Fənn haqqında
Kredit
3
İş yükü
90saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Xətti cəbr fənninin təsviri Bu fənn vektorlar, vektor məkanları, matrislər, determinantlar və xətti tənliklər sistemlərinin əsas anlayış və metodlarını əhatə edir. Fənn çərçivəsində Qauss üsulu, Kramer qaydası, xətti çevirmələr, xüsusi qiymətlər və xüsusi vektorlar öyrənilir. Xətti cəbr üsullarının kompüter elmlərində, verilənlərin təhlilində və maşın öyrənməsində tətbiqinə diqqət yetirilir.
Fənn təlim nəticələri
CLO 1: Matris və vektorlar üzərində əməliyyatları yerinə yetirir və xətti tənliklər sistemlərini müxtəlif üsullarla həll edir.
CLO 2: Matrislərin məxsusi qiymət və vektorlarını hesablayır, nəticələri praktik məsələlərin həllində tətbiq edir.
CLO 3: Koordinatlar üsulundan istifadə edərək riyazi məsələləri həll edir.
CLO 4: Xətti cəbr üsulları ilə çoxölçülü məlumatların riyazi təsvirini qurur və onların strukturunu təhlil edir.
CLO 5: Ölçünün azaldılması və proyeksiya üsullarının riyazi əsaslarını izah edir və tətbiq edir.
CLO 6: Xətti cəbr metodlarını verilənlərin təhlili və maşın öyrənməsi ilə bağlı praktik məsələlərin həllində tətbiq edir.