Fənn · Energetika mühəndisliyi

Enerji effektivliyi və elektrik enerjisinin keyfiyyətiSillabus

İFS-2364y6 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-2364y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat-mühazirə b) 15 saat-məşğələ c) 15 saat-laboratoriya
Auditoriyadan kənar saatlar
a) 60 saat-sərbəst iş b) 60 saat-məsləhət saatı

Fənn haqqında

“Enerji effektivliyi və elektrik enerjisinin keyfiyyəti” fənn elektrik enerjisinin keyfiyyət göstəricilərinin (tezlik və gərginlik meyletmələri, harmoniklər, qeyri-simmetriya, fliker) normallaşdırılması, ölçülməsi və yaxşılaşdırılması üsullarını, eləcə də şəbəkələrdə və sənayedə enerji effektivliyinin artırılması prinsiplərini əhatə edir. Fəndə enerji auditi, itkilərin azaldılması, reaktiv gücün kompensasiyası, tezlik tənzimləməli intiqallar və ISO 50001 enerji idarəetmə standartı tədris olunur.

Tədris metodları

  • mühazirə
  • seminar
  • interaktiv müzakirə
  • laboratoriya işi
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN1: Elektrik enerjisinin keyfiyyət göstəricilərini analiz edir.

  2. CLO 2: FTN2: Texnosferada elektromaqnit təsirlər anlayışlarını izah edir.

  3. CLO 3: FTN3: Enerji keyfiyyətinin təmin olunmasını təhlil edir.

  4. CLO 4: FTN4: Enerji effektivliyi və enerji itkilərini qiymətləndirir.

Mövzu planı

  1. 1.
    1. Elektrik enerjisi keyfiyyəti anlayışı. Sistem və işlədicilərMühazirə

    Elektrik enerjisinin keyfiyyəti anlayışı, elektrik sistemləri və işlədicilər, elektrik enerjisinin əsas keyfiyyət göstəriciləri və onların işlədicilərin normal fəaliyyətinə təsiri öyrənilir.

  2. 2.
    2. Elektrik enerjisinin keyfiyyət göstəriciləri və normalaşdırma. Təhriflərin mənbələriMühazirə

    Elektrik enerjisinin keyfiyyət göstəriciləri, onların normalaşdırılması, gərginlik və tezlikdən kənaraçıxmalar, harmonik təhriflər və elektrik enerjisinin keyfiyyətinə təsir edən təhrif mənbələri öyrənilir.

  3. 3.
    3. Paylayıcı sistemlərdə gərginlik dəyişməsi və tənzimiMühazirə

    Paylayıcı sistemlərdə gərginlik dəyişmələri, onların yaranma səbəbləri, gərginliyin səviyyəsinə təsir edən amillər və gərginliyin tənzimlənməsi üsulları öyrənilir.

  4. 4.
    4. Texnosfera anlayışı və elektromaqnit uyğunluğuMühazirə

    Texnosfera anlayışı, texniki sistemlər və insan fəaliyyəti ilə formalaşan mühitin xüsusiyyətləri, elektromaqnit uyğunluğunun mahiyyəti, elektromaqnit təsirlər və texniki qurğuların qarşılıqlı təsiri öyrənilir.

  5. 5.
    5. Elektromaqnit təsirlərin və təhriflərin mənbələri. Tezlik spektriMühazirə

    Elektromaqnit təsirlərin və elektrik enerjisində təhriflərin əsas mənbələri, onların yaranma səbəbləri, tezlik spektri və müxtəlif tezlik komponentlərinin elektrik sistemlərinə təsiri öyrənilir.

  6. 6.
    6. Elektromaqnit təsirlərin fiziki əsasları. Elektromaqnit induksiya və Maksvel tənlikləri. Səth effektiMühazirə

    Elektromaqnit təsirlərin fiziki əsasları, elektromaqnit induksiya hadisəsi, elektrik və maqnit sahələrinin qarşılıqlı əlaqəsi, Maksvel tənlikləri və səth effekti, onların elektrik sistemləri və avadanlıqlarında yaratdığı təsirlər öyrənilir.

  7. 7.
    7. Elektromaqnit təsirlərin təsnifatı. İldırım və kommutasiya mənşəli təsirlərMühazirə

    Elektromaqnit təsirlərin əsas növləri və təsnifat prinsipləri, ildırım və kommutasiya mənşəli elektromaqnit təsirlərin yaranma səbəbləri, xüsusiyyətləri və elektrik sistemləri ilə avadanlıqlarına təsiri öyrənilir.

