Fənn · Maliyyə

Maliyyə uçotuSillabus

İF-72115y6 kreditPayız semestriMəcburi2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-72115y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə, b) 30 saat - seminar
Auditoriyadankənar saatlar
a) 80 saat – sərbəst iş, b) 40 saat – məsləhət saatı və ya layihə işi və s.

Fənn haqqında

Kursun əsas məqsədi müəssisədə baş vermiş əməliyyatların ikili yazılış vasitəsi ilə qeyd olunması və onların qruplaşdırılaraq maliyyə hesabatları ilə təqdimat qaydalarını tələbələrə praktiki formada aşılamaqdan ibarətdir. Eyni zamanda öyrənənlərə müəssisənin aktivləri və passivləri üzrə əməliyyatların uçotunun düzgün mənimsədilməsi nəzərdə tutulur. Kursun tədrisi nəticəsində tələbələrdə müəssisələrdə dəyər axını ifadə edən maliyyə əməliyyatlarını jurnallarda qeydiyyatı, ikili yazılışların təqdim edilməsi, baş kitablarda əks etdirilməsi və maliyyə hesabatlarının (Balans, Mənfəət və Zərər haqqında hesabat, Kapitalda dəyişiklik haqqında hesabat, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat) hazırlanması və ilkin təhlili qabiliyyətlərinin formalaşması gözlənilir. Tələbələrin hesablar vasitəsilə ikili yazılışların təqdim etmə bacarığının formalaşması, əməliyyatların düzgün müxabirləşmələrinin verilməsi, informasiya istifadəçilərinə zəruri informasiyaların təmin edilməsi üçün sərbəst şəkildə lazımi hesabatların tərtib edilməsi bacarıqlarının formalaşmasına analitik dəstək verir.

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN1: Maliyyə uçotunun nəzəri konsepsiyasını, ikili yazılış sistemini və baza mühasibat prinsiplərini izah edir

  2. CLO 2: FTN2: Biznes əməliyyatlarını, ƏDV, debitor/kreditor borcları və müxtəlif aktivləri (ehtiyatlar, TTA, qeyri-maddi aktivlər) uçota alır.

  3. CLO 3: * FTN3: Qiymətləndirilmiş öhdəliklər, avans ödənişlər, təxirə salınmış gəlirlər və dövr sonrası hadisələrin hesabatlarda tanınmasını təhlil edir.

  4. CLO 4: FTN4: Maliyyə Vəziyyəti Bəyanatı (SFP), Mənfəət/Zərər Hesabatı (SPL), Pul Vəsitlərinin Hərəkəti (MUBS 7) və Konsolidə edilmiş maliyyə hesabatlarını tərtib edir.

Mövzu planı

Mövzu planı hələ dərc edilməyib.

Ədəbiyyat siyahısı

  1. 1. Fətullayev R. Beynəlxalq mühasibatlığa giriş (Maliyyə uçotu), Bakı, 2026 2. Fətullayev R. Maliyyə uçotu (Praktiki məsələ və test toplusu), Bakı , 2026 3. F. Sultanov, E. Həsənov, E. İbadov Maliyyə Hesabatlarının Beynəlxalq Standartları -2025 4. BPP Learning Media, ACCA F3 5. Accountingcoach.com saytınınn materialları 6. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5