Fənn · Qida mühəndisliyi

Sağlamlıq və əməyin mühafizəsiMövzu planı

İF-3085y4 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

15 mövzu
  1. 1. 1. Giriş. “Sağlamlıq və əmək mühafizəsi” fənnin əsas məqsəd və vəzifələri.

    Mühazirə

    1. Sağlamliq və əməyin mühafizəsi kursuna giriş. Sağlamliq və əməyin mühafizəsinin nəzəri əsasları. Əsas anla¬yış¬lar. Təhlükələrin toksonomiyası, siyahısı, kvali¬fika¬si¬ya¬sı, səbəb və nəticələri. Risk nəzəriyyəsinin əsas müd¬dəa¬ları. Riskin münasib konsepsiyası. Riskin idarə olun¬ma¬sı, «səbəb və təhlükələr ağacı» sistemləri. Təhlükəsiz¬ fəaliyyətin təmin olunmasının prinsipləri, üsulları və vasitələri. (M) - Risk nəzəriyyəsi. Sağlamliq və əməyin mühafizəsinin idarə olunması.

    Mövzu təlim nəticələri

    • • FTN1: Fəlsəfənin əsas anlayışlarını, kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir;
    Mənbəyə keç: 1. Giriş. “Sağlamlıq və əmək mühafizəsi” fənnin əsas məqsəd və vəzifələri. (yeni pəncərədə açılır)
  2. 2. 2. Sağlamliq və əməyin mühafizəsinin idarə olunması, insan-ətraf mühit

    Mühazirə

    Sağlamliq və əməyin mühafizəsinin idarə olunmasının metodiki əsasları. Sağlamliq və əməyin mühafizəsinin erqono¬mik əsasları informasiya uyğunluğu. (Biofiziki uyğunluq, fəza-antropometrik uyğunluq, texniki–estetik uyğunluq). Fəaliyyət təh¬lükəsizliyinin psixologiyası. İnsan – «insan-mühit» sisteminin elementidir. (M) Sağlamliq və əməyin mühafizəsinin ekoloji əsasları. Sağlamliq və əməyin mühafizəsinin təbii aspektləri. Ekoloji aspektlərin təbiət və cəmiyyətlə qarşılıqlı əlaqəsi. Qlobal ekoloji problemlər

    Mövzu təlim nəticələri

    • 1. Sağlamlıq və əməyin mühafizəsinin idarə olunmasının metodiki əsaslarını, insan–mühit sisteminin xüsusiyyətlərini və erqonomik prinsipləri izah edir.
    • 2. Erqonomik, psixoloji və ekoloji amillərin iş mühitində təhlükəsizliyə və əmək məhsuldarlığına təsirini təhlil edir.
    Mənbəyə keç: 2. Sağlamliq və əməyin mühafizəsinin idarə olunması, insan-ətraf mühit (yeni pəncərədə açılır)
  3. 3. 3. Əmək mühafizəsinin qanunvericilik və ümumi məsələləri. İstehsalat zədələnmələri və peşə xəstəlikləri, onların səbəbləri, qeydə alınması, hesablanması və analizi.

    Mühazirə

    Əmək mühafizəsi üzrə hüquqi və təşkilati məsələlər. Dövlət nəzarət orqanları. Təhlükəli və zərərli istehsal amilləri. Travmatizm və xəstələnmənin analizi. Peşə xəstəliklərinin müxtəlifliyi və onların yaranma səbəblərinin təyini. (M)

    Mövzu təlim nəticələri

    • 1. Əmək mühafizəsi üzrə qanunvericilik aktlarını, hüquqi və təşkilati əsasları, eləcə də dövlət nəzarət orqanlarının funksiyalarını izah edir.
    • 2. Təhlükəli və zərərli istehsal amillərini, istehsalat zədələnmələrinin və peşə xəstəliklərinin yaranma səbəblərini müəyyənləşdirərək təhlil edir.
    Mənbəyə keç: 3. Əmək mühafizəsinin qanunvericilik və ümumi məsələləri. İstehsalat zədələnmələri və peşə xəstəlikləri, onların səbəbləri, qeydə alınması, hesablanması və analizi. (yeni pəncərədə açılır)
  4. 4. 4. İstehsalat otaqlarının hava şəraitinin sağlamlaşdırılması. İş yerlərinin meteroloji parametrləri və onların təmini.