  8. 8.
    8. Elektromaqnit təsirlərin məhdudlaşdırılma-sı. Trasların, naqillərin və dayaqların seçilməsiMühazirə

    Elektromaqnit təsirlərin məhdudlaşdırılmasının əsas üsulları, elektrik veriliş xətlərinin traslarının seçilməsi, naqil və dayaqların konstruktiv xüsusiyyətləri, onların elektromaqnit təsirlərin səviyyəsinə təsiri öyrənilir.

  9. 9.
    9. Qısa qapanmalar və onların açılması. İdarə olunan kommutasiyalarMühazirə

    Elektrik sistemlərində qısaqapanmaların yaranma səbəbləri və növləri, qısaqapanma cərəyanlarının açılması, kommutasiya prosesləri və idarə olunan kommutasiyanın elektrik sistemlərinin iş rejimlərinə təsiri öyrənilir.

  10. 10.
    10. Ali harmonika süzgəclərinin və fasiləsiz enerji təchizat qurğularının seçilməsiMühazirə

    Ali harmonikaların elektrik sistemlərinə təsiri, ali harmonika süzgəclərinin iş prinsipi və əsas xüsusiyyətləri, fasiləsiz enerji təchizat qurğularının təyinatı, növləri və seçim meyarları öyrənilir.

  11. 11.
    11. Energetika sistemlərində enerji effektivliyi və müasir texnologiyalarMühazirə

    Energetika sistemlərində enerji effektivliyi anlayışı, enerji itkilərinin azaldılması və enerji resurslarından səmərəli istifadə prinsipləri, enerji effektivliyinin artırılmasına yönəlmiş müasir texnologiyalar və rəqəmsal həllər öyrənilir.

  12. 12.
    12. Generator və transformatorlarda enerji itkiləriMühazirə

    Generator və transformatorlarda enerji itkilərinin yaranma səbəbləri, mis və polad itkiləri, yüksüz işləmə və yük rejimlərində yaranan itkilər, itkilərə təsir edən amillər və onların azaldılması üsulları öyrənilir.

  13. 13.
    13. Elektrik veriliş xətlərində enerji itkiləriMühazirə

    Elektrik veriliş xətlərində enerji itkilərinin yaranma səbəbləri, aktiv və reaktiv güc itkiləri, itkilərə təsir edən amillər və onların azaldılması üsulları öyrənilir.

  14. 14.
    14. Külək energetik qurğularda enerji itkiləriMühazirə

    Külək energetik qurğularında enerji itkilərinin yaranma səbəbləri, aerodinamik, mexaniki və elektrik itkiləri, itkilərə təsir edən əsas amillər və enerji səmərəliliyinin artırılması üsulları öyrənilir.

  15. 15.
    15. Günəş energetik qurğularda enerji itkiləriMühazirə

    Günəş energetik qurğularında enerji itkilərinin yaranma səbəbləri, günəş panellərində optik və temperatur itkiləri, invertor və digər avadanlıqlarda yaranan elektrik itkiləri, itkilərə təsir edən amillər və onların azaldılması üsulları öyrənilir

  16. 16.
    1. Elektrik enerjisi keyfiyyəti anlayışı və göstəriciləri. Təhriflərin mənbələriMəşğələ

    Elektrik enerjisinin keyfiyyət göstəriciləri, onların işlədicilərin normal fəaliyyətinə təsiri və elektrik enerjisində yaranan əsas təhrif mənbələri araşdırılır. Keyfiyyət göstəricilərinin dəyişməsi və təhriflərin elektrik şəbəkəsinə təsiri təhlil edilir.

  17. 17.
    2. Paylayıcı sistemlərdə gərginlik dəyişməsi və tənzimi. Texnosfera anlayışı və elektromaqnit uyğunluğuMəşğələ

    Paylayıcı sistemlərdə gərginlik dəyişmələrinin səbəbləri, işlədicilərə təsiri və gərginliyin tənzimlənməsi vasitələri araşdırılır. Texnosferada elektromaqnit təsirlərin avadanlıqların fəaliyyətinə təsiri və elektromaqnit uyğunluğunun təmin edilməsi məsələləri təhlil edilir.

  18. 18.
    3. Elektromaqnit təsirlərin, təhriflərin mənbələri, fiziki əsasları və tezlik spektri. Səth effektiMəşğələ

    Elektromaqnit təsirlərin və elektrik enerjisində təhriflərin əsas mənbələri, onların fiziki yaranma səbəbləri və tezlik spektri araşdırılır. Səth effektinin keçiricilərdə cərəyanın paylanmasına və enerji itkilərinə təsiri təhlil edilir.

