Fənn · Energetika mühəndisliyi
Ehtimal nəzəriyyəsi və riyazi statistika
Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Fənn çərçivəsində ehtimal nəzəriyyəsinin əsas anlayışları, təsadüfi hadisələr və kəmiyyətlər, ehtimalın təyini üsulları, kombinator analiz, şərti ehtimal, tam ehtimal və Bayes düsturları, Bernulli sxemi, diskret və kəsilməz paylanma qanunları, təsadüfi kəmiyyətlərin ədədi xarakteristikaları, həmçinin riyazi statistika, seçmə və baş yığım, nöqtəvi və interval qiymətləndirmə üsulları öyrənilir. Əldə olunan biliklər energetika mühəndisliyində enerji istehsalı və istehlakı göstəricilərinin statistik təhlili, enerji sistemlərində qeyri-müəyyənlik və risklərin qiymətləndirilməsi, avadanlıqların etibarlılığının təhlili, enerji tələbatının proqnozlaşdırılması və enerji proseslərinin səmərəliliyinin qiymətləndirilməsində tətbiq olunur.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.