Fənn · Proqram təminatı mühəndisliyi

Riyazi analiz

if-611141y7 kreditPayız semestriMəcburi2026-2027

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Payız

Tədris ili

2026-2027

Fənnin təsviri

Riyazi analiz-1 fənninin təsviri Bu fənn funksiyaların limiti və kəsilməzliyi, törəmə və inteqral hesabı, funksiyaların artma-azalma intervalları və ekstremumları, müəyyən inteqralın tətbiqləri, çoxdəyişənli funksiyaların qismən törəmələri və ekstremum məsələlərini əhatə edir. Fənn çərçivəsində riyazi analiz üsullarının optimallaşdırma və data analitikası məsələlərində tətbiqi, riyazi modellərin qurulması və nəticələrin şərhi öyrənilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Funksiyaların limitlərini və kəsilməzliyini müəyyən edir, limitlərin hesablanması üsullarını tətbiq edir.

  2. CLO 2: Funksiyaların törəmələrini hesablayır, artma-azalma intervallarını və ekstremum nöqtələrini müəyyən edir.

  3. CLO 3: Müəyyən inteqralları hesablayır, inteqral hesabın köməyi ilə sahə və funksiyanın orta qiymətini müəyyən edir.

  4. CLO 4: Çoxdəyişənli funksiyaların qismən törəmələrini hesablayır və ekstremum məsələlərini həll edir.

  5. CLO 5: Riyazi analiz üsullarını optimallaşdırma və data analitikası məsələlərinin həllində tətbiq edir.

  6. CLO 6: Riyazi modellər qurur, alınmış nəticələri təhlil edir və statistik analizlə maşın öyrənməsi üçün zəruri riyazi üsullardan istifadə edir.