Ümumi məlumat
- Fənn kodu
- İF-3939y
- Kredit
- 5
- Tələbənin iş yükü
- 149
- Semestr
- Yaz semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- mühazirə-30 saat, seminar-30 saat, laboratoriya-15 saat
- Auditoriyadan kənar saatlar
- 75 saat
Fənn haqqında
«Mühəndis kompüter qrafikası» fənni – mühəndis qrafikasınının bütün bölmə-lərini və Mühəndis-kompüter qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazır-lığının əsasını təşkil edən ümumitexniki fənlərdən biridir. «Mühəndis kompüter qrafi-kası»nın öyrənilməsində əsas məqsəd: rəqəmli hesablama kompleksləri və ənənəvi üsul-larda istifadə olunan vasitələrlə cizgilərin realistik 3D modellərin alınması, 2D cizgi¬lərin və sxemlərin çəkilməsi, hesablan¬ması, emalı, saxlanması, redaktəsi, çapı və s. ilə məşğul olan sahədir. «Mühəndis kompüter qrafikası» mühəndis-texniki təhsilin forma¬laşması və mənimsənilməsi işində əsas fənlərdən biri sayılır.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Giriş. Mühəndis-kompüter qrafikasının predmeti. Rastr, vektor, fraktal qrafikanın formatı və proqram təminatları. Rənglər haqqında. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar. Parçanın və bucağın yarıya bölünməsi. Çevrənin bərabər satda hissələrə bölünməsi. Qovuşmalar. Maillik və konusluq.(M). Mühazirə
- 2.Proyeksiyalama metodları haqqında. Nöqtənin ortoqonal proyek¬siyaları. Nöqtənin iki və üç proyeksiya müstəvisinə ortoqonal proyeksiyalanması. Nöqtənin xüsusi halları. Düz xəttin proyek¬siyaları, izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). Nöqtənin düz xəttə mənsub olması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.(M).Mühazirə
- 3.Müstəvinin verilmə üsulları. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması. Müstəvilə (xüsusi hal) düz xəttin və iki müstəvinin kəsişməsi (xüsusi hal). Çoxüzlülərin ortoqonal proyeksiyaları (prizma və piramida). Nöqtənin çoxüzlüyə mənsubluğu. Çoxüzlünün düz xət və müstə¬vilə kəsişməsi (xüsusi hal).(M). Mühazirə
- 4.Fırlanma səthlərinin ortoqonal proyeksiyaları (silindr və konus). Nöqtənin çoxüzlüyə mənsubluğu. Çoxüzlünün düz xət və müstə¬vilə kəsişməsi (xüsusi hal). Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Natu¬ra¬dan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası. (M)Mühazirə
- 5.Aksonometrik proyeksiyalar haqqında. Düzbucaqlı izometriya və çəpbucaqlı frontal dimetrya. Çevrənin, kvadratın və modelin aksanometrik proyeksiyalarının qurulması. Söküləbilən birləşmələr. Detallarda və bir¬ləş¬mələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli detal¬ların cizgisi.(M)Mühazirə
- 6.Detal birləşmələrində istifadə edilən emprik düs¬tur¬lar. Bolt və vint birləşməsinin cizgisinin tərtibi ardıcıllığı. Sökülməyən birləşmələr. Qaynaq, lehim və yapışqan birləşmə¬lərinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri. (M)Mühazirə
- 7.Prinsipial elektrik sxeminin tərtibi qaydası və elementlərin qrafiki işarəsi. Eskizlər və işçi çertyojlar. Naturadan verilmiş detalın eskizinin çəkilməsi. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissə¬lərə ayrılması ardıcıllığı.(M).Mühazirə
- 8.Vzualizasiya. Kamera, tekstura, material, işıqdan istifadə etmək¬lə detalların realistik (Render) təsvirlərinin alınması ardıcıllığı. Modellərin çapı. 3D modeldən avtomatik 2D cizgilərin qurulması.(M)Mühazirə
- 9.Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. Əsas yazının yerinə yetirilməsi.(S)Məşğələ
- 10.Həndəsi qurmalar. Qovuşmalar. İki düz xəttin qovuşması. Düz xətlə çevrənin və iki çevrənin qovuşması. Sadə konturların çəkil¬məsinə aid məşğələ. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (1-ci məsələ).(S)Məşğələ
- 11.Maillikdən istifadə etməklə profillərin qurulması. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ).(S)Məşğələ
- 12.Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtənin ortoqonal proyek-siyaları. Ümumi və xüsusi vəziyyətdə olan nöqtələrin təsviri Sərbət işin tapşırıqlarının verilməsi və izahı (3-cü məsələ).(S)Məşğələ
- 13.Duz xəttin kompleks çertyoju, xüsusi vəziyyətləri, izləri haqqında. Proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu ilə düz xətt parçasının əsl boyunun qurulması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətinə aid məşğələ.(S)Məşğələ
- 14.Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müstəvilər. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsinə aid məşğələ (xüsusi hal).(S)Məşğələ
- 15.Səthlərin (prizma, piramida, silindr, konus) çertyojda təsviri. Nöqtə və xəttin səthlərə mənsub olması. Səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal sərbət işin tapşırıqlarının verilməsi və izahı (4-cü məsələ).(S)Məşğələ
- 16.Səthlərin (prizma, piramida, silindr, konus) çertyojda təsviri. Nöqtə və xəttin səthlərə mənsub olması. Səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal sərbət işin tapşırıqlarının verilməsi və izahı (4-cü məsələ).(S)Məşğələ
- 17.Kvadrat, çevrənin və natu¬radan verilmiş detalın aksonometrik proyek¬siyaları. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (6-cı məsələ).(S)Məşğələ
- 18.10 Yivlər. Standart yivli birləşdirici detalların cizgilərininə aid məş¬ğələ. Sİ tapşırığının verilməsi (7-ci məsələ).(S) ☐ M ☒ S ☐ L [1-4] 2Məşğələ
- 19.Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt, vint birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ. (S)Məşğələ
- 20.Sökülməyən birləşmələr, birləşmələrin digər növləri və ötürmələr. Qaynaq, lehim, yapışqan birləşmələrinin təsviri və işarə olunmasına aid məşğələ. Sİ tapşırığının verilməsi (8-ci məsələ).(S)Məşğələ
- 21.Prinsipial elektrik sxeminin tərtibi və elementlərinin qrafiki şərti işa-rələnməsinə aid məşğələ Sİ tapşırığının verilməsi (9-cu məsələ).(S)Məşğələ
- 22.Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Yığımın ümumi görünüş cizgisi. Yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. Yığım vahidinin ümumi görünüş cizgi¬sinin oxunması və eskizinin çəkilməsinə aid məşğələ. Sİ tapşırığının verilməsi (10-cu məsələ).(S)Məşğələ
- 23.Yığım vahidinin ümumi görünüş cizgisinin hissələrinin AutoCAD proqramında 3D model kimi yerinə yetirilməsi və vizualizasiyası-dizaynı. İnventor əlavəsinin tətbiqilə 3D modeldən avtomatik 2D cizgilərin qurulması.(S)Məşğələ
- 24.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L)Laboratoriya
- 25.LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulması(L)Laboratoriya
- 26.LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulması(L)Laboratoriya
- 27.LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redak-təsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.(L)Laboratoriya
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 20 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |
| Laboratoriya | fənn üzrəlaboratoriya işlərinin qiymətləndirilməsi | 10 bal |