Fənn · Data analitikası

Riyazi analiz-1Sillabus

if-611197y6 kreditPayız semestriMəcburi2026-2027

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
if-611197y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat-mühazirə, b) 30 saat -seminar
Auditoriyadan kənar saatlar
a) 72 saat- sərbərt iş b) 48 saat - hazırlıq

Fənn haqqında

Riyazi analiz-1 fənninin təsviri Bu fənn çoxluqlar nəzəriyyəsinin elementlərini, ədədi ardıcıllığın limitini, birdəyişənli funksiyanın limit və kəsilməzliyini, diferensial və inteqral hesabını, ədədi və funksional sıraları əhatə edir. Fənn çərçivəsində törəmə və inteqralın hesablanması üsulları, sıraların yığılması və bu anlayışların riyazi məsələlərin həllində tətbiqi öyrənilir.

Tədris metodları

  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar
  • layihə əsaslı öyrənmə
  • mühazirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Funksiyaların limitlərini və kəsilməzliyini müəyyən edir, limitlərin hesablanması üsullarını tətbiq edir.

  2. CLO 2: Funksiyaların törəmələrini hesablayır, törəmədən istifadə edərək funksiyaların artma və azalma intervallarını, ekstremum nöqtələrini müəyyən edir.

  3. CLO 3: Müəyyən inteqralları hesablayır, inteqral hesabın köməyi ilə müstəvi fiqurların sahəsini və funksiyaların orta qiymətini müəyyən edir.

  4. CLO 4: Ədədi və funksional sıraların yığılmasını araşdırır və onların əsas xassələrini tətbiq edir.

  5. CLO 5: Çoxdəyişənli funksiyaların qismən törəmələrini hesablayır və ekstremum məsələlərini həll edir.

  6. CLO 6: Riyazi analiz üsullarını sadə optimallaşdırma və data analitikası məsələlərinə tətbiq edir, riyazi nəticələri təhlil və şərh edir.

  7. CLO 7: Riyazi modellər qurur, analitik düşünmə və riyazi əsaslandırma bacarıqlarından istifadə edərək statistik analiz və maşın öyrənməsi üçün zəruri riyazi məsələləri həll edir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5