  19. 19.
    4. Elektromaqnit təsirlərin təsnifatı və məhdudlaşdırıl-masıMəşğələ

    Elektromaqnit təsirlərin yaranma xarakterinə, mənbəyinə və təsir xüsusiyyətlərinə görə təsnifatı araşdırılır. Elektromaqnit təsirlərin səviyyəsinin azaldılması və məhdudlaşdırılması üsulları, həmçinin onların elektrik avadanlıqlarına təsirinin qarşısının alınması tədbirləri təhlil edilir.

  20. 20.
    5. İdarə olunan kommutasiyalar. Ali harmonika süzgəclərinin və fasiləsiz enerji təchizat qurğularının seçilməsiMəşğələ

    Elektrik şəbəkələrində idarə olunan kommutasiyaların tətbiqi, ali harmonikaların azaldılması və elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılması məsələləri araşdırılır. Ali harmonika süzgəclərinin və fasiləsiz enerji təchizatı qurğularının iş prinsipləri, seçim meyarları və tətbiq xüsusiyyətləri təhlil edilir.

  21. 21.
    6. Energetika sistemlərində enerji effektivliyi və müasir texnologiyalar. Generator və transformatorlarda enerji itkiləri Məşğələ

    Energetika sistemlərində enerji effektivliyinin yüksəldilməsi istiqamətləri və müasir texnologiyaların tətbiqi araşdırılır. Generator və transformatorlarda yaranan enerji itkilərinin növləri, itkilərə təsir edən amillər və onların azaldılması yolları təhlil edilir.

  22. 22.
    7. Elektrik veriliş xətlərində enerji itkiləriMəşğələ

    Elektrik veriliş xətlərində enerji itkilərinin yaranma səbəbləri, itkilərin xəttin parametrləri və yüklənmə rejimindən asılılığı araşdırılır. Aktiv və reaktiv güc itkilərinin elektrik enerjisinin ötürülməsinə təsiri və onların azaldılması yolları təhlil edilir.

  23. 23.
    8. Külək və günəş energetik qurğularda enerji itkiləriMəşğələ

    Külək və günəş energetik qurğularında enerji itkilərinin yaranma səbəbləri, qurğuların iş rejimi və texniki parametrlərinin itkilərə təsiri araşdırılır. Mexaniki, elektrik və çevrilmə itkiləri ilə yanaşı, enerji istehsalının səmərəliliyinə təsir edən amillər təhlil edilir.

  24. 24.
    1. Elektrik şəbəkələrində qeyri-simmetrik rejimlərin analiziLaboratoriya

    Elektrik şəbəkələrində qeyri-simmetrik rejimlərin yaranma səbəbləri, faza gərginlikləri və cərəyanlarının dəyişməsi araşdırılır. Qeyri-simmetrik rejimlərin elektrik şəbəkəsinin iş xüsusiyyətlərinə və avadanlıqların fəaliyyətinə təsiri təhlil edilir.

  25. 25.
    2. Elektrik şəbəkələrində güc və enerji itkilərinin tədqiqiLaboratoriya

    Elektrik şəbəkələrində güc və enerji itkilərinin yaranma səbəbləri, onların şəbəkənin iş rejimi və yüklənmə səviyyəsindən asılılığı araşdırılır. Aktiv və reaktiv güc itkilərinin xüsusiyyətləri və enerji səmərəliliyinə təsiri təhlil edilir.

  26. 26.
    3. Elektrik enerjisinin keyfiyyət göstəricilərinin təyiniLaboratoriya

    Elektrik enerjisinin əsas keyfiyyət göstəriciləri, onların qiymətləndirilmə xüsusiyyətləri və normalaşdırılması araşdırılır. Gərginlik və tezlik dəyişmələri, qeyri-sinusoidallıq və qeyri-simmetriya kimi göstəricilərin elektrik şəbəkəsinin iş rejiminə təsiri təhlil edilir.

  27. 27.
    4. Elektroenergetika sistemində aktiv güc əmsalının yaxşılaşdırılmasıLaboratoriya

    Elektroenergetika sistemində aktiv güc əmsalı anlayışı, onun dəyişməsinə səbəb olan amillər və elektrik sisteminin iş rejiminə təsiri araşdırılır. Aktiv güc əmsalının yaxşılaşdırılması üsulları və reaktiv gücün kompensasiyasının enerji itkilərinə təsiri təhlil edilir.

  28. 28.
    5. Elektrik stansiya və şəbəkələrdə gərginliyin tənzimlənməsi vasitələriLaboratoriya

    Elektrik stansiya və şəbəkələrdə gərginliyin tənzimlənməsi anlayışı, onun dəyişməsinə səbəb olan amillər və elektrik sisteminin iş rejiminə təsiri araşdırılır. Gərginliyin tənzimlənməsi vasitələrinin iş prinsipi öyrənilir, müxtəlif tənzimləmə üsullarının gərginlik səviyyəsinə təsiri hesablama və sxemlərin təhlili əsasında müəyyən edilir.

