Ümumi məlumat
- Fənn kodu
- İF- 2607y
- Kredit
- 10
- Tələbənin iş yükü
- 120
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat mühazirə, b) 45 saat praktiki məşğələ
- Auditoriyadan kənar saatlar
- a) 120 saat sərbəst işlər b) 90 saat hazırlıq
Fənn haqqında
“Ekonometrika” fənninin tədrisinə 90 saat həcmində auditoriya saatları nəzərdə tutulmuşdur. Onlardan 45 saat mühazirə dərslərinə, 45 saat praktiki məşğələ dərslərinə ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 120 saat təşkil edir. Bura Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi, mühazirələrə, seminarlara, laboratoriya dərslərinə, kollokviumlara hazırlıq daxildir. Tələbələrə 1-dən 5-ə qədər sərbəst tapşırıq verilir və ya 2-5 tələbəyə qrup şəklində 1 sərbəst tapşırıq verilir. Sərbəst işlərin hər biri 1-10 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Zəruri hallarda tələbələrə daha həcmli və elmi tutumlu 1 sərbəst tapşırıq verilə bilər. Bu zaman həmin sərbəst tapşırıq 10 ballıq şkalada qiymətləndirilir. Semestrin sonunda tələbənin fənn üzrə davamiyyəti 10, praktiki məşğələ və kollokviumlar 30, sərbəst tapşırıqlar 10 balla qiymətləndirilir. Fənn üzrə qalan 50 bal imtahanda müəyyən edilir. Tədris yükünün 2-ci semestrində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Təhsil proqramında fənn üçün 10 kredit nəzərdə tutulmuşdur.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- case study
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Giriş. Fənnin obyekti, predmeti və məqsədiMühazirə
Giriş. Fənnin obyekti, predmeti və məqsədi
- 2.Ekonometrik modelləşdirmənin baza anlayışlarıMühazirə
Ekonometrik modelləşdirmənin baza anlayışları
- 3.Cüt xətti reqressiyaMühazirə
Cüt xətti reqressiya
- 4.Reqressiya tənliyinin keyfiyyətinin yoxlanması. Fişerin F-kriteriyası.Mühazirə
Reqressiya tənliyinin keyfiyyətinin yoxlanması. Fişerin F-kriteriyası.
- 5.Xətti reqressiya tənliyinin əmsallarına aid hipotezlərin yoxlanması və interval qiymətləri. Mühazirə
Xətti reqressiya tənliyinin əmsallarına aid hipotezlərin yoxlanması və interval qiymətləri.
- 6.R2 determinasiya əmsalı və onun əsas xarakteristikalarıMühazirə
R2 determinasiya əmsalı və onun əsas xarakteristikaları
- 7.Fiktiv dəyişənlər. Q.Çou kriteriyasıMühazirə
Fiktiv dəyişənlər. Q.Çou kriteriyası
- 8.AvtokorrelyasiyaMühazirə
Avtokorrelyasiya
- 9.HeteroskedastiklikMühazirə
Heteroskedastiklik
- 10.Çoxdəyişənli xətti reqressiyaMühazirə
Çoxdəyişənli xətti reqressiya
- 11.MultikolleniarlıqMühazirə
Multikolleniarlıq
- 12.Qeyri-xətii reqressiya. Kobb-Duqlas istehsal funksiyasıMühazirə
Qeyri-xətii reqressiya. Kobb-Duqlas istehsal funksiyası
- 13.Zaman sıralarında stasionarlıq problemləriMühazirə
Zaman sıralarında stasionarlıq problemləri
- 14.Saxta reqressiya və kointeqrassiyaMühazirə
Saxta reqressiya və kointeqrassiya
- 15.Ekonometrikada istifadə olunan tənliklər sistemi haqqında ümumi anlayışlar. Eynizamanlıtənliklər sistemi.Mühazirə
Ekonometrikada istifadə olunan tənliklər sistemi haqqında ümumi anlayışlar. Eynizamanlıtənliklər sistemi.
- 16.Hidravlik silindr və boru kəmərlərinin divar qalınlığının hesablanması (Lamé tənlikləri).Mühazirə
- 17.Proqnozların hazırlanması Mühazirə
Proqnozların hazırlanması
Ədəbiyyat
- 1. Borodiç.S.A. Ekonometrika. Praktikum.(Rus dilindən tərcümə).Tərcümə edən A.H.Əliyev Bakı. 2019. 430 səh. 2. Yadulla Həsənli. Ekonometrikaya giriş. Bakı, 2008 3. Hacızalov Y.İ., Kərimova Y.R., Hüseynova L.N. Ekonometrika. Bakı, 2013 4. Hacızalov Y.İ., Sadıqov Ş.İ. İqtisadi sistemlərin riyazi modelləşdirilməsi. Bakı, 2015 5. Şabanov S.Ə. Excel paketində iqtisadi – riyazi modellərin həlli. Bakı, 2007 6. Şixəliyev N.Ş. İqtisadi – riyazi proqnozlaşdırma metodları. Bakı, 2014 7. Балаш В.А., Харламов А.В. Эконометрика. Саратов, 2008. 8. Васенкова Е.М., Абакумова Ю.Г., Бокова С.Ю. Практикум по эконометрике. Минск, 2015 9. Кремер Н.Ш., Путко Б.А. Эконометрика. Москва, 2008 10. Кремер Н.Ш., Путко Б.А. Исследование операций в экономике. Москва, 2012 11. К.Доугерти – Ввидение в эконометрику М., 2009 12. D.N. Gujarati. Essentials of Econometrics / D.N.Gujarati, D.Porter. 4th edition, McGraw-Hill/Irwin, 2009. 576 p. 13. C. Dougherty. Introduction to Econometrics 4th edition, Oxford Uni¬versity Press, 2011, 512 p. 14. A.H. Studenmund. Using Econometrics: A Practical Guide 6th edition, Addison- Wesley, 2010, 648 p. 15. D.N. Gujarati. Econometrics by Example. Palgrave Macmillan, 2011, 320 p 16. J.H.Stock, M.W.Watson .Introduction to Econometrics. 3rd edition, Addison-Wesley, 2010, 840 p. 24.Agamehdi Mehdiyev. Microsoft EXCEL statistik funksiyalar. Bakı, 2013.216 səh. 25.. www.stat.gov.az (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsi) 26.www.worldbank.org (Dünya Bankının rəsmi internet səhifəsi) 27.İpek deveçi Kocakoç. Matlab ve istatiksel veri analizi. Nobel Yayim Dagitim.Türkiye, 2007. 152 səh.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |