Fənn · Maliyyə

Bank işiSillabus

İFS-2756y6 kreditYaz semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-2756y
Kredit
6
Tələbənin iş yükü
90
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə, b) 30 saat məşğələ
Auditoriyadan kənar saatlar
a) 90 saat sərbəst iş, b) 30 saat hazırlıq

Fənn haqqında

“Bank işi” fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları yiyələnməlidir:  Bankların fəaliyyətinə dair tələbləri  Azərbaycanda müasir bank sisteminin xaraktetikası  Nağdsız hesablaşma formalarını  Bank fəaliyyətində yaranan riskləri  Bank fəaliyyətinin xidmət və məhsullarını  Bank marketinqi və menecmentini  Bank fəaliyyətində maliyyə nəticələrinin təhlili qaydalarını  Bank fəaliyyətinin qiymətləndirilməsini bilmək.

Tədris metodları

  • mühazirə
  • layihə əsaslı öyrənmə
  • interaktiv müzakirə
  • problem-based learning
  • komanda işi
  • seminar
  • case study
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Bank sistemi və onun əsas xüsusiyyətləriMühazirə

    Bankların mahiyyəti haqqında təsəvvürlər. Bank sisteminin əlamətləri və xarakteristikası. Bank sisteminin inkişaf amilləri. Bankların iqtisadiyyatdakı vəzifələri və rolu. Bank sisteminin pillələri. Müasir bank qanunvericiliyi sistemi.

  2. 2.
    Mərkəzi banklar.Mühazirə

    Mərkəzi bankların ümumi xarakteristikası. Mərkəzi bankların funksiyaları və vəzifələri. Mərkəzi Bankın məqsədləri. Pul-kredit fəaliyyətinin tənzimlənməsi. Mərkəzi Bankın pul-kredit fəaliyyətinin tənzimlənməsi siyasəti.

  3. 3.
    Kommersiya bankları, onları fəaliyyəti və strukturu.Mühazirə

    Kommersiya banklarının yaradılma qaydası və fəaliyyət prinsipləri. Kommersiya banklarının fəaliyyəti və lisenziyanın geri götürülməsi qaydası. Kommersiya banklarının təşkilati və idarəetmə strukturu. Kommersiya banklarının funksiyaları. Kommersiya banklarının əməliyyatlarının ümumi xarakteristikası. «Bank-müştəri» anlayışı. Bank sirri.

  4. 4.
    Bankların passiv əməliyyatları.Mühazirə

    Bankların xüsusi kapitalının formalaşması qaydası və mənbələri. Passivlərin formalaşma mənbələri. Qiymətli kağızların emissiyası. Səhm, Səhmin sahibinə verdiyi hüquqlar. İstiqraz. Veksel və onun formaları. Qiymətli kağızların emissiyası prosesi mərhələləri.

  5. 5.
    Bankların aktiv əməliyyatları.Mühazirə

    Aktiv əməliyyatların mahiyyəti, onun formaları. Kredit funksiyaları, kreditləşmənin prinsipləri və metodları. kredit münasibətlərinin obyekti, subyekti. Kredit formaları. Kreditin növləri. Kreditləşmənin təşkili. Bazar iqtisadiyyatının və biznesin inkişafında bank kreditinin rolu. Bankların kreditləşmə prosesi.

Ədəbiyyat

  1. 1. Banklar haqqında normativ-hüquqi aktlar toplusu // Z.F.Məmmədovun elmi redaktəsi ilə. Bakı, Qanun, 2022 2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti, BANK İŞİ DƏRSLIK, 2 CİLDDƏ, Bakı 2016, 536 səh. 3. БАНКОВСКОЕ ДЕЛО И БАНКОВСКИЕ ОПЕРАЦИИ Учебник, Издательство Уральского университета, Екатеринбург 2021 4. R.A.Bəşirov, Bank işi, Dərs vəsaiti. Bakı, 2016, 392 səh. 5. Z.F.Məmmədov. Bank fəaliyyətinin əsasları. Bakı, 2013, 269səh. 6. E.M.Sadıqov. Bank əməliyyatları. Bakı, 2010, 212 səh. 7. A.F.Əliyev. Bankların inkişaf istiqamətləri. Bakı, 2011 8. Ə.M.Abbasov, Z.F. Məmmədov, R.M.Rzayev. Bank işi və e-bankçılıq. Bakı, 2007 9. Z.F.Məmmədov. Pul, kredit və banklar. Bakı, 2008

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5