    Mühazirə

    - İş yerlərində hava şəraitinin işçilərə və iş prosesinə təsiri. İş yerlərində meteroloji şəraitin təsir amilləri. Sağlam əmək şəraitinin yaradılması üçün meteroloji şəraitin təyin olunma üsulları, normalaşdırılması və standartları

    Mövzu təlim nəticələri

    • 1. Əmək mühafizəsi sahəsində qanunvericilik aktlarını, hüquqi və təşkilati əsasları, həmçinin dövlət nəzarət orqanlarının funksiyalarını izah edir.
    • 2. İstehsalat zədələnmələrinin və peşə xəstəliklərinin yaranma səbəblərini, təhlükəli və zərərli istehsal amillərini müəyyən edir və təhlil edir.
    • 3. ravmatizm və peşə xəstəliklərinin qeydə alınması, hesablanması, təhlili və profilaktikası üsullarını tətbiq edərək təhlükəsiz əmək mühitinin yaradılması üzrə tədbirləri əsaslandırır.
    Mənbəyə keç: 4. İstehsalat otaqlarının hava şəraitinin sağlamlaşdırılması. İş yerlərinin meteroloji parametrləri və onların təmini. (yeni pəncərədə açılır)
  5. 5. 5. İstehsalat binalarının ventilyasiyası və onun növləri.

    Mühazirə

    Nizamlanan təbii ventilyasiya. Nizamlanmayan təbii ventilyasiya. Sorucu, üfürüci və kombinə edilmiş ümumdəyişdirici mexaniki ventilyasiya. Yerli ventilyasiya. Təbii və mexaniki ventilyasiya və onların hesabatı. İsitmə sistemləri.Təbii ventilyasiyanın effektivliyinə təsir edən amillər. Bəra¬bər təzyiqlər müstəvisi. Ümumi qravitasiya təzyiqi. Deflektorlar. Ümumidəyişdirici ventilyasiya üçün havadəyişmənin hesablanması. Mexaniki ventilyasiya izafi istilik ayrılmaları olan binanın iş zonasında olan me¬teo¬roloji şərait yaratmaq məqsədi. Üfürücü ventilyasiya sistemlərinin əsas elementlərinin yaradılması. Havaqəbuledicilər. Təmizləyicilər. Havanın təmizlənmə effektivliyi. (

    Mövzu təlim nəticələri

    • 1. İstehsalat binalarında tətbiq olunan təbii və mexaniki ventilyasiya sistemlərinin növlərini, iş prinsiplərini və tətbiq sahələrini izah edir.
    • 2. Ventilyasiya sistemlərinin əsas elementlərini (havaqəbuledicilər, təmizləyicilər, deflektorlar və s.) və havanın təmizlənmə effektivliyini qiymətləndirir.
    Mənbəyə keç: 5. İstehsalat binalarının ventilyasiyası və onun növləri. (yeni pəncərədə açılır)
  6. 6. 6. Titrəyişlər, onların əsas parametrlərinin fiziki xarakteristikası.

    Mühazirə

    - Mexaniki sistemlərdəki mürəkkəb rəqsi hərəkətlər. Hidravlik və pnevmatik sistemlərdə titrəyişlər. Titrəyişlərin fiziki parmetrləri, yerdəyişmə amplitudu (xm) titrəyiş sürəti (m) sürət amplitudu (am), rəqs periodu (T) və tezlik (f). Titrəyişlərinin insana təsiri və zərərli təsirindən mühafizə tədbirləri. Ümumi titrəyişlər, onların təsiri. Aşağı tezlikli ümumi titrəyişlər, daxili orqanların toxumalarının mexaniki zədələnməsi və parçalanması. Ümumi titrəyişlərin mərkəzi və periferik sinir sisteminə, həzm siste¬minə və istinad-hərəkət aparatına təsiri. Yerli (lokal) titrəyişlər. Yerli titrəyişlərin əzələ və sümük toxuma¬la¬rı¬na təsiri. Titrəyiş xəstəliyi. Ümumi və yerli titrəyişlər, onların normalaşdırılması.İstehsalat titrəyişlərinin gigiyenik və texniki normalaşdırılması. Ümumi texnoloji titrəyişlərin normalaşdırma qrafiki. yaranma mənbəyini nəzərə alaraq nəqliyyat, nəqliyyat-texnoloji və texnoloji titrəyişlərin normallaşdırılması. (M)

    Mövzu təlim nəticələri

    • 2. Ümumi və yerli titrəyişlərin insan orqanizminə təsirini, titrəyiş xəstəliyinin yaranma səbəblərini və profilaktik tədbirlərini qiymətləndirir.
    • 1. Titrəyişlərin fiziki parametrlərini, növlərini və yaranma mənbələrini izah edir.
    Mənbəyə keç: 6. Titrəyişlər, onların əsas parametrlərinin fiziki xarakteristikası. (yeni pəncərədə açılır)
  7. 7. 7. İstehsalat səs-küyünün parametrləri, fiziki xarakteristikası, mənbələri. Səsin insan orqanizminə təsiri.

