Ümumi məlumat
- Fənn kodu
- İF-4153y-Proseslər
- Kredit
- 3
- Tələbənin iş yükü
- 89
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat mühazirə b) 15 saat seminar
- Auditoriyadan kənar saatlar
- a) 18 saat MRTSİ b) 27 saat TSİ
Fənn haqqında
Mülki müdafiə fənni tələbələrə fövqəladə halların (təbii, texnogen, bioloji, ekoloji və hərbi mənşəli) yaranma səbəbləri, onların nəticələrinin qiymətləndirilməsi, risklərin azaldılması, əhalinin və ərazilərin mühafizəsi, xəbərdarlıq və təxliyə tədbirləri, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, ilkin tibbi yardımın göstərilməsi, eləcə də fövqəladə hallara hazırlıq və düzgün davranış qaydaları haqqında nəzəri və praktiki biliklər qazandırır. Fənn tələbələrdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına, risklərin idarə olunması bacarıqlarının inkişaf etdirilməsinə və fövqəladə vəziyyətlərdə operativ, düzgün qərar qəbul etmə səriştəsinin inkişafına xidmət edir.
Tədris metodları
- mühazirə
- problem-based learning
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Mülki müdafiənin əsaslarıMühazirə
«Mülki müdafiə haqqında AR-nın qanunu». FH-da MM-nin rolu, məqsədi, tapşırıqları və təşkili prinsipləri. MM qüvvələri. Sənaye obyektlərində MM-in təşkili, hərbiləşdirilməmiş dəstələri.
- 2.Fövqəladə hallar və onların xarakteristikası 1Mühazirə
FH, onların təsnifaiı.Texnogen xarakterli FH və təsnifatı. Radiasiya təhlükəli obyektlər.İonlaşdırıcı şüalar. Şüalanma dozası və doza gücü. Şüa xəstəliyi. İcazə verilən şüalanma dozaları.AES qəzalarında yerin radioaktiv zəhərlənməsi. Kimyəvi təhlükəli obyektlər.Kimyəvi təhlükəli maddələr, onların təsnifat, əsas fiziki xassə və insanlara təsiri. Partlayış, yanğın təhlükəli qəzalar, onların əsas xarakteristikaları.
- 3.Fövqəladə hallar və onların xarakteristikası 2Mühazirə
Hərbi xarakterli FH. Nüvə silahı. Kimyəvi silah. Bakterioloji (bioloji) silah. Adi qırğın vasitələri. Təbii xarakterli fövqəladə hallar.
- 4.FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi. 1Mühazirə
Radiasiya, kimyəvi, partlayış və yanğın şəraiti haqqında anlayış, onların aşkarı və qiymətləndirilmə üsuları İonlaşdırıcı şüalanmanın aşkarı və ölçülməsi üsulları.
- 5.FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi. 2Mühazirə
MM sistemində tətbiq olunan radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları. Onların təsnifatı, təyinatı və qısa xarakteristikaları.
- 6.FH-da əhalinin mühafizəsinin əsasları.Mühazirə
FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Radiasiya və kimyaya qarşı mühafizə tədbirləri.MM-in vahid xəbərdarlıq siqnalları.Sənaye obyektlərinin personalının, MM dəstələrinin şəxsi heyəti və işləməyən əhalinin FH-a hazırlanması.
- 7.Fərdi mühafizə vəsaitləriMühazirə
Fərdi mühafizə vəsaitləri, onların təsnifatı. Tənəffüs üzvlərinin FMV, onların təsnifatı və təyinatları. Dərinin fərdi mühafizə vasitələri, onların təsnifatı və təyinatları. Gözlərin fərdi mühafizə vasitələri. Tibbi fərdi mühafizə vasitələri və onların təyinatı.
- 8.Mülki müdafiənin mühafizə qurğuları. 1Mühazirə
MM-nin mühafizə qurğularının təyinatı və təsnifatı. Sığınacaqlar, onların təyinatı, təsnifatı, əsas və yardımçı təyinatlı otaqları, mühəndis-texniki avadanlıqları,iş rejimi.
- 9.Mülki müdafiənin mühafizə qurğuları 2Mühazirə
Radiasiya əleyhinə daldanacaqlar (radiasiya daldanacaqları), onların təyinatı, təsnifatı, əsas və yardımçı otaqları, mühəndis-texniki avadanlıqları. Sadə daldanacaqlar, növləri və quruluşları. Mühafizə qurğularının sülh dövründə saxlanılma və istifadəsi.
- 10.FH-da əhalinin köçürülməsi Mühazirə
Fövqəladə hallarda əhalinin köçürülməsi. Köçürmənin mahiyyəti və üsulları. Köçürmə orqanları, onların tərkibi və vəzifələri. Köçürmənin təminatı və həyata keçirilməsi.
- 11.FH-da sənaye obyektlərinin işinin dayanıqlığı 1Mühazirə
Sənaye obyektlərinin işinin dayanıqlığının mahiyyəti, məzmunu.
- 12.FH-da sənaye obyektlərinin işinin dayanıqlığı 2Mühazirə
Obyektin dayanıqlığına təsir edən amillər. Sənaye obyektlərinin dayanıqlığının tədqiqatının aparılması. Mülki müdafiənin mühəndis-texniki tədbirləri.
- 13.FH-da sənaye obyektlərinin işinin dayanıqlığı 3Mühazirə
Sənaye obyektlərinin işinin dayanıqlığının nüvə partla-yışının zərbə dalğasının,işıq şüalanmasının təsirinə görə qiymətləndirilməsi metodikası. Obyektlərin işinin dayanıqlığının yüksədilməsi üçün görülən əsas tədbirlər.
- 14.Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 1Mühazirə
FH-da keçirilən xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsəd,mahiyyət və tapşırıqları. X və DTİ təşkili və yerinə yetirilməsi. X və DTİ-nin keçirilməsi üçün cəlb olunan qüvvə və vəsaitlər.
- 15.Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 2Mühazirə
FH-da X və DTİ-nin təşkili və keçirilməsində obyekt dəstə komandirinin işinin mahiyyəti, məzmunu və ardıcıllığı. Xüsusi təmizləmənin təşkili və həyata keçirilməsi. FH-da obyektlər və MM dəstələrinