Fənn · Nəqliyyatda servis

Təşkilati davranış və idarəetmə psixologiyası

İF-71926y6 kreditPayız semestriMəcburi2026-2027

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Akademik il

2026-2027

Fənnin təsviri

Bu fənnin tədrisinin məqsədi təşkilati davranış sahəsində effektiv qərarlar qəbul etməyə qadir olan ixtisaslaşmış menecerlərin formalaşmasına yardım etməkdir. Bununla əlaqədar, vəsaitin əsas vəzifəsi mühüm nəzəri mövqelərin mənimsənilməsi və heyətin idarə edilməsilə bağlı praktik vərdişlərin işlənib hazırlanmasıdır.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1: Təşkilati davranışın əsas anlayışlarını, təşkilatı sistem kimi və təşkilatda fərdi davranışın formalaşmasına təsir edən amilləri izah edir və tətbiq edir.

  2. CLO 2: FTN 2: İşçilərin qavrama, atribusiya, öyrənmə və motivasiya proseslərini təhlil edir və onların iş davranışına təsirini qiymətləndirir.

  3. CLO 3: FTN 3: ş yerinin layihələşdirilməsi, qrup dinamikası və komanda fəaliyyətinin prinsiplərini tətbiq edir və effektiv komanda formalaşdırılması yollarını müəyyənləşdirir.

  4. CLO 4: FTN 4: Hakimiyyət və liderlik yanaşmalarını, kommunikasiya proseslərini və münaqişələrin idarə edilməsi üsullarını təhlil edir və idarəetmə situasiyalarında uyğun həll yollarını seçir.

  5. CLO 5: FTN 5: Təşkilati mədəniyyət və dəyişikliklərin idarə edilməsi proseslərini qiymətləndirir, mümkün problemləri müəyyən edir və dəyişikliklərin həyata keçirilməsi üzrə əsaslandırılmış yanaşmalar formalaşdırır.

  6. CLO 6: FTN 6: Karyera və stressin idarə edilməsi, eləcə də idarəetmə qərarlarının qəbulunu real təşkilati situasiyalar əsasında təhlil edir, alternativləri qiymətləndirir və əsaslandırılmış qərarlar hazırlayır.