Ümumi məlumat
- Fənn kodu
- İFS-1763y
- Kredit
- 5
- Tələbənin iş yükü
- 150
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Rus
- Auditoriyadaxili saatlar
- mühazirə-30,seminar-15,laboratoriya-15
- Auditoriyadan kənar saatlar
- TSİ-45,MRTSİ-45
Fənn haqqında
Fənnin məqsədi: Fənnin məqsədi tələbələrdə istehsal və texnoloji proseslərin avtomatlaşdırılması sahəsində peşəkar kompetensiyaların formalaşdırılmasıdır. Fənnin vəzifələri: Fənnin əsas vəzifələri tələbələrdə istehsalın növləri və tipləri, istehsal və texnoloji proseslər, onların avtomatlaşdırılması, müasir avtomatlaşdırma sistemləri, avtomatlaşdırma elementləri və qurğuları, texnoloji parametrlərin və avadanlıqların avtomatik nəzarəti və idarə edilməsi haqqında möhkəm nəzəri biliklərin formalaşdırılmasıdır. Fənnin qısa məzmunu: "Avtomatika və proseslərin avtomatlaşdırılması" fənni aşağıdakı mövzuları əhatə edir: Giriş; Proseslərin və istehsalın avtomatlaşdırılmasının əsas istiqamətləri; Avtomatlaşdırma sistemlərinin əsas anlayışları və təsnifatı; Avtomatlaşdırma elementləri və qurğuları; Maşınqayırmada nəzarət proseslərinin avtomatlaşdırılması; Elektrik mühərriklərinin avtomatik idarə edilməsi.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- komanda işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Giriş. Avtomatlaşdırmanın inkişaf tarixi Mühazirə
- 2.Əsas anlayışlarvə terminlər. Əsas anlayış və təriflər. Kibernetika, texniki kibernetika. Avtomatika, avtomatlaşdırma, avtomatlaşdırmanın məqsədi, növləri və səviyyələri. Proseslərin avtomatlaşdırılması, avto¬-matlaşdırmanın mərhələləri Avtomatlaşdırmanın ierarxik strukturuMühazirə
- 3.İstehsalatın tipləri və növləri. İstehsalatın tək, seriyalı, kütləvi tipləri.. İstehsalatın axın (konveyer) və qeyri- axın növləri. İstehsalatın kateqoriyaları. İstehsalat və texno-loji proseslər. İstehsalat prosesinin əsas mərhələləri. Texnoloji proseslər, texnoloji parametrlər, avtomatlaşdırma səviyyəsiMəşğələ
- 4.Avtomatlaşdırma sistemləri haqqında əsas anlayışlar. Avtomatlaşdırma sistemlərinin - avtomatik idarəetmə, nəzarət, tənzimləmə, siqnalizasiya, mühafizə, bloklama növləriMühazirə
- 5.Avtomatlaşdırma sistemlərinin təsnifatı. Avtomatik nəzarət və siqnalizasiya sistemləri, distansiyalı və teleidarə sistemləri, avtomatik tənzimləmə, idarəetmə və mühafizə sistemləri, struktur sxemləri, iş prinsipləri.Mühazirə
- 6.Texnoloji proseslərin avtomat¬laşdı¬rılmış idarəetmə sistemləri (TP AİS). TP AİS-in təsnifatı – idarəedici funksiyaları avtoma¬tik rejimdə yerinə yetirən, dolayı idarəetmə rejimli (supervizor idarəli), bilavasitə rəqəm idarəli sistemlər, struktur sxemləri. Texnoloji prosesi idarəetmə strukturu.Mühazirə
- 7.Avtomatlaşdırmanın element və qurğularının təsnifatı Proseslərin avtomatlaşdırılması üçün element və qurğuların yerinə yetirdiyi funksiyalar, əsas baza elementləri – vericilər, gücləndiri¬cilər, icra qurğuları, tənzimləyicilər, rele elementləriMühazirə
- 8.Avtomatik idarəetmə sistemlərinin struktur və prinsipial sxemləriMühazirə
- 9.Mikroprosessorlar və mikrokontrol¬lerlər Növləri, xarakteristikaları, tətbiqiMühazirə
- 10.Proqramlaşdırılan kontrollerlər PMK-nın iş prinsipi, tipləri, proqram-laşdırma dilləri və TP AİS-də roluMühazirə
- 11.Avtomatlaşdırılmış iş yerləri, insan-maşın interfeysi. Mühazirə
- 12.Maşınqayırmada texnoloji nəzarət prosesləri və avtomatik nəzarət vasitələrinin rolu. Maşınqayırmada iki əsas texnoloji nəzarət prosesi; maşın, mexanizm və cihazların detallarının yüksək keyfiyyətinin vacib kriteriyaları. Avtomatlaşdırma səviyyəsinə və icra metoduna görə nəzarətin növləri. Aktiv və passiv nəzarət metodları.Mühazirə
- 13.Texnoloji proseslərdə parametrlərə nəzarətin avtomatlaşdırılmasıMühazirə
- 14.Texnoloji proseslərin AİS proqram təminatıMühazirə
- 15.Avtomatlaşdırma vasitələrinin və sistemlərinin texnoloji proseslərə tətbiqi nəticəsində əldə edilmiş iqtisadi səmərəliliyin hesablanmasıMühazirə
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |