Ümumi məlumat
- Fənn kodu
- İFS-34100m
- Kredit
- 7
- Tələbənin iş yükü
- 210
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat - mühazirə b) 30 saat - seminar c) 15 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 75 saat - TSİ b) 45 saat - MRTSİ
Fənn haqqında
“Sanaye 4.0” fənninin tədris olunmasında məqsəd “Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan tələbələrdə tədris olunmuş fənnlər üzrə əldə edilmiş bilikləri tətbiq etməklə sənaye müəssisələrinin Dördüncü Sənaye İnqilabı (DSİ) tələblərinə uyğunlaşdırılması, dövlətin strateji sahəsi olan sənayenin gələcək inkişafını bu istiqamətdə planlaşdırılması bacarıqlarının formalaşdırılmasıdır. “Sanaye 4.0” fənni DSİ-nı, inkişaf tarixini, Dördüncü Sənaye İnqilabının səbəb olduğu dəyişiklikləri, meqatrendləri, texnoloji dəyişiliklərin səbəb olduğu dönüş nöqtələrini, kontekstual, emosional, mənəvi və fiziki zəkanı, yeni mədəni intibahı, Dördüncü Sənaye İnqilabının təsiri ilə təsnif olunan “Dərin Dəyişikliklər”i öyrədir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1. Dördüncü Sənaye İnqilabının (DSİ) mahiyyətini, tarixi inkişaf mərhələlərini, əsas konsepsiyalarını və müasir sənayedə tətbiq istiqamətlərini izah edir.
CLO 2: FTN 2. Dördüncü Sənaye İnqilabının yaratdığı texnoloji dəyişiklikləri, meqatrendləri, imkanları, riskləri və təhdidləri təhlil edir.
CLO 3: FTN 3. Dördüncü Sənaye İnqilabının sənaye müəssisələrinin fəaliyyətinə, istehsal proseslərinə və iqtisadi göstəricilərinə təsirini qiymətləndirir.
CLO 4: FTN 4. Dördüncü Sənaye İnqilabının milli və qlobal iqtisadiyyata, cəmiyyətə və fərdlərə təsirlərini təhlil edir, yaranan sosial və iqtisadi dəyişiklikləri qiymətləndirir.
CLO 5: FTN 5. Sənaye müəssisələrinin Dördüncü Sənaye İnqilabının tələblərinə uyğunlaşdırılması və gələcək inkişafının planlaşdırılması üçün müasir texnologiyaların tətbiqi imkanlarını qiymətləndirir.
Mövzu planı
- 1.Giriş. Fənnin tədrisinin məqsədi və əsas məsələləriMühazirə
- 2.DSİ. Sənaye inqilabının tarixi inkişaf yolu.Mühazirə
- 3.DSİ-nin səbəb olduğu dəyişiklik, bərabərsizlik və təhdid. Mühazirə
- 4.DSİ-da hərəkətverici qüvvələr. Meqatrendlər. Texnoloji dəyişiliklərin səbəb olduğu dönüş nöqtələri.Mühazirə
- 5.DSİ-nin iqtisadiyyat üzərində təsirləri. Artım, qocalma, məhsuldarlıq, məşğulluq.Mühazirə
- 6.Əməyin əvəzlənməsi. DSİ-nin bacarıqlar üzərində təsiri. DSİ-nin inkişaf etməkdə olan iqtisadiyyatlara təsiri. İşin dəyişən təbiəti və məqsədin əhəmiyyəti.Mühazirə
- 7.DSİ-nın şirkətlər üzərində təsiri. Köklü dəyişikliklərin mənbələri. Müştəri gözləntiləri. Verilənlərlə təkmilləşən məhsullar.Mühazirə
- 8.Əməkdaşlıq innovasiyası. Yeni əməliyyat modelləri. Rəqəmsal, fiziki və bioloji dünyaları birləşdirilməsi.Mühazirə
- 9.DSİ-nın milli və qlobal təsiri. Hökumətlər.Mühazirə
