Fənn · Sənaye mühəndisliyi

Materialşünaslıq.Sillabus

İF-36119y-5 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-36119y-
Kredit
5
Tələbənin iş yükü
150
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat – mühazirə; b) 15 saat – məşğələ; c) 15 saat – laboratoriya
Auditoriyadan kənar saatlar
a) sərbəst iş - 54 saat, b) hazırlıq - 36 saat

Fənn haqqında

" Materialşünaslıq" fənninin tədrisinin əsas məqsədi, bakalavr və magistrlərə xüsusi təyinatlı materialların- metalların, qeyri-metalların, plastik kütlələrin, təbiəti və xassələri, həmçinin onların texnikada daha səmərəli istifadəsi üçün kompleks xassələrinin artırılması üsulları barədə müəyyən bilik aşılamaq, gələcək mütəxəssisləri metal və metallik məmulatların təsnifatı, bu materialların alınma üsulları, tərkibləri,tərkib və xassələri arasında əlaqələrin yaradılması, tətbiq sahələri barədə ümumi biliyi aşılamaq, metal və metallik ərintilərin keyfiyətlənin, xassələrinin müxtəlif üsullarla artırılması üsulları barədə müəyyən təcrübəyə yiyələndirməkdir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Metalların kristallik quruluşu və ondakı qüsurlar. Kristalın deformasiya olunmasına dislokasiyaların təsiri və diffuziya.Mühazirə

    Metalların daxili quruluşu, real kristal strukturlarında rast gəlinən nöqtəvi, xətti (dislokasiyalar), səthi və həcmi qüsurlar. Dislokasiyaların hərəkəti və metalın plastik deformasiya mexanizmlərinə təsiri. Kristal qəfəslərdə atomların yerdəyişməsi (diffuziya) prosesinin qanunauyğunluqları.

  2. 2.
    Metalların atom-kristal qəfəsləri, struktur və xassələri. Kristal qəfəslərdə yaranan qüsurlar (dislokasiya strukturu). Kristalloqrafik istiqamətlər və müstəvilər. Metalların real quruluşu. Kristallarda anizotropiya xassələri.Mühazirə

    Metalların əsas atom-kristal qəfəs tipləri (HÇK, HMK, SQ), onların əsas parametrləri. Kristalloqrafiyada Miller indeksləri vasitəsilə müstəvi və istiqamətlərin təyini. Kristal strukturunda istiqamətdən asılı olaraq xassələrin dəyişməsi (anizotropiya) və polikristallarda izotropiya anlayışı.

  3. 3.
    Maddənin üç aqreqat halı. Maye metalın kristallaşma prosesinin mexanizmi. Maye metalın kristallaşması zamanı termiki soyuma əyriləri. Kristallaşma prosesinə təsir edən amillər.Mühazirə

    Maddənin halları və metalın maye haldan bərk hala keçidi (ilkin kristallaşma). Kristal rüşeymlərinin yaranması və böyüməsi mexanizmi. Soyuma sürətinin kristallaşma kinetikasına təsiri, termiki soyuma əyrilərinin təhlili və modifikasiyaedici amillər.

  4. 4.
    Metalların ümumi xassələri (mexaniki, fiziki, kimyəvi və texnoloji). Mexaniki xassələrin təyin edilmə üsulları. Metallik ərintilərin nəzəri əsasları. Ərinti sistemində yaranan struktur və fazalar. Gibbs qaydası və onun ərinti sistemində tətbiqi.Mühazirə

    Metalların əsas istismar və texnoloji xarakteristikaları. Möhkəmlik, plastiklik, zərbə özlülüyü və bərkliyin təyini üçün mexaniki sınaq üsulları (Dartılma, Rokvell, Brinell, Vikkers). Ərintilərdə faza anlayışı və Gibbsin fazalar qaydasının ($F = C - P + n$) riyazi tətbiqi.

  5. 5.
    İki komponentli ərinti sistemlərinin quruluşu və xassələri. Mexaniki qarışıq, bərk məhlullar, kimyəvi birləşmələr.Mühazirə

    İki komponentli (binar) sistemlərdə komponentlərin bir-biri ilə qarşılıqlı təsiri nəticəsində yaranan daxili strukturlar. Mexaniki qarışıqlar (evtektika), bərk məhlullar (əvəzetmə və daxilolma tipli) və kimyəvi birləşmələrin mikrosturuktur xüsusiyyətləri və kristal qəfəs quruluşları.