  29. 29.
    6. Elektrik şəbəkələrində qeyri-sinusoidallılıq. Qurğu və avadanlıqların qeyri-sinusoidallığa təsirinin qiymətləndirilməsiLaboratoriya

    Elektrik şəbəkələrində qeyri-sinusoidallıq anlayışı, onun yaranma səbəbləri və elektrik qurğu və avadanlıqlarının şəbəkədə gərginlik və cərəyanın forma təhrifinə təsiri araşdırılır. Ali harmonikaların yaranma mənbələri və onların elektrik avadanlıqlarının iş rejiminə təsiri təhlil edilir.

  30. 30.
    7. Elektrik şəbəkələrinin dayanıqlığı və elektrik enerjisinin keyfiyyətinə göstərilən təsirlərin tədqiqiLaboratoriya

    Elektrik şəbəkələrinin dayanıqlığı anlayışı, onun əsas göstəriciləri və dayanıqlığa təsir edən amillər araşdırılır. Elektrik enerjisinin keyfiyyət göstəriciləri, gərginlik və tezlik dəyişmələrinin şəbəkənin dayanıqlığına və elektrik avadanlıqlarının iş rejiminə təsiri təhlil edilir.

  31. 31.
    8. Energetika sistemlərində asinxron rejimlər və onun enerji keyfiyyətinə təsirinin aradan qaldırılması yollarının tədqiqiLaboratoriya

    Energetika sistemlərində asinxron rejim anlayışı, onun yaranma səbəbləri və elektrik sisteminin iş rejiminə təsiri araşdırılır. Asinxron rejim zamanı gərginlik, tezlik və cərəyan dəyişmələrinin elektrik enerjisinin keyfiyyətinə təsiri və bu təsirlərin azaldılması üsulları təhlil edilir.

  32. 32.
    9. Elektrik şəbəkələrində ali harmonika süzgəclərinin tədqiqiLaboratoriya

    Elektrik şəbəkələrində ali harmonikalar anlayışı, onların yaranma mənbələri və elektrik enerjisinin keyfiyyətinə təsiri araşdırılır. Ali harmonika süzgəclərinin iş prinsipi, əsas növləri və elektrik şəbəkələrində tətbiqi, həmçinin harmonik təhriflərin azaldılmasında rolu təhlil edilir.

  33. 33.
    10. Külək və günəş energetik qurğularda enerji itkilərinin tədqiqiLaboratoriya

    Külək və günəş energetik qurğularında enerji itkilərinin yaranma səbəbləri, əsas itki mənbələri və qurğuların enerji səmərəliliyinə təsiri araşdırılır. Külək turbinləri, günəş fotovoltaik panelləri, generatorlar, invertorlar və digər avadanlıqlarda yaranan enerji itkiləri təhlil edilir.

  34. 34.
    1. Energetika sistemlərində enerji effektivliyi və müasir texnologiyalarSərbəst iş

    Energetika sistemlərində enerji effektivliyi anlayışı, enerji itkilərinin əsas mənbələri və enerji səmərəliliyinin artırılması yolları araşdırılır. Müasir enerji səmərəliliyi texnologiyaları, ağıllı enerji sistemləri, enerji monitorinqi və idarəetmə vasitələri, həmçinin onların energetika sistemlərinin səmərəliliyinə təsiri təhlil edilir.

  35. 35.
    2. Generator və transformatorlarda enerji itkiləriSərbəst iş

    Generator və transformatorlarda enerji itkilərinin yaranma səbəbləri, əsas itki növləri və onların avadanlıqların enerji səmərəliliyinə təsiri araşdırılır. Mis və polad itkiləri, yük olmadıqda yaranan itkilər və yük altında baş verən itkilər, həmçinin enerji itkilərinin azaldılması üsulları təhlil edilir.

  36. 36.
    3. Bərpa olunan enerji sistemlərində enerji itkiləriSərbəst iş

    Bərpa olunan enerji sistemlərində enerji itkilərinin yaranma səbəbləri, əsas itki mənbələri və enerji istehsalının səmərəliliyinə təsiri araşdırılır. Günəş, külək və digər bərpa olunan enerji qurğularında texniki, çevrilmə və ötürmə zamanı yaranan itkilər, həmçinin onların azaldılması üsulları təhlil edilir.

