Fənn · Nəqliyyatda servis

Mülki müdafiəMövzu planı

İF-3061y-Nservis3 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

33 mövzu
  1. 1. 1. Mülki müdafiənin əsasları

    Mühazirə

    «Mülki müdafiə haqqında AR-nın qanunu». FH-da MM-nin rolu, məqsədi, tapşırıqları və təşkili prinsipləri. MM qüvvələri. Sənaye obyektlərində MM-in təşkili, hərbiləşdirilməmiş dəstələri.

  2. 2. 2. Fövqəladə hallar və onların xarakteristikası

    Mühazirə

    FH, onların təsnifaiı.Texnogen xarakterli FH və təsnifatı. Radiasiya təhlükəli obyektlər.İonlaşdırıcı şüalar. Şüalanma dozası və doza gücü. Şüa xəstəliyi. İcazə verilən şüalanma dozaları.AES qəzalarında yerin radioaktiv zəhərlənməsi. Kimyəvi təhlükəli obyektlər.Kimyəvi təhlükəli maddələr, onların təsnifat, əsas fiziki xassə və insanlara təsiri. Partlayış, yanğın təhlükəli qəzalar, onların əsas xarakteristikaları.

  3. 3. 3. Fövqəladə hallar və onların xarakteristikası

    Mühazirə

    Hərbi xarakterli FH. Nüvə silahı. Kimyəvi silah. Bakterioloji (bioloji) silah. Adi qırğın vasitələri. Təbii xarakterli fövqəladə hallar.

  4. 4. 4. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.

    Mühazirə

    Radiasiya, kimyəvi, partlayış və yanğın şəraiti haqqında anlayış, onların aşkarı və qiymətləndirilmə üsuları İonlaşdırıcı şüalanmanın aşkarı və ölçülməsi üsulları.

  5. 5. 5. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.

    Mühazirə

    MM sistemində tətbiq olunan radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları. Onların təsnifatı, təyinatı və qısa xarakteristikaları.

  6. 6. 6. FH-da əhalinin mühafizəsinin əsasları.

    Mühazirə

    FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Radiasiya və kimyaya qarşı mühafizə tədbirləri.MM-in vahid xəbərdarlıq siqnalları.Sənaye obyektlərinin personalının, MM dəstələrinin şəxsi heyəti və işləməyən əhalinin FH-a hazırlanması.

  7. 7. 7. Fərdi mühafizə vəsaitləri

    Mühazirə

    Fərdi mühafizə vəsaitləri, onların təsnifatı. Tənəffüs üzvlərinin FMV, onların təsnifatı və təyinatları. Dərinin fərdi mühafizə vasitələri, onların təsnifatı və təyinatları. Gözlərin fərdi mühafizə vasitələri. Tibbi fərdi mühafizə vasitələri və onların təyinatı.

  8. 8. 8. Mülki müdafiənin mühafizə qurğuları.

    Mühazirə

    MM-nin mühafizə qurğularının təyinatı və təsnifatı. Sığınacaqlar, onların təyinatı, təsnifatı, əsas və yardımçı təyinatlı otaqları, mühəndis-texniki avadanlıqları,iş rejimi.

  9. 9. 9. Mülki müdafiənin mühafizə qurğuları

    Mühazirə

    Radiasiya əleyhinə daldanacaqlar (radiasiya daldanacaqları), onların təyinatı, təsnifatı, əsas və yardımçı otaqları, mühəndis-texniki avadanlıqları. Sadə daldanacaqlar, növləri və quruluşları. Mühafizə qurğularının sülh dövründə saxlanılma və istifadəsi.

  10. 10. 10. FH-da əhalinin köçürülməsi

    Mühazirə

    Fövqəladə hallarda əhalinin köçürülməsi. Köçürmənin mahiyyəti və üsulları. Köçürmə orqanları, onların tərkibi və vəzifələri. Köçürmənin təminatı və həyata keçirilməsi.

  11. 11. 11. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı

    Mühazirə

    Sənaye obyektlərinin işinin dayanıqlığının mahiyyəti, məzmunu.

  12. 12. 12. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı

    Mühazirə

    Obyektin dayanıqlığına təsir edən amillər. Sənaye obyektlərinin dayanıqlığının tədqiqatının aparılması. Mülki müdafiənin mühəndis-texniki tədbirləri.