  6. 6.
    Ərintilərin hal diaqramlarının qurulması üsulları. I; II; III; IV növ hal diaqramları. Parçalar qaydası və fazalar qanunu.Mühazirə

    Termiki analiz metodundan istifadə etməklə hal diaqramlarının eksperimental qurulması. Komponentlərin maye və bərk halda həllolma qabiliyyətinə görə təsnif edilən I, II, III və IV tip hal diaqramlarının anatomiyası. Likvidus və solidus xətləri. Diaqram üzərində fazaların miqdarını təyin etmək üçün rıçaq (parçalar) qaydasının tətbiqi.

  7. 7.
    Dəmir-karbon (dəmir-sementit) hal diaqramı. Dəmir-karbon ərintilərində faza çevrilmələri. Fe-C diaqramında xarakterik xətlər və nöqtələr. Fe-C ərintilərinin faza və struktur çevrilmələrinin təhlili. Dəmir-karbon hal diaqramının praktiki əhəmiyyəti.Mühazirə

    Metallurgiyanın fundamental diaqramı olan $Fe-Fe_3C$ sisteminin ətraflı təhlili. Diaqramdakı kritik nöqtələr (A, G, S, P, E və s.) və xətlər. Peritektik, evtektik (ledeburit) və evtektoid (perlit) çevrilmələri. Austenit, ferrit, sementit fazalarının strukturu. Karbonun miqdarına görə poladların və çuqunların təsnif edilmə sərhədləri.

  8. 8.
    Poladların təsnifatı. Karbonlu poladlar, markaları, strukturları və tətbiq sahələri. Çuqunlar, təsnifatı (ağ, boz, döyülən, modifikasiya edilmiş və yüksək möhkəm). Markaları, strukturları və tətbiq sahələri.Mühazirə

    Karbonlu poladların təyinatına, keyfiyyətinə və deoksidləşmə dərəcəsinə görə təsnifatı və standart markalanması. Çuqunların tərkibindəki karbonun qrafitləşmə dərəcəsinə görə növləri: ağ çuqun, eləcə də qrafitin formasına görə təsnif edilən boz (lövhəvari), döyülən (pambıqvari) və yüksək möhkəmlikli (kürəvari) çuqunların strukturu və maşınqayırmada tətbiqi.

  9. 9.
    Termiki emal, növləri, aparılma texnologiyaları və tətbiq sahələri. Termiki emal üsullarının, rejimlərinin seçilmə prinsipi. Termiki emal zamanı metal və ərintilərdə baş verən struktur və faza çevrilmələri.Mühazirə

    Termiki emalın əsasları, texnologiyası və faza dəyişiklikləri.

  10. 10.
    Poladın termiki emalı, qızdırılma və soyutma zamanı baş verən əsas çevrilmələr (Vəssa çevrilmə) və bu çevrilmələrin getmə mexanizmi.Mühazirə

    Poladlarda soyutma və qızdırılma zamanı faza çevrilmələri (Vəssa çevrilməsi).

  11. 11.
    Kimyəv-termiki emal (KTE), növləri, aparılma texnologiyası və tətbiq sahələri. Termo-mexaniki emal (TME) növləri, aparılma texnologiyası və tətbiq sahələri.Mühazirə

    KTE və TME üsulları, texnologiyaları və tətbiqləri.

  12. 12.
    Konstruksiya poladları. Konstruksiya poladlarının kimyəvi tərkibinə, strukturuna, xassələrinə və tətbiq sahələrinə görə təsnifatı. Konstruksiya poladlarına qoyulan tələblər və bu poladların tətbiq sahələri.Mühazirə

    Konstruksiya poladlarının təsnifatı, tələbləri və tətbiqi.

  13. 13.
    Xüsusi kimyəvi-fiziki xassəli polad və ərintilər. Bu polad və ərintilərin təsnifatı, strukturları, xassələri, markaları və tətbiq sahələri.Mühazirə

    Xüsusi xassəli poladların təsnifatı və tətbiq imkanları.

  14. 14.
    Al, Cu, Mg və Titan ərintiləri, markaları, struktur və xassələri. Əlvan metal ərintilərinin termiki emal üsulları, struktur və xassələri, tətbiq sahələri.Mühazirə

    Əlvan metalların (Al, Cu, Mg, Ti) xassələri, emal üsulları və tətbiqi.

  15. 15.
    Ovuntu və qeyri-metal materiallar. Təsnifatı, alınma texnologiyası və tətbiq sahələri. Plastik kütlələr, rezin, şüşə və ağac materialları. Kompozisiya materialları, təsnifatı, alınma texnologiyası, tərkibləri, xassələri və sənayedə tətbiq sahələri.Mühazirə

    Ovuntu metallurgiyası, qeyri-metallik və kompozit materialların xassələri və texnologiyaları.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5