Fənn · Maliyyə

Mühasibatda proqram təminatıSillabus

İFS-2707y5 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-2707y
Kredit
5
Tələbənin iş yükü
58
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə b) 30 saat məşğələ
Auditoriyadan kənar saatlar
a) 60 saat sərbəst işlər b) 60 saat hazırlıq

Fənn haqqında

Fənnin tədrisinin məqsədi – mühasibat uçotunun və maliyyə hesabatlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada, düzgün və avtomatlaşdırılmış formada aparılmasını təmin edir. Bu proqramlar gündəlik tələb olunan kassa və bank əməliyyatları, əsas vəsaitlər, malmaterial, malgöndərənlərlə və alıcılarla hesablaşmaların uçotunun aparılması, əmək haqqı hesablamaları cədvəllərinin, mühasibat və maliyyə hesabatlarının və s. tərtib olunması üçün bütün zəruri funksiyalara malikdir. Həmçinin həmin informasiyadan istifadə etməklə maliyyə hesabatını tərtib və təqdim etmənin qaydalarını tələbələrə öyrədir. Kursun bütün mövzuları bir sistem şəklində mühasibat uçotunda aparılan əməliyyatların proqramlaşdırılmasına həsr edilmişdir. Kursun strukturu və məzmunu elə planlaşdırılmışdır ki, tələbələr mühasibatda proqram təminatının ümumi əsaslarına yiyələnəcək, sonrakı tədris fənlərini öyrənərkən bu kurs daxilində qazandıqları bilik və bacarıqları daha da möhkəmləndirəcək, həmçinin müstəqil iş prosesində mühasibat uçotu proqramları haqqında təsəvvürlərini dərinləşdirə və genişləndirə biləcəklər. Fənnin tədrisi qarşısında duran vəzifələr: • Mühasibat uçotunun proqramlaşdırılmasının mahiyyəti, məqsədi və təyinatı haqqında tələbələrdə bilik formalaşdırmaq; • kassa və bank əməliyyatları, əsas vəsaitlər, mal-material, malgöndərənlərlə və alıcılarla hesablaşmaların uçotunun aparılması, əmək haqqı hesablamaları cədvəllərinin, mühasibat və maliyyə hesabatlarının və s. tərtib olunması üçün bütün zəruri funksiyaları öyrətmək; • İlkin məlumatların müxtəlif səviyyəli və təyinatlı registrlərdə qeydiyyatı və qruplaşdırılması nəticəsində alınan informasiyadan istifadə etməklə sınaq balansının hazırlanması və düzəlişlərin aparılması qaydalarını öyrətmək; • Maliyyə Hesabatlarının Beynəlxalq standartlarının və AR qanunvericilik bazasının təsbitlərinə uyğun maliyyə hesabatının hazırlanması və təqdim edilməsi qaydalarını tələbələrə izah etmək və öyrətmək.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • case study
  • təqdimatlar
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5