Fənn · Radiotexnika və telekommunikasiya mühəndisliyi

Sxemotexnikanın əsaslarıSillabus

İF-2255y5 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2255y
Kredit
5
Tələbənin iş yükü
60
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat -mühazirə b) 15 saat- seminar c) 15 saat -laboratoriya
Auditoriyadan kənar saatlar
a) 60 saat -TSİ b) 60 saat -MRTSİ

Fənn haqqında

Burada əsas məqsəd telekommunikasiya və radiotexniki qurğularının elementlərinin təsnifatı bilmək məsləhətdir. Sxemotexnikanın əsasları fənnində analoq və rəqəm sxemotexnikasının rəqəm və analoq çeviriciləri, radio - optik və telekommunikasiya qurğularında elektrik siqnallarının gücləndiricilərinin sxemotexnikası, radio - optik və telekommunikasiya sistemlərində impuls-tezlik modulyatorlarının təyinatı, radio - optik və telekommunikasiya sistemlərinin rəqəmli qurğuları, rəqəm sxemotexnikansının inkişaf mərhələləri, inteqral mikrosxemlərinin əsas parametrləri, xarakteristikaları, inteqral sxemləri üzərində qurulmuş qeydedicilər, multivibratorlar, deşifratorlar, şifratorlar, kod çeviriciləri, həmçinin müxtəlif vasitələrlə minimumlaşdırma üsulları haqqında ətraflı məlumat verilməlidir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • təqdimatlar
  • interaktiv müzakirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: 1. Sxemotexnikanın əsas anlayışlarını, məqsədini və tətbiq sahələrini izah edir. 2. Elektrik və elektron sxemlərdə istifadə olunan əsas elementləri tanıyır və onların funksiyalarını müəyyən edir. 3. Rezistor, kondensator, induktivlik, diod və tranzistorların iş prinsipini izah edir. 4. Analoq və rəqəmsal elektron sxemlərin əsas xüsusiyyətlərini fərqləndirir. 5. Elektron komponentlərin şərti qrafik işarələrini tanıyır və sxemlərdə düzgün göstərir. 6. Sadə elektrik və elektron sxemləri qurur və onların iş prinsipini təhlil edir. 7. Gücləndirici, düzləndirici və digər əsas elektron qurğuların funksiyalarını izah edir. 8. Elektron sxemlərdə cərəyan, gərginlik və digər elektrik parametrlərini ölçür. 9. Sxemlərdə yaranan nasazlıqları müəyyən edir və ilkin diaqnostika aparır. 10. Elektron sxemlərin qurulması və istismarı zamanı texniki və elektrik təhlükəsizliyi qaydalarına riayət edir.

Mövzu planı

  1. 1.
    Giriş. Fənnin məqsəd və vəzifələri və digər fənnlərlə əlaqəsi.Mühazirə
  2. 2.
    Sxemotexnikanın nəzəri əsasları. Klassik elektron nəzəriyyəsi, elektron nəzəriyyəsinə görə Om qanunun izahıMühazirə
  3. 3.
    Radio-optik və telekommunikasiya qurğularının element bazası Telekommunikasiya və radiotexniki qurğularının elementlərinin təsnifatı. Analoq sxemotexnikası (Rezistor, kondensator, induktivlik, transformator, kommutator, elektro vakum lampalar, yarım kecirici cihazlar- diod, tranzistor).Mühazirə
  4. 4.
    Radio-optik və telekommunikasiya qurğularının element bazası Telekommunikasiya və radiotexniki qurğularının elementlərinin təsnifatı. Analoq sxemotexnikası (Rezistor, kondensator, induktivlik, transformator, kommutator, elektro vakum lampalar, yarım kecirici cihazlar- diod, tranzistor).Laboratoriya
  5. 5.
    Sxemotexnikada istifadə olunan cərəyanlar onların Moll-Ebers tənlikləri. Analoq elementlərin əsas xüsusiyyətləri və dovrələrə birləşmə üsullarıMühazirə
  6. 6.
    Sxemotexnikada istifadə olunan cərəyanlar onların Moll-Ebers tənlikləri. Analoq elementlərin əsas xüsusiyyətləri və dovrələrə birləşmə üsullarıLaboratoriya
  7. 7.
    Analoq elementlərin əsas xüsusiyyətləri və dovrələrə birləşmə üsullarıMühazirə
  8. 8.
    Analoq elementlərin əsas xüsusiyyətləri və dovrələrə birləşmə üsullarıLaboratoriya
  9. 9.
    Telekommunikasiya qurğularının aktiv elementi kimi inteqral əməliyyat gücləndiricilərı (ƏG). Əməliyyat gücləndiricilərı nin (ƏG) əsas parametrləri və xarakteristikaları. Əks əlaqəli və əks əlaqəsiz əməliyyat gücləndiricilərı (ƏG). Müsbət və mənfi əks əlaqəli əməliyyat gücləndiricilərı (ƏG).Mühazirə
  10. 10.
    Kombinasiyalı rəqəm qurğularınin (multipleksorlar, demultipleksorlar, kodlayıcılar, dekodlayıcılar) əsas növləri və sxemotexnikası. Mühazirə

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5