Fənn · Menecment
Təşkilati davranış və idarəetmə psixologiyası
Fənn haqqında
Kredit
6
İş yükü
1saat
Semestr
Payız
Tədris ili
2026-2027
Fənnin təsviri
Bu fənnin tədrisinin məqsədi təşkilati davranış sahəsində effektiv qərarlar qəbul etməyə qadir olan ixtisaslaşmış menecerlərin formalaşmasına yardım etməkdir. Bununla əlaqədar, vəsaitin əsas vəzifəsi mühüm nəzəri mövqelərin mənimsənilməsi və heyətin idarə edilməsilə bağlı praktik vərdişlərin işlənib hazırlanmasıdır. Təşkilati davranış və idarəetmə psixologiyası qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi və təşkilatın fəaliyyətinin effektivliyinin artırılması məqsədilə individlərin, qrupların davranışının öyrənilməsi və formalaşdırılmasını nəzərdə tutur. Təşkilati davranış və idarəetmə psixologiyası çoxtərkibli nizama malikdir, belə ki, o digər nizamlardan (təşkilati nəzəriyyələr, psixologiya, sosial psixologiya, menecment, heyətin idarə edilməsi) götürülmüş prinsip, metodlardan istifadə edir. Təşkilat daxilində insan davranışının idarə edilməsi elm və incəsənətin vəhdətini özündə ehtiva edir. Bu nəzəri və praktiki fəaliyyət möhkəm elmi təmələ əsaslanır. İnsanların idarə edilməsi incəsənəti istənilən sahədə fəaliyyət göstərən təşkilatda inkişafın, keyfiyyətin yüksəldilməsinin, effektivliyin artırılmasının vacib şərtidir.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.