qiymətləndirir, elektron qurğuların parametrlərinin eksperimental olaraq yoxlanılması və nasazlıqlarının müəyyənləşdirilməsi üçün müasir ölçmə vasitələrindən istifadə edir.

    Töhfə verən: CLO 1