- 10.Ölkələr, bölgələr və şəhərlərin DSİ-da rolu.Mühazirə
- 11.DSİ-nın beynəlxalq təhlükəsizliyin təbiətinə təsiri. Müasir müharibələr. Qlobal təhlükəsizliyin yeni cəbhələri.Mühazirə
- 12.DSİ-nın cəmiyyətə təsiri. Bərabərsizlik və sinifləşmə, yeni icma anlayışı.Mühazirə
- 13.DSİ-nın fərdlər üzərində təsiri. Kimlik, əxlaq və etika. Bəşəri əlaqə. İctimai və şəxsi məlumatların idarə edilməsi.Mühazirə
- 14.DSİ-nın gələcək imkanları. Kontekstual, emosional, mənəvi və fiziki zəka. Yeni mədəni intibah.Mühazirə
- 15.Dərin Dəyişikliklər. Dəyişiklik 1. İmplantasiya oluna bilən texnologiyalar. Dəyişiklik 2. Rəqəmsal varlığımız. Dəyişiklik 3. Yeni interfeys.Mühazirə
- 16.Dəyişiklik 4. Geyinilə bilən internet. Dəyişiklik 5. Hər yerdə kompüterdən istifadə. Dəyişiklik 6. Ciblərdə olan super kompüter.Mühazirə
- 17.Dəyişiklik 7. Hər kəs üçün saxlanc. Dəyişiklik 8. Əşyaların interneti və əşyalar üçün internet.Mühazirə
- 18.Dəyişiklik 9. Qoşulmuş ev. Dəyişiklik 10. Ağıllı şəhərlər. Dəyişiklik 11. Qərarlar üçün böyük verilənlər. Mühazirə
- 19.Dəyişiklik 12. Sürücüsüz avtomobillər. Dəyişiklik 13. Süni intellekt və qərarvermə. Dəyişiklik 14. Süni intellekt və ağ yaxa tələb edən iş yerləri.Mühazirə
- 20.Dəyişiklik 15. Robotlar və xidmətlər. Dəyişiklik 16. Bitkoin və blokçeyn. Dəyişiklik 17. Paylaşma iqtisadiyyatı.Mühazirə
- 21.Dəyişiklik 18. Hökumətlər və blokçeyn. Dəyişiklik 19. Üçölçülü çapetmə və istehsal. Dəyişiklik 20. Üçölçülü çapetmə və insan sağlamlığı. Mühazirə
- 22.Dəyişiklik 21. Üçölçülü çapetmə və istehlak məhsulları. Dəyişiklik 22. Dizayn edilmiş canlılar.Mühazirə
- 23.Dəyişiklik 23. Neyrotexnologiyalar.Mühazirə
- 24.DSİ-nın hər hansı nümunəvi şirkət üzərində təsiri. Köklü dəyişiklik mənbələrinin, müştəri gözləntilərinin, verilənlərlə (məlumatlarla) təkmilləşən məhsulların şərhi.Sərbəst iş
- 25.Nümunələr üzərində hökumət, ölkə, bölgə və şəhərlərin DSİ-da rolu.Sərbəst iş
- 26.DSİ-nın təsiri ilə müharibələrdə tətbiq olunan yeni konsepsiya və texnologiyalar.Sərbəst iş
- 27.Nümunələr üzərində kontekstual, emosional, mənəvi və fiziki zəkanın müasir zamanda verdiyi imkanların şərhi. Gələcək üçün müəllifin (tələbənin) şəxsi nəzəri təklifləri.Sərbəst iş
- 28.DSİ mövzusunda tələbəni narahat edən mövzu və təkliflər.Sərbəst iş
Ədəbiyyat
- 1. Klaus Şvab. Dördüncü Sənaye İnqilabı. Elmi redaktor: Ə.Muradov, tərcüməçilər: E.Bağırzadə, T.Əlizadə. “İqtisad Universiteti” nəşriyyatı. -2020. -200 səh.
- 2. Цзян Сяодун, Культура и образование в эпоху четвёртой промышленной революц / Культура и общество, - 2019; - c. 125-130.
- 3. Carl Benedikt Frey and Michael A. Osborne, “The Future of Employment: How Susceptible Are Jobs to Computerisation?” 17 September, 2013.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |