Ümumi məlumat
- Fənn kodu
- İF-3932y
- Kredit
- 5
- Tələbənin iş yükü
- 149
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) mühazirə-15 saat, b) seminar- 30 saat, c) laboratoriya -15 saat
- Auditoriyadan kənar saatlar
- a) TSİ- 60 saat, b) MRSTİ-30 saat
Fənn haqqında
«Kompüter qrafikası» fənni – mühəndis qrafikasınının bütün bölmələrini və maşın qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən fənlərdən biridir. «Kompüter qrafikası»nın öyrənilməsində əsas məqsəd: tələbələrə cisim¬lərin ortogonal proyeksiyalanmaya əsaslanan və KSVS uyğyn təsvirləri əldə etmək yollarını və əksinə cizgilərə əsasən onların fəza formaların müəyyən edilməsi ilə bağlı məsələləri həll etmək bacarığını öyrədir. «Kompüter qrafikası» mühəndis-texniki təhsilin formalaşması və mənimsənilməsi işində əsas fənlərdən biri sayılır.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Giriş. Cizgilərin tərtibi üçün bəzi standartlar: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti qrafiki işarələnməsi və ölçülərin göstərilməsi.(M)Mühazirə
- 2.Certyojların tərtibi üçün bəzi standartlar. Əsas yazıların yerinə yetirilməsi.(S)Məşğələ
- 3.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.Laboratoriya
- 4.Yastı konturlara aid fərdi tapşırıqların yerinə yetirilməsinə aid məşğələ. (Sİ № 1-in tapşırığının verilməsi və izahı, 1-ci mə¬sələ).(S)Məşğələ
- 5.Həndəsi qurmalar. Parçanın və bucağın yarıya bölünməsi. Çev-rənin bərabər sayda hissələrə bölünməsi. Düz xətlərin, düz xətt və çevrənin, iki çevrənin çevrə qövsü ilə qovuşdurulması. Maillik və konusluq.(M)Mühazirə
- 6.Maillikdən istifadə etməklə profillərin çəkilməsi (Sİ № 1-in tapşırığının verilməsi və izahı 2-ci məsələ).(S)Məşğələ
- 7.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.Laboratoriya
- 8.Görünüşlər. Modelin görünüşlərinin qurulmasına aid məşğələ. (Sİ № 2-in tapşırığının verilməsi və izahı, 1-ci məsələ).Məşğələ
- 9.Cizgilərdə təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Aksono-metrik proyeksiyalar haqqında.(M)Mühazirə
- 10.Kəsiklər. Modelə sadə kəsiklər verməklə iki görünüşünə görə üçüncü görünüşlərinin qurulmasına aid məşğələ. (Sİ № 2-in tapşırığının verilməsi və izahı, 2-ci məsələ).(S)Məşğələ
- 11.LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçü¬lərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulması.Laboratoriya
- 12.Mürəkkəb kəsiklər. Modelə mürəkkəb kəsiklər verməklə görü¬nüşlərinin qurulmasına aid məşğələ. (Sİ № 3-ün tapşırığının verilməsi və izahı, 1-ci məsələ).(S)Məşğələ
- 13.Detal birləşmələri haqqında ümumi məlumat. Yivlərin təsnifatı. Yivlərin şərti qrafiki təsviri və işarə olunması. Standart yivli detal¬lar və onların cizgisi.(M)Mühazirə
- 14.En kəsiklər. Modelə en kəsiklər verməklə görünüşlərinin qurul-masına aid məşğələ. (Sİ № 3-ün tapşırığının verilməsi və izahı, 2-ci məsələ).(S)Məşğələ
- 15.LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçü¬lərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulması.Laboratoriya
- 16.Sadə müstəvi fiqurların (çevrə, düzbucaqlı və düzgün altı-bucaqlı) aksonometrik proyeksiyasının qurulması. Naturadan verilmiş detalın görünüşlərinin və aksonometrik proeksi¬yalarının qurulmasına aid məğələ.(S)Məşğələ
- 17.Yivli birləşmələr və onların cizgisi. Empirik düsturlardan istifadə etməklə bolt, vint və sancaq birləşmələrin hesablanması və cizgisi. (M)Mühazirə
- 18.Standart yivli detalların (bolt, qayka, sancaq və vintin) cizgi-sinin çəkil¬məsi ardıcıllığı. (Sİ № 4-ün tapşırığının verilməsi və izahı, 1-ci məsələ).(S)Məşğələ
- 19.LAB. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün, lazımı kəsiklərinin verilməsi və stillərdən istifadə etməklə ölçülərin qoyulması.Laboratoriya