    Mühazirə

    Səs-küy tezlikləri və fazaları. Sinir və ürək-damar sistemində funksional pozuntular. Səs sahəsi. Eşitmə üzvlərinə səs təzyiqinin orta kvadratik qiyməti. Səs tezliyi. Tezliyinə görə səsin növləri, infrasəslər, eşidilən səslər, ultrasəslər. Eşidilən səs diapazonu, aşağı tezlikli səslər, orta tezlikli səslər, yüksək tezlikli səslər. Maşınların səs-küy xarakteristikası və azaldılma üsulları. İstehsalat şəraitində infra və ultra səslər. Səs-küyün səviyyəsinin normal¬laşdırılması, DÜİST 12.1.003-76. İş yerlərində səs-küyün azaldılması üsulları, səs-küy mənbəyinə təsir, səs-küyün yayılma istiqamətinin dəyişilməsi, müəssisə və sexlərin rasional planlaşdırılması, istehsalat otaqla¬rının akustik emalı, səs-küyün yayılma yolunda azaldılması

    Mövzu təlim nəticələri

    • 1. İstehsalat səs-küyünün fiziki parametrlərini, növlərini, mənbələrini və insan orqanizminə təsirini izah edir.
    • 2. Səs-küyün normalaşdırılması prinsiplərini və DÜİST 12.1.003-76 standartının əsas tələblərini tətbiq edir.
    Mənbəyə keç: 7. İstehsalat səs-küyünün parametrləri, fiziki xarakteristikası, mənbələri. Səsin insan orqanizminə təsiri. (yeni pəncərədə açılır)
  8. 8. 8. İstehsalat işıqlanması və onun təsnifatı. Təbii işıqlanma və onun növləri və hesablanması

    Mühazirə

    kəmiyyət və keyfiyyət göstəriciləri. Şüa seli. İşıq şiddəti. Səth parlaqlığı. Əksetmə əmsalı. Yandan, üstdən və kom¬binəedilmiş işıqlanma. Gözqamaşdırma dərəcəsi. İşıqlanma dərəcəsi. İşıqlanma dərəcəsinin pulsasiyası (döyünmə) əmsalı. (M)

    Mövzu təlim nəticələri

    • 1. İstehsalat işıqlanmasının növlərini, vəzifələrini və əsas işıq-texniki göstəricilərini izah edir.
    • 2. Təbii işıqlanmanın növlərini (yandan, üstdən və kombinə edilmiş) fərqləndirir və işıqlanma göstəricilərini qiymətləndirir.
    Mənbəyə keç: 8. İstehsalat işıqlanması və onun təsnifatı. Təbii işıqlanma və onun növləri və hesablanması (yeni pəncərədə açılır)
  9. 9. 9. Süni işıqlandırma, onun növləri, normalaşdırması və hesablanması. Süni işıqlandırmanın normalaşdırılması.

    Mühazirə

    İşıqlandırmanın elektrik, işıq-texniki, iqtisadi və konstruktiv xarakteris-tikaları. Közərmə lampaları. Qaz boşalmalı lampaları. İşıqlandırıcı qurğular. Süni işıqlandırmanın normallaşdırılması. Süni işıqlandırma inşaat normaları və qaydaları. Süni işıqlandırmanın hesablanması. İşıq selinin faydalı istifadə əmsalı. Ümumi bərabər işıqlandırmada vatt üsulu.

    Mövzu təlim nəticələri

    • 1. Süni işıqlandırmanın növlərini, işıq mənbələrinin xüsusiyyətlərini və işıqlandırıcı qurğuların iş prinsiplərini izah edir.
    • 2. Süni işıqlandırmanın normalaşdırılması prinsiplərini və inşaat norma və qaydalarının əsas tələblərini tətbiq edir.
    Mənbəyə keç: 9. Süni işıqlandırma, onun növləri, normalaşdırması və hesablanması. Süni işıqlandırmanın normalaşdırılması. (yeni pəncərədə açılır)
  10. 10. 10. Maşınqaryrma profilli obyektlərdə təhlükəsizlik texnikasının əsasları. Elektrik təhlükəsizliyinin əsasları. Elektrik cərəyanın insana təsiri və zədələnmələrin növləri.

