Bakalavriat təhsil proqramı
Elektrik və elektronika mühəndisliyi (Gazi Universiteti ilə ikili diplom)
Proqram haqqında
“Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə ikili diplom bakalavriat proqramı Azərbaycan Texniki Universiteti ilə Qazi Universiteti (Türkiyə) arasında birgə həyata keçirilir. Tədris planına əsasən tələbələr I və II tədris illərində AzTU-da, III və IV tədris illərində isə Qazi Universitetində təhsil alırlar. Proqram elektrik dövrələri, elektronika, elektromaqnit sahə nəzəriyyəsi, elektrik maşınları, güc elektronikası, nəzarət sistemləri və mikroprosessorlar üzrə geniş profilli mühəndis hazırlığına yönəlib. Normativ təhsil müddəti 4 il, ümumi kredit həcmi 240 AKTS-dir.
Dərəcə tələbləri
Tələbə tədris planındakı məcburi fənləri və laboratoriya kurslarını uğurla tamamlamalıdır. Tələbə seçmə fənlər qruplarından müəyyən edilmiş kreditləri toplamalı və buraxılış işini müdafiə etməlidir. Tələbə hər iki universitetin akademik tələblərini yerinə yetirməlidir. Proqramı başa vuran məzunlara AzTU və Qazi Universitetinin bakalavr diplomları verilir.
Proqramın bölmələri
Fənn təlim nəticələri
Hər fənn üzrə təlim nəticələri
Səriştə matrisi
Fənlərin səriştələrin formalaşmasına töhfəsi






