Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Payız
Akademik il
2026-2027
Fənnin təsviri
“Çoxölçülü statistik təhlil” fənni sosial-iqtisadi proses və hadisələrin bir-biri ilə qarşılıqlı əlaqədə olan çoxsaylı göstəricilər əsasında kompleks statistik öyrənilməsinin nəzəri və metodoloji əsaslarını əhatə edir. Fənn çərçivəsində çoxölçülü statistik məlumatların hazırlanması və təhlili, çoxölçülü korrelyasiya və reqressiya analizi, logistik reqressiya, çoxölçülü dispersiya analizi (MANOVA), faktor və baş komponentlər analizi, klaster və diskriminant analizi metodlarının mahiyyəti, tətbiq imkanları və nəticələrinin iqtisadi-statistik interpretasiyası öyrədilir. Tədris prosesində real sosial-iqtisadi məlumatlar əsasında praktiki hesablamalara, statistik proqram paketlərindən (Excel, SPSS, EViews və R) istifadəyə xüsusi diqqət yetirilir.
Fənn təlim nəticələri
CLO 1: FTN 1: Fənnin əsas anlayışlarını və tətbiq sahələrini izah edir
CLO 2: FTN 2: Məlumatları seçir, hazırlayır və müvafiq metodologiyanı əsaslandırır
CLO 3: FTN 3: Fənnə uyğun statistik üsulları praktik məsələlərə tətbiq edir
CLO 4: FTN 4: Hesablamaların və modellərin nəticələrini yoxlayır və şərh edir
CLO 5: FTN 5: Excel, EViews və ya digər uyğun proqramlardan istifadə edir
CLO 6: FTN 6: Empirik nəticələri hesabat və təqdimat formasında əsaslandırır