    Mühazirə

    - Elektrik zədələri, elektrik yanığı, elektrik nişanları, dərinin metallaşması, mexaniki zədələr. Elektrik zədələrinin 4 kateqoriyası. İnsan orqanizminin elektrik müqaviməti və elektrik cərəyan şiddətinin təsir dərəcəsi. Elektrik zədələnmələrin əsas səbəbləri. Gərginlik altında olan cərəyan daşıyan hissələrə toxunma, yük-sək gərginlikli qurğulara yol veriləndən daha qısa məsafəyədək yaxınlaşma, gərginlik altında olan konstruktiv elementlərə toxunma, yer səthində yaranan addım gərginliyi, elektrik avadanlıqlarını quraşdırdıqda, təmir etdikdə və nizamladıqda onların səhvən dövrəyə qoşulması. Elektrik zədələnməllərinin qarşısını almaq üçün tədbirlər. İnsanın elektrik dövrəsinə qoşulmasının iki sxemi. Elektrik şəbəkəsinin növü və onun neytralının rejimi. Mühafizəedici yerləbirləşdirmə. Elektrik avadan¬lığını təhlükəli hal¬larda dövrədən avtomatik açan qurğular (M) - Mühafizəedici və elektrik sistemindən izolyasinin hesablanması.

    Mövzu təlim nəticələri

    • 1. Elektrik cərəyanının insan orqanizminə təsirini, elektrik zədələrinin növlərini və yaranma səbəblərini izah edir.
    • 2. Elektrik təhlükəsizliyinin əsas mühafizə vasitələrini (izolyasiya, mühafizəedici yerləbirləşdirmə, avtomatik açma qurğuları və s.) tətbiq sahələrinə uyğun seçir və qiymətləndirir.
    Mənbəyə keç: 10. Maşınqaryrma profilli obyektlərdə təhlükəsizlik texnikasının əsasları. Elektrik təhlükəsizliyinin əsasları. Elektrik cərəyanın insana təsiri və zədələnmələrin növləri. (yeni pəncərədə açılır)
  11. 11. 11. Təzyiq altında hermetik sistemlərin istismar təhlükəsizliyi. Avadanlıqların təhlükəli zonaları və mühafizə vasitələri.

    Mühazirə

    Təzyiq altında və ya vakuum şəraitində işləyən müxtəlif qurğular, hermetik bağlanan boru xət¬lə¬ri, balonlar, mayeləşdirilmiş qazlar üçün qablar,sister¬na¬lar,çənlər, avtoklavlar, resiverlər, kompressor qurğuları, buxar qazanları, qazholderlər, vakuum-çalovları, yüksək təzyiq və ya vakuum şəraitində işləyən reaktorlar.

    Mənbəyə keç: 11. Təzyiq altında hermetik sistemlərin istismar təhlükəsizliyi. Avadanlıqların təhlükəli zonaları və mühafizə vasitələri. (yeni pəncərədə açılır)
  12. 12. 12. Yanma prosesi haqqında ümumi məlumat. Yanmanın növləri. Alovlanmanın qatılıq hədləri.

    Mühazirə

    Reaksiyanın sürətindən asılı olaraq yanma prosesi üç forması. Maddələrin yanğın törətmə xassələri. Yanar maddə və materialların kimyəvi tərkibi. Yanar maddə və materialların fiziki-kimyəvi xassələri. Alışma temperaturu. Alovlanma temperaturuna görə yanar maddələri iki qrupu. Öz-özünə yanma qabiliyyəti olan maddələri 3 qrupu. Öz-özünə yanma qabiliy¬yət¬lərinə görə üç qrup.(M)

    Mövzu təlim nəticələri

    • 1. Yanma prosesinin mahiyyətini, növlərini və yanar maddələrin yanğın təhlükəli xassələrini izah edir.
    • 2. Alışma temperaturunu, alovlanmanın qatılıq hədlərini və öz-özünə yanma qabiliyyətinə görə maddələrin təsnifatını fərqləndirir.
    Mənbəyə keç: 12. Yanma prosesi haqqında ümumi məlumat. Yanmanın növləri. Alovlanmanın qatılıq hədləri. (yeni pəncərədə açılır)
  13. 13. 13. Yanğın və partlayışların səbəbləri. Partlayışların yuxarı və aşağı hədləri. Yanğın profilaktikası.

