Fənn · Qida mühəndisliyi

Kompüter əsaslı mühəndis qrafikasıMövzu planı

İF-3950y4 kreditYaz semestriMəcburi

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

22 mövzu
  1. 1. AutoCAD proqramının interfeysi. Hal sətrinin əmrləri. İkiölçülü koordinat sistemi. Qatlar. Draw lövhəsinin bəzi əmrləri. AutoCAD proqramında obyektlərin seçilməsi üsulları. Modify (re¬daktəetmə) lövhəsinin bəzi əmrləri. Ölçülərin qoyulması və stillər.(M)

    Mühazirə
  2. 2. Kompüter əsaslı mühəndis qrafikasının predmeti. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar. İki düz xəttin, düz xətlə çevrənin və iki çevrənin qovuşması. Maillik və konusluq.(M)

    Mühazirə
  3. 3. Ortoqonal proeksiyalama metodu. Nöqtənin iki və üç proeksiya müstəvisinə ortoqonal proyeksi-yalan¬ması. Nöqtənin xüsusi halları. Düz xəttin proyek¬si¬ya¬ları. Düz xəttin xüsusi halları. Nöqtənin düz xəttə mənsub olması. Düz xəttin izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.(M)

    Mühazirə
  4. 4. Müstəvinin verilmə üsulları. Nöqtə və düz xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin kəsişməsi (xüsusi hal). Çoxüzlülərin və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və düz xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal).(M)

    Mühazirə
  5. 5. AutoCAD proqramında 3D modelləmədə koordinat sistemləri. İstifadəçi koordinat siseminin (İKS) əmrləri. 3D modelləmədə qurma və redaktəetmə əmrləri. Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər.(M)

    Mühazirə
  6. 6. Naturadan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası.Aksonometrik proyeksiyalar haqqında. Detal birləşmələri haqqında ümumi məlumat. Söküləbilən birləş¬mələr. Detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olun¬ması. Standart yivli detalların cizgisi. Detal birləşmələrində istifadə edilən emprik düsturlar.(M)

    Mühazirə
  7. 7. Söküləbilməyən birləşmələr. Qaynaq, lehim və yapışqan birləşmə¬lərinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri.(M)

    Mühazirə
  8. 8. Eskizlər və işçi çertyojlar. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı. AutoCAD proqramında materiallar, teksturalar, işıq effekti, kame¬ranın tətbiqilə üçölçülü realistik görünüşlərin alınması, faylda sax-lanması və çapı.(M)

    Mühazirə
  9. 9. AutoCAD proqramının interfeysi. AutoCAD proq¬ra¬mında yeni faylın açılması. Hal sətrinin əmrləri. Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növ¬ləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. Əsas yazının yerinə yetiril¬məsi.(S)

    Məşğələ
  10. 10. AutoCAD proqramından istifadə etməklə (və ya ənənəvi) həndəsi qurmaların elementlərindən ibarət konturların çəkil¬məsinə aid məşğələ. Sərbət işin tapşı¬rıq¬larının verilməsi və izahı (1 və 2-ci məsələ).(S)

    Məşğələ
  11. 11. Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtə və düz xəttin ortoqonal proyek¬siyaları. Nöqtə və düz xətt möv¬¬zusuna aid məşğələ. Ənənəvi və AutoCAD proqramından istifadə et¬məklə nöqtənin epürdə hər üç proyeksiyasının qurulmasına aid məşğələ. (Sİ -in tapşırığının verilməsi və izahı 3-cü məsələ).(S)

    Məşğələ
  12. 12. Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müs¬təvilər. Düz xəttin və nöqtənin müstəviyə mən-sub ol¬ması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müs¬təvinin kəsişməsinə aid məşğələ (xüsusi hal). Səth¬lərin (prizma, piramida, silindr, konus) çertyojda təs¬viri. Prizma, piramida, silindr və konus səthlərinin ənə¬nəvi və AutoCAD proqramından istifadə etməklə müstəvi (xüsusi hal) və düz xətlə kəsişməsinə aid məşğələ (Sİ -in tapşırığının verilməsi və izahı 4-cü məsələ).(S)

    Məşğələ
  13. 13. Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə fəza fiqurlarının görünüşlərinin və kəsiklərinin qurulmasına aid fərdi tapşırıgların yerinə yetirilməsi. Natu-radan verilmiş detalın aksonometrik proyek¬siyasinin qurulmasına aid məşğələ. AutoCAD proq¬ramında istifadəçi koordinat sistemi (UCS). 3D mo¬del¬ləmə və redaktəetmə üçün əmrlər. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (5-ci və 6-cı məsə¬lə, ənənəvi üsulla və AutoCAD proqramında).(S)

    Məşğələ
  14. 14. Birləşmələr haqda ümumi məlumat. Yivli birləşmələr və onun ele¬ment¬lərinin cizgilərinin tərtibinə (bolt, qayka, vint) aid ənənəvi üsulla və ya AutoCAD proqramında 2D cizgi kimi yerinə yetirilməsinə aid məş¬ğələ. Sİ -ün tapşırığının verilməsi (7-ci məsələ).(S)

    Məşğələ
  15. 15. Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt, vint birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ. Sökülməyən birləşmələr, -birləş¬mə¬lərin digər növləri və ötürmələr. Qaynaq, lehim, yapışqan birləşmələrinin təsviri və işarə olunmasına aid məşğələ. Sİ -in tapşırığının verilməsi (8-ci məsələ)(S)

    Məşğələ
  16. 16. Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Naturadan verilmiş yivli detalın eskizinin çəkilməsi ardıcıllığı. Sİ -in tapşırı¬ğının verilməsi (9-cu məsələ). Yığımın ümumi görünüş cizgisi. Yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. Yığımın ümumi görünüş çertyo¬jun¬dan, ənənəvi və ya AutoCAD proq¬ramından istifadə etməklə, yığımın detallarının hissələn¬məsinə aid məşğələ. (Sİ -in tapşırığının verilməsi və izahı 10-cu məsələ).(S)

    Məşğələ
  17. 17. LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq.(L)

    Laboratoriya
  18. 18. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L)

    Laboratoriya
  19. 19. LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması.(L)

    Laboratoriya
  20. 20. Həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulması.(L)

    Laboratoriya
  21. 21. LAB. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün qurulması. (L)

    Laboratoriya
  22. 22. LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması (L)

    Laboratoriya