Fənn · Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Mikroprosessorlar və proqramlaşdırılan inteqral mikrosxemlər
Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
"Mikroprosessorlar və proqramlaşdırılan inteqral mikrosxemlər" fənninin məqsədi istehsal proseslərinin mühəndisliyi ixtisası üzrə bakalavr tələbələrində mikroprosessor sistemləri və proqramlaşdırılan məntiqi inteqral sxemlər (PLİS) haqqında nəzəri biliklərin və praktiki bacarıqların formalaşdırılmasıdır. Fənnin əsas vəzifəsi tələbələrə mikroprosessor sistemlərinin quruluşu və iş prinsiplərini, rəqəmsal qurğuların növlərini və PLİS texnologiyalarını öyrətməkdən ibarətdir. Eyni zamanda informasiyanın emalı, yaddaşın təşkili və giriş-çıxış sistemlərinin qurulması üzrə biliklər verilir. Tələbələr rəqəmsal idarəetmə sistemlərinin əsas prinsiplərini mənimsəyirlər. Fənn mikroprosessor sistemlərinin tətbiqi və analizi üzrə praktiki bacarıqların formalaşdırılmasına yönəlmişdir. Nəticədə tələbələr müasir mikroprosessor və PLİS əsaslı sistemləri layihələndirmək və təhlil etmək bacarığı qazanırlar.
Fənn təlim nəticələri
Təlim nəticəsi əlavə edilməyib.