  37. 37.
    4. Texnosferanın tərkibi. Pozucu və təhlükəli təsirlər, onların mənbələriSərbəst iş

    Texnosferanın mahiyyəti, tərkibi və əsas komponentləri, insanın texnogen fəaliyyətinin ətraf mühitə və həyat fəaliyyətinə təsiri araşdırılır. Texnosferada yaranan zərərli və təhlükəli amillər, onların əsas mənbələri, təsnifatı və insan sağlamlığına, ətraf mühitə təsirləri təhlil edilir.

  38. 38.
    5. Xarici və stansiyadaxili elektromaqnit uyğunluğu. Elektromaqnit mühiti və onun dərəcələriSərbəst iş

    Elektrik stansiyalarında xarici və stansiyadaxili elektromaqnit uyğunluğu anlayışı, elektromaqnit mühitinin xüsusiyyətləri və onun dərəcələri araşdırılır. Elektromaqnit maneələrin yaranma mənbələri, elektrik avadanlıqlarının elektromaqnit təsirlərə davamlılığı və elektromaqnit uyğunluğunun təmin edilməsi üsulları təhlil edilir.

  39. 39.
    6. Elektromaqnit induksiya və Maksvel tənlikləriSərbəst iş

    Elektromaqnit induksiya hadisəsinin mahiyyəti, yaranma şərtləri və elektromaqnit sahəsinin əsas qanunauyğunluqları araşdırılır. Maksvel tənliklərinin fiziki mənası, elektromaqnit sahəsinin elektrik və maqnit hadisələri arasındakı əlaqəni ifadə etməsi, həmçinin onların energetika sistemlərində tətbiqi təhlil edilir.

  40. 40.
    7. Ali harmonikalar. Elektrik enerjisinin keyfiyyət göstəriciləriSərbəst iş

    Elektrik şəbəkələrində ali harmonikaların mahiyyəti, yaranma səbəbləri və elektrik enerjisinin keyfiyyətinə təsiri araşdırılır. Elektrik enerjisinin keyfiyyət göstəriciləri, o cümlədən gərginliyin və tezliyin meyillənməsi, qeyri-sinusoidallıq və harmonik təhriflər, həmçinin onların elektrik avadanlıqlarının iş rejiminə təsiri təhlil edilir.

  41. 41.
    8. Elektromaqnit uyğunluğunun təmin olunması. İdarə olunan kommutasiyalar, ali harmonika süzgəcləriSərbəst iş

    Elektrik stansiya və şəbəkələrdə elektromaqnit uyğunluğunun təmin olunması prinsipləri, elektromaqnit maneələrin azaldılması üsulları araşdırılır. İdarə olunan kommutasiyaların iş prinsipi, ali harmonika süzgəclərinin növləri və tətbiq xüsusiyyətləri, həmçinin onların elektromaqnit maneələrin və harmonik təhriflərin azaldılmasına təsiri təhlil edilir.

  42. 42.
    9. Energetika sistemlərində dövri qeyri-sinusoidallıq və nəticələriSərbəst iş

    Energetika sistemlərində dövri qeyri-sinusoidallıq anlayışı, onun yaranma səbəbləri və əsas xüsusiyyətləri araşdırılır. Dövri qeyri-sinusoidal rejimlərin elektrik enerjisinin keyfiyyətinə, elektrik avadanlıqlarının işinə və enerji itkilərinə təsiri, həmçinin bu təsirlərin azaldılması üsulları təhlil edilir.

  43. 43.
    10. Qısa qapanmalar və onların açılması. İdarə olunan kommutasiyalarSərbəst iş

    Elektrik şəbəkələrində qısa qapanmaların yaranma səbəbləri, əsas növləri və elektrik avadanlıqlarının iş rejiminə təsiri araşdırılır. Qısa qapanma cərəyanlarının açılması prosesləri, kommutasiya aparatlarının iş prinsipi, idarə olunan kommutasiyaların xüsusiyyətləri və onların keçid proseslərinin məhdudlaşdırılmasında rolu təhlil edilir.

Ədəbiyyat

  1. 1. Tahir Lazımov, Power Quality (Azərbaycan dilində) Bakı, STX-Prints, 2007, 94 səh.(yeni pəncərədə açılır)
  2. 2. T.M.Lazımov. Elektromaqnit uyğunluğunun nəzəri əsasları və elektrik enerjisinin keyfiyyəti. Bakı, Təhsil NPM, 2005, 178 səh.
  3. 3. Angelo Baggini, Handbook of Power quality, John Wiley & Sons, Ltd, 2008.
  4. 4. C.L.Wadhwa, Electrical Power Systems, New Academic Science Limited, 2012.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5