  13. 13. 13. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı

    Mühazirə

    Sənaye obyektlərinin işinin dayanıqlığının nüvə partla-yışının zərbə dalğasının,işıq şüalanmasının təsirinə görə qiymətləndirilməsi metodikası. Obyektlərin işinin dayanıqlığının yüksədilməsi üçün görülən əsas tədbirlər.

  14. 14. 14. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması

    Mühazirə

    FH-da keçirilən xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsəd,mahiyyət və tapşırıqları. X və DTİ təşkili və yerinə yetirilməsi. X və DTİ-nin keçirilməsi üçün cəlb olunan qüvvə və vəsaitlər.

  15. 15. 15. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması

    Mühazirə

    FH-da X və DTİ-nin təşkili və keçirilməsində obyekt dəstə komandirinin işinin mahiyyəti, məzmunu və ardıcıllığı. Xüsusi təmizləmənin təşkili və həyata keçirilməsi. FH-da obyektlər və MM dəstələrinin fəaliyyətinin idarə olunması.

  16. 16. 1. Fövqəladə hallar və onların xarakteristikası

    Məşğələ

    Nüvə partlayışı,AES qəzası nəticəsində yaranan radiasiya şəraitlərinin proqnoz və kəşfiyyat məlumatları əsasında aşkarı və xəritəyə çəkilməsi. Radiasiya şəraitinin qiymətləndirilməsi. Məsələ həlli. KTM çıxımı və kimyəvi silahın tətbiqi nəticəsində yaranan kimyəvi şəraitin qiymətləndirilməsi. Məsələ həlli.

  17. 17. 2. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.

    Məşğələ

    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.Radiasiya nəzarəti (dozimetrik), radiasiya və kimyəvi kəşfiyyat cihazlarının istifadəsi. DP-5V (DP-5B), İMD-1, DP-22V (İD-1, İD-11), VPXR cihazlarının təyinatı,dəsti, quruluşu, işə hazırlaması və istifadəsi.

  18. 18. 3. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.

    Məşğələ

    Mühəndis şəraitinin aşkarı və qiymətləndirilməsi. Dağılma və yanğın zonalarının sərhədlərinin təyin edilməsi. Məsələ həlli.

  19. 19. 4. Fərdi mühafizə vəsaitləri

    Məşğələ

    Əleyhqazdan istifadə qaydaları. R-2 respiratorunun seçilməsi, istifadə edilməsi. L-1 yüngül mü-hafizə kostyumunun (yaxud OZK ümumqoşun mühafizə kom-plektinin) istifadə edilməsi.Pambıq-tənzif sarğının hazırlanması, istifadəsi

  20. 20. 5. Mülki müdafiənin mühafizə qurğuları.

    Məşğələ

    MM-nin mühafizə qurğuları. Sənaye obyektlərinin fəhlə və qulluqçularının mühəndis mühafizəsinin qiymətləndirilməsi. Mühafizə qurğularının istifadəsi. Mühafizə qurğularının əhalinin qəbuluna hazırlanması. Mühafizə qurğularında əhalinin yerləş-dirilməsi. Mühafizə qurğularında əhalinin davranış qaydaları.

  21. 21. 6. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı

    Məşğələ

    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı. Sənaye obyekt-lərinin işinin dayanıqlığının nüvə partlayışının zərbə dalğası-nın, işıq şüalanmasının, radiasiya şəraitinin, yanacaq-hava qarışığı partlayışının və KTM kimyəvi zəhərlənmə şəraitinin təsirinə görə qiymətləndirilməsinə aid məsələlərin həlli.

  22. 22. 7. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması

    Məşğələ

    Sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırıl-ması. Xüsusi təmizləmənin keçirilməsi. Qismi xüsusi təmizləmənin – dezaktivizasiyanın, deqazasiyanın və dezinfeksiyanın keçirilməsi.

  23. 23. 8. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması

    Məşğələ

    Tam və qismi sanitar təmizləmənin keçirilməsi. İPP-8 (İPP-9, İPP-10) kimyaya qarşı fərdi paket, onun təyinatı, dəsti və istifadə qaydası. Xüsusi təmizəmədə təhlükəsizlik tədbirləri.

  24. 24. 1. Dozimetrik cihazlar.

    Sərbəst iş

    Dozimetrik cihazlar ionlaşdırıcı şüalanmanın səviyyəsini və qəbul edilən dozanı ölçmək üçün istifadə olunan xüsusi ölçü vasitələridir. Onlar radiasiya təhlükəsizliyinin təmin edilməsində, ətraf mühitin və insanların qorunmasında mühüm rol oynayır.

  25. 25. 2. Fərdi mühafizə vasitələri.

    Sərbəst iş

    Fərdi mühafizə vasitələri insanları təhlükəli amillərin təsirindən qorumaq üçün istifadə olunan xüsusi geyim və avadanlıqlardır. Bu vasitələrə respiratorlar, qoruyucu maskalar, əlcəklər, eynəklər və xüsusi geyimlər daxildir.

  26. 26. 3. Radiasiya təhlükəli obyektlərdə qəzalar.

    Sərbəst iş

    Radiasiya təhlükəli obyektlərdə qəzalar radioaktiv maddələrin ətraf mühitə yayılması ilə nəticələnə bilən fövqəladə hadisələrdir. Belə qəzalar insanların sağlamlığına, ətraf mühitə və iqtisadiyyata ciddi mənfi təsir göstərə bilər.

  27. 27. 4. Mühafizə qurğuları və onların istifadəsi.

    Sərbəst iş

    Mühafizə qurğuları insanların təhlükəli amillərdən, o cümlədən radiasiya, kimyəvi və bioloji təsirlərdən qorunması üçün nəzərdə tutulmuş xüsusi sığınacaq və tikililərdir. Bu qurğular fövqəladə hallarda insanların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

  28. 28. 5. Zəlzələlər.

    Sərbəst iş

    Zəlzələ Yer qabığında baş verən tektonik hərəkətlər nəticəsində yaranan təbii fəlakətdir. Güclü zəlzələlər insan tələfatına, binaların dağılmasına və ciddi maddi ziyana səbəb ola bilər.

  29. 29. 6. Fövqəladə hallarda əhalinin köçürülməsi.

    Sərbəst iş

    Fövqəladə hallarda əhalinin köçürülməsi insanların təhlükəli ərazilərdən təhlükəsiz zonalara planlı və mütəşəkkil şəkildə təxliyə edilməsidir. Bu tədbir insanların həyatını və sağlamlığını qorumaq məqsədi daşıyır.

  30. 30. 7. Qasırğa, fırtına, tufan, çovğun, burağan.

    Sərbəst iş

    Qasırğa, fırtına, tufan, çovğun və burağan güclü külək və əlverişsiz hava şəraiti ilə müşayiət olunan təhlükəli təbiət hadisələridir. Bu hadisələr yaşayış məntəqələrinə, infrastruktura və insanların həyatına ciddi təhlükə yarada bilər.

  31. 31. Азербайджанская Демократическая Республика (1918–1920 годы).

    Mühazirə

    12.Азербайджанская Демократическая Республика (1918–1920 годы)- первое независимое демократическое государство Востока. Роль и влияние АДР на регион, исторические процессы и политические преобразования. Наука и культура.

    Mövzu təlim nəticələri

    • • РОД 5: Применять навыки сопоставления и установления взаимосвязей между древней историей Азербайджана и современным периодом.
    • • РОД 2: Анализировать и разъяснять отдельные дискуссионные вопросы истории Азербайджана.
    • • РОД 4: Демонстрировать базовый уровень знаний по изучаемым темам и формулировать собственную аргументированную позицию по рассматриваемым вопросам.
    • • РОД 1: Объяснять основные характеристики периодов истории Азербайджана.
    • • РОД 3: Формировать объективную и аргументированную позицию по отдельным вопросам истории Азербайджана.
  32. 32. 9. Fərdi dozimetrlər komplekti.

    Sərbəst iş

    Fərdi dozimetrlər komplekti insanların məruz qaldığı ionlaşdırıcı şüalanma dozasını ölçmək və nəzarətdə saxlamaq üçün istifadə olunan cihazlar toplusudur. Bu komplekt radiasiya ilə işləyən şəxslərin təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır.

  33. 33. 10. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması

    Sərbəst iş

    Sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırılması qəza və ya fəlakətdən sonra təhlükənin məhdudlaşdırılması, zərərin azaldılması və normal fəaliyyətin bərpası üçün görülən tədbirlər kompleksidir. Bu tədbirlərə xilasetmə, təmir-bərpa və təhlükəsizlik işləri daxildir.