    Mühazirə

    İnşaat norma və qaydaları (İN və QP-90-81). 6 yanğın-partlayış təhlükəsizlik kateqoriyası. Yanğına qarşı rejimin pozul¬ması. Bina və qurğuların layi¬hə¬lərində buraxılmış nöqsanlar. Elektrik xətlərinin və avadan¬lıq¬larının nasazlığı. Müvəqqəti qızdırıcı¬ların düzgün qurulmaması.Yanğının davametmə müddəti və temperatur rejimi

    Mövzu təlim nəticələri

    • 1. Yanğın və partlayışların yaranma səbəblərini, partlayışın aşağı və yuxarı hədlərini, həmçinin yanğın-partlayış təhlükəsizlik kateqoriyalarını izah edir.
    • 2. Yanğın profilaktikası üzrə normativ tələbləri və yanğın riskini artıran amilləri təhlil edir.
    Mənbəyə keç: 13. Yanğın və partlayışların səbəbləri. Partlayışların yuxarı və aşağı hədləri. Yanğın profilaktikası. (yeni pəncərədə açılır)
  14. 14. 14. Yanğın təhlükəsizliyinin əsasları

    Mühazirə

    odadavamlığı. İnşaat materialları və konstruksiyalarının yanma qabiliyyəti. İnşaat konstruksiyalarının odadavamlığı. Odadavamlıq həddi. İnşaat konstruksiyalarının odadavamlığına təsir edən amillər. Binaların odadavamlıq dərəcələri. Odsöndürücü vasitələr və onların yanğın söndürmə xassələri. Yanğına qarşı su təchizatı. Yanğın siqnalizasiyası və rabitəsi. Soyuducu vı izoləedici odsöndürmə vasitələri. Yanma zonasının mühitinə qarışan odsöndürmə vasitələri. Yanğınaqarşı su təchizatı. Köpüklü əl odsöndürücüləri. Karbon qazlı odsöndürücülər. Ovuntu (toz) tərkibli odsöndürücülər. (M)

    Mövzu təlim nəticələri

    • 2. Yanğın təhlükəsizliyi sistemlərinin, yanğın siqnalizasiyasının, yanğına qarşı su təchizatının və müxtəlif odsöndürmə vasitələrinin iş prinsiplərini və tətbiq sahələrini qiymətləndirir.
    • 3. Yanğın riskinin azaldılması, yanğının yayılmasının qarşısının alınması və yanğının söndürülməsi üçün uyğun mühafizə və odsöndürmə vasitələrini seçir və əsaslandırır.
    • 1. İstehsalat obyektlərinin yanğın təhlükəsinə görə kateqoriyalarını, binaların odadavamlıq dərəcələrini və inşaat materiallarının yanma xüsusiyyətlərini izah edir.
    Mənbəyə keç: 14. Yanğın təhlükəsizliyinin əsasları (yeni pəncərədə açılır)
  15. 15. 15. İstehsalatda şüalanmalardan mühafizə

    Mühazirə

    Elektromaqnit sahə mənbələri. Elektromaqnit sahələrin xarakte-ristikası, əsas parametrləri.Elektromaqnit sahələrin təsirindən mühafizə metodları. Lazer və ionlaşdırıcı şüalanmanın zərərli təsirindən mühafizə.lonlaşdırıcı şüalanmaların normalaşdırılması. İonlaşdırıcı şüalanmalar haqqında anlayış. İonlaşdırıcı şüalanma dozası udulan, ekspozisiya, ekvivalent və effektiv ekvivalent şüalanma dozası.

    Mövzu təlim nəticələri

    • 1. Elektromaqnit, lazer və ionlaşdırıcı şüalanmaların mənbələrini, xüsusiyyətlərini və insan orqanizminə təsirini izah edir.
    • 2. onlaşdırıcı şüalanmanın əsas doza göstəricilərini (udulan, ekspozisiya, ekvivalent və effektiv ekvivalent doza) fərqləndirir və normalaşdırma prinsiplərini tətbiq edir.
    Mənbəyə keç: 15. İstehsalatda şüalanmalardan mühafizə (yeni pəncərədə açılır)