- 20.Yivli birləşmələr və onların cizgilərdə təsviri. Ölçülərini empirik düsturlarla hesablayıb iki hissəni standart yivli detallarla (bolt və qayka) birləşdirilməsinə aid məşğələ. (Sİ № 4-ün tapşırı-ğının verilməsi və izahı, 2-ci məsələ).(S)Məşğələ
- 21.Sökülməyən birləşmələr. Qaynaq, lehim və yapışqan birləş¬mə¬lərinin çertyojda şərti qrafiki təsviri. Birləşmələrin və ötürmələrin digər növlərinin qrafiki təsviri haqqında. (M)Mühazirə
- 22.Yivli birləşmələr və onların cizgilərdə təsviri. Ölçülərini empirik düsturlarla hesablayıb iki hissəni standart yivli detallarla (sancaq və ya vint və qayka) birləşdirilməsinə aid məşğələ.(S)Məşğələ
- 23.LAB. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün, lazımı kəsiklərinin verilməsi və stillərdən istifadə etməklə ölçülərin qoyulması.Laboratoriya
- 24.Sökülməyən birləşmələrlə birləşdirilmiş detal¬ların cizgisinin çəkilməsinə aid məşğələ. (S)Məşğələ
- 25.Eskizlərin tərtibi ardıcıllığı. İşçi cizgi. Yığım vahidinin tərtibi ardı-cıllığı. Yığım vahidinin ümumi görünüş cizgisi haqqında ümumi məlumat. Yığımda şərtiliklər haqqında.Yığım vahidinin oxunması və hissələrə ayrılması. Sxemlər və təsnifat cədvəli haqqında.(M)Mühazirə
- 26.Maşınqayırma rəsmxəttində istifadə edilən digər standart detal¬ların cizgilərdə təsvirinə (işkil, şlis, ştif, dişli çarx, qayış, zəncir, yay, yastıq və s.) aid məşğələ.(S)Məşğələ
- 27.LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redak¬təsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.Laboratoriya
- 28.Naturadan verilmiş yivli detalın eskizinin çəkilməsinə aid məş-ğələ. (Sİ № 5-in tapşırığının verilməsi və izahı, 1-ci mə-sələ).(S)Məşğələ
- 29.Müasir qrafiki komputer texnologiyaları haqqında məlumat. AutoCAD proqramının tətbiqilə 3D modellərdən avtomatik 2D modellərin alınmasına.(M)Mühazirə
- 30.Yığım vahidinin hissələrinin işçi cizgisinin yerinə-yetirilməsinə aid məş¬ğələ. (Sİ № 5-in tapşırığının verilməsi və izahı, 2-ci məsə-lə).(S)Məşğələ
- 31.LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redak¬təsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.Laboratoriya
- 32.1-ci tapşırıq: Həndəsi qurmalardan istifadə edərək yastı konturun cizgisinin çəkilməsi. Sərbəst iş
- 33.2-ci tapşırıq: Həndəsi qurmalardan istifadə edərək mailliyin yerinə yetirilməsi.Sərbəst iş
- 34.3-cü tapşırıq: Modelin verilmiş iki görünüşünə və əyani təsvirinə görə, lazımı kəsik verməklə, üçüncü görünüşünün qurulması. Sərbəst iş
- 35.34-cü tapşırıq: Modelin verilmiş aksonometrik proyeksiyasına görə, lazımı kəsik verməklə, cizgisinin Sərbəst iş
- 36.5-ci tapşırıq: Modelin verilmiş iki görünüşünə görə, mürəkkəb kəsik verməklə, üçüncü görünüşünün çəkilməsi.Sərbəst iş
- 37.6-cl tapşırıq: Modelin en kəsiyini kənara çıxarmaqla cizgisinin yerinə-yetirilməsi. Sərbəst iş
- 38.7-ci tapşırıq: Sökülə bilən birləşmələrdə istifadə edilən standart birləş¬dirici detalların ölçülərini stan¬dart cədvəldən seçməklə çəkiiməsi.Sərbəst iş
- 39.8-ci tapşırıq: Sökülə bilən və ya söküləbilməyən birləşmələr. a) Ölçüləri empirik düsturlarla hesablanmış standart yivli detalla (bolt, sancaq, vint) iki detalın birləşdirilməsinin cizgisi. Sökülməyən birləşmənin çertyojunu çəkilməsi. Sərbəst iş
- 40.9-cu tapşırıq: Naturadan verilmiş detalın eskizini çəkilməsi (detal, detal¬lar laboratoriyasından tələbənin jurnal nömrəsinə uyğun verilir).Sərbəst iş
- 41.10-cu tapşırıq: Yığımın ümumi görünüş çertyojundan verilmiş möv¬qedəki detalın işçi çertyojunun yerinə yetirilməsi.Sərbəst iş
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 20bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |
| laboratoriya | fənn üzrəlaboratoriya işləri qiymətləndirilir | 10 bal |