Bakalavr proqramı

Proqram təminatı mühəndisliyiTəlim məqsədləri

Bakalavr6006038İnformasiya Texnologiyaları və Telekommunikasiya FakültəsiMühəndis Riyaziyyatı və Süni İntellekt4 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

8 PLO
  1. PLO 1PLO-47523

    Azərbaycan dövlətçiliyinin tarixi, siyasi, iqtisadi və mədəni əsaslarını bilir, Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı kommunikasiya qurur, akademik və işgüzar yazılar hazırlayır, informasiya texnologiyalarından və mülki müdafiə biliklərindən istifadə edir.

  2. PLO 2PLO-43951

    Müxtəlif mənbələrdən məlumatları əldə edir, toplayır, təmizləyir, strukturlaşdırır və təhlil edir, statistik nəticələr çıxarır, verilənlər bazalarını və informasiya sistemlərini layihələndirir.

  3. PLO 3PLO-15977

    Müxtəlif proqramlaşdırma dilləri, alətlər və çərçivələrdən istifadə edərək proqram təminatı hazırlayır, sınaqdan keçirir, avtomatlaşdırılmış testlər və CI/CD proseslərini tətbiq edir, proqram səhvlərini müəyyənləşdirir və təhlil edir.

  4. PLO 4PLO-48057

    Proqram təminatının keyfiyyətini, etibarlılığını və məhsuldarlığını təmin edir, testləşdirmə və sazlama üsullarını tətbiq edir, texniki xidmət və yeniləmələri həyata keçirir, təhlükəsizlik risklərini müəyyənləşdirir və qarşısını alır.

  5. PLO 5PLO-26696

    Proqram mühəndisliyi prinsiplərini və metodologiyalarını tətbiq edir, proqram təminatının həyat dövrünü idarə edir, mürəkkəb problemləri təhlil edir, proqram arxitekturasını, bulud və paylanmış sistemləri, mobil və oyun tətbiqlərini layihələndirir.

  6. PLO 6PLO-65661

    Kompüter sistemlərinin, əməliyyat sistemlərinin və kompüter arxitekturasının prinsiplərini tətbiq edir, təhlükəsiz proqram sistemləri hazırlayır, kibertəhlükəsizlik risklərini müəyyənləşdirir, autentifikasiya, avtorizasiya, kriptoqrafik və digər təhlükəsizlik mexanizmlərindən istifadə edir.

  7. PLO 7PLO-83949

    Kompüter şəbəkələrini qurur və idarə edir, şəbəkə modelləri və protokollarını tətbiq edir, müasir veb tətbiqlər hazırlayır, müştəri-server arxitekturasından və API-lərdən istifadə edir, tətbiqlərin performansını və istifadəçi təcrübəsini qiymətləndirir.

  8. PLO 8PLO-56671

    Riyazi metodları, alqoritmləri və kompüter elmlərinin nəzəri əsaslarını tətbiq edir, miqyaslana bilən proqram həlləri hazırlayır, süni intellekt modellərindən və alətlərindən istifadə edir, nəticələri qiymətləndirir və şərh edir, data əsaslı qərarvermədə süni intellekt metodlarını tətbiq edir.