Ümumi məlumat
- Fənn kodu
- İF-71904y
- Kredit
- 7
- Tələbənin iş yükü
- 1
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 30 saat- seminar
- Auditoriyadan kənar saatlar
- a) 90 saat – sərbəst iş b) 60 saat- layihə işi və ya məsləhət saatı
Fənn haqqında
Təşkilatların uğurlu fəaliyyəti menecerlərdən uzaqgörənlik, adekvatlıq, analitik təhlil və düzgün ünsiyyətqurma bacarıqlarına malik olmağı vacib sayır. Bu baxımdan mütəxəssislərin idarəetmə elminə yiyələnməsi müasir dövrün ən başlıca və zəruri tələbidir. Menecment kursu tələbələrin bu istiqamətdə müəyyən nəzəri bilikləri qazanmaları üçün tərtib edilmişdir və tələbələri menecmentin əsasları, müasir idarəetmə metodları ilə tanış etmək, onlara mövcud vəziyyəti düzgün təhlil edərək anında qərar qəbul etmələrini, sahibkar kimi düşünməyin və hərəkət etməyin təşkilatın uğur qazanmasında rolunu başa düşməyə imkan yaratmaq məqsədi daşıyır. Bu baxımdan sözügedən fənnin tədrisi aktualdır. Kursun əsas məqsədi tələbələri həm daxili fəaliyyətləri ilə, həm də xarici mühitlə qarşılıqlı əlaqə baxımından işgüzar təşkilatların təhliletmə bacarıqlarını inkişaf etdirməyə kömək etməli olan müasir idarəetmə anlayışları ilə tanış etmək, menecment sahəsində nəzəri biliklərə və praktik bacarıqlara yiyələnməsinə nail olmaq və bununla da onların gələcək işgüzar fəaliyyətləri zamanı effektiv qərarlar qəbul etmələri üçün bünövrə yaratmaq, onlarda yaradıcı və idarəetmə düşüncələrinin düzgün inkişaf etdirilməsidir. Tələbələr «iş»in müasir cəmiyyətdəki sosial münasibətlərdəki yerini anlamalıdırlar.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- problem-based learning
- komanda işi
- seminar
- case study
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: • FTN1: Menecmentin mahiyyətini, əsas anlayışlarını, prinsiplərini, funksiyalarını və tarixi inkişaf mərhələlərini izah edir. • FTN2: Təşkilati məqsədlərin müəyyənləşdirilməsi, planlaşdırma və strateji idarəetmə metodlarını konkret təşkilati situasiyalarda tətbiq edir. • FTN3: Təşkilati struktur, əmək bölgüsü, səlahiyyətlərin bölüşdürülməsi və qərarqəbuletmə proseslərini təhlil edir. • FTN4: Liderlik, motivasiya, kommunikasiya və komanda idarəçiliyi ilə bağlı idarəetmə situasiyalarını təhlil edir və qiymətləndirir. • FTN5: Təşkilatın daxili və xarici mühitini və inkişaf imkanlarını müvafiq idarəetmə alətləri vasitəsilə qiymətləndirir. • FTN6: Təşkilati problemlərin həlli üçün əsaslandırılmış idarəetmə strategiyası və fəaliyyət planı hazırlayır və təqdim edir.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
- 1. Abbasov İ.M., Sadıqov R.F. Menecment dərs vəsaiti, 2013 2. Stiven P.Robbins, Meri Koutler, Devid A.Desenzo İdarəetmənin əsasları, TEAS PRESS 2019, 528s. 3. Мескон Майкл Х., Альберт Майкл, Хедоури Франклин "Основы менеджмента. Классическое издание» Издательство: Вильямс, 2020 г. 4. С.Робинс,М.Култер "Основы менеджмента» 2022 г. 5. П.Ф. Друкер, Д.А. Макьярелло «Менеджмент», ООО «ИД Вильямс», 2010 г.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |