Fənn · Sənaye mühəndisliyi

Sənaye müəssisələrinin avtomat axın xətləriSillabus

İFS-3497s6 kreditYaz semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-3497s
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 90 saat - TSİ b) 30 saat - MRTSİ

Fənn haqqında

Fənnin tədrisinin məqsədi «050638– "Sənaye müəssisələrinin avtomat axın xətləri" kursunun məqsədi Fənnin tədrisində məqsəd bir sıra müəsisələrin qurulmasında axın xəttlərinin və avadanlıqların müasir tələblər səviyyəsində qurulması və istismar olunması, həlli vacib olan məslələrin yerinə yetirilməsində yeni nəsil avtomatik xətlərdən istifadə və onların tətbiq olunması qaydalarını mənimsəməkdir. Məhsul istehsalınının əsası avtomatizasiya ilə sıx baglıdır. İstehsal proseslərinin idrə olunması- verilmiş iş rejiminin optimallıgının təmin olunması aktualdır.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN 1. Sənaye müəssisələrində avtomat axın xətlərinin quruluşunu, əsas elementlərini, iş prinsiplərini və istismar xüsusiyyətlərini izah edir.

  2. CLO 2: FTN 2. Avtomat axın xətlərində istifadə olunan mexaniki, hidravlik, pnevmatik və elektromexaniki sistemlərin iş prinsiplərini və texnoloji proseslərdə rolunu təhlil edir.

  3. CLO 3: FTN 3. Avtomatlaşdırılmış istehsal proseslərinin texniki, texnoloji və iqtisadi göstəricilərini qiymətləndirir, səmərəliliyə təsir edən amilləri müəyyənləşdirir.

  4. CLO 4: FTN 4. Avtomat axın xətlərinin layihələndirilməsi, planlaşdırılması və istismarının təşkili zamanı texniki normativləri, təhlükəsizlik tələblərini və keyfiyyət standartlarını tətbiq edir.

  5. CLO 5: FTN 5. Avtomat axın xətlərində yaranan texniki və texnoloji problemləri müəyyənləşdirir, istehsal resurslarından səmərəli istifadə və proseslərin modernləşdirilməsi üzrə əsaslandırılmış həllər təklif edir.

Mövzu planı

  1. 1.
    Giriş. Fənnin ümümi məsələləri. İstehsalın avtomatlaşdırılması Avtomatlaşdırmanın istifadə olunduğu oblastlarMühazirə
  2. 2.
    Avtomatik xətlər, anlayışlar, təyinatlar və strukturlar. Əsas anlayışlar və təriflər. Fırlanma səthlərinin emalıMühazirə
  3. 3.
    Axın istehsalının ümumi xarakteristikası İstehsal taktı. Fasiləsiz axın xətlərinin (FAX) təşkilinin xüsusiyyətləri. FAX-ın əsas hesablamaları. Fasiləli axın xəttinin təşkilinin xüsusiyyətləri. Əməliyyatlararası dövriyyə ehtiyyatlarının hesabı.Mühazirə
  4. 4.
    Axın istehsalının avtomatlaşdırılması. Bunkerli yükləmə - istiqamətləndirmə qurğuları. Toplayıcı və qidalandırıcı qurğular. Nəqliyyat vasitələri.Mühazirə
  5. 5.
    İriseriyalı və kütləvi istehsal üçün avtomatik xətlər. Çevik avtomatik seriyalı istehsal xətləri. İstehsal sisteminin təşkilati-iqtisadi funksiyalarının kompleks avtomatlaşdırılması. Çevik istehsal modullarının dizaynı.Mühazirə
  6. 6.
    Fırlanma səthi tipli hissələrin emalı üçün ÇİM. Dişli çarxların emalı üçün çevik istehsal modulu. Disk tipli hissələrin emalı üçün çevik çərçivə tipli istehsal modulu. Çevik istehsal kompleksinin (ÇİK) texnoloji avadanlıqlarının yerləşdirilməsi üçün tipli sxemlər. "Modul" şirkətinin diş frezləmə və diş iskənələmə dəzgahlarının avtomatlaşdırılmış texnoloji kompleksi.Mühazirə
  7. 7.
    Avtomatik xətlərin nəqliyyat - toplama sistemlərinin təyinatı, təsnifatı və funksiyaları. Toplayıcı-konveyerlər. Peyk-tərtibatlarının geri dönüş konveyerləriMühazirə
  8. 8.
    Konstruktor və dizayn işlərini müəyyən etmək üçün nəqliyyat -toplama avadanlığının mürəkkəblik qrupları üzrə təsnifatı. Kontur və İnteqral. Sürtünmə rolikli ötürücüsü olan nəqliyyat sistemi. Axın xətlərinin nəqliyyat sistemlərində lentli konveyerlər. Axın və avtomatik xətlərində hissələrin qravitasiya ilə nəqliMühazirə
  9. 9.
    Məhsulların operativ şəkildə daşınması üçün zəncirli və lövhəli konveyerlər. Zəncirli lövhəli konveyerlər. Daşıyıcı diyircəkli zəncirli pəstah nəqletmə sistemi. Mühazirə
  10. 10.
    Nəqliyat robotları, onların quruluşu, döşəməüstü nəqliyyat robotlarının izləmə sistemləri. Dəzgahlar arasında sərt əlaqə ilə avtomatik xətlərin addımlı konveyerləri. Mühazirə
  11. 11.
    Şüşə qabların rənglənməsi üçün kompakt avtomatik xətlər. Çevik avtomatlaşdırılmış texnologiyanın əsasları. Avadanlığın ölçüləri və enerji sərfiyyatı. Avadanlıqların dizayn elementləri. Şüşə və plastikin rənglənməsi üçün avtomatik konveyer xətləri: yeni həllər. Plastiklərin rənglənməsi üçün xətlər. Elektrostatik turbo zəngli şüşə qabların avtomatik rənglənməsi xətti.Mühazirə
  12. 12.
    Lifli materialların daranmağa hazırlanması üçün istehsal xətləri və avadanlıqları. Sürtkü emulsiyasının hazırlanması üçün SAN modelli qurğu. EBO modelli paket qidalandırıcısı. Erco Truetzschler şirkətinin BLENDOMAT BO-A modelli paket boşaldıcı. Mühazirə
  13. 13.
    Sintepon istehsalı üçün avtomatik axın xətləri. Sintepon. LN-3 sintepon istehsal xətti. Sintepon UltraWhite istehsalı üçün avtomatik istehsal xətti. Çox iynəli tikiş (örtük bağlama) maşınları.Mühazirə
  14. 14.
    Cild qapaqlarının avtomatlaşdırılmış axın xətlərində hazırlanması. Karton vərəqlərin kəsilməsi üçün xətlər. Tam örtüklü qapaqların hazırlanması. Tərkib hissəli qapaqların hazırlanması. Cild qapaqlarının tərtib olunması. Qapaqların tərtib olunma üsulları. Cild qapaqlarında basma üçün preslər. Kitablara superüzlüyün çəkilməsi. Mühazirə
  15. 15.
    Kitabların hazırlanması üçün avtomatik axın xətləri. Ayrı-ayrı maşın avtomatlardan təşkil edilmiş avtomatik cildləmə xətləri. Kitabların avtomatik axın xətlərində hazırlanması mərhələləri. Avtomatik broşürləmə cildləmə axın xətləri. Avtomatik xətlərin tipləri. Mürəkkəb konstruksiyalı bloklardan ibarət kitabların ha¬zır¬lanması üçün xətlər. Avtomatik çap - broşürləmə - cildləmə xətləri.Mühazirə
  16. 16.
    Avtomat axın xətlərinin səmərəliliyinin artırılması metodlarıSərbəst iş
  17. 17.
    Avtomat axın xətlərində təhlükəsizlik sistemlərinin layihələndirilməsiSərbəst iş
  18. 18.
    Müasir sənaye müəssisələrində pnevmatik və hidravlik sistemlərin roluSərbəst iş
  19. 19.
    Yeni məhsulun istehsalı üçün avtomat axın xəttinin layihələndirilməsiSərbəst iş
  20. 20.
    Avtomat axın xətlərinin texniki diaqnostikası və istismar problemlərinin həlliSərbəst iş

Ədəbiyyat

  1. 1. Зубарев Ю. М. Технология автоматизированного производства : учебник для вузов / Ю. М. Зубарев, А. В. Приемышев. — Санкт-Петербург : Лань, 2023. — 216 с. — Текст : непосредственный.
  2. 2. V.İ. Həsənov, “Yeni nəsil sənaye avtomatik xətləri”, Bakı 2020 il, 327 səh.
  3. 3. А.И Драгилев, М.О Руб. «Сборник задач по расчету технологического оборудования кондитерского производства»., 2005г., 244 с.
  4. 4. А.А. Курочкин, Г.В. Сабурова, А.С. Кордтв, А.И. Заврайнов, “Оборудование и автоматизация перерабатывающих производства», 2007г, 591səh.
  5. 5. С.Т.Антипов, В.Е.Добромиров, А.И. Ключников и др. Техника пищевых производств малых предприятий. Учеб.пособие.—М.; КолосС, 2007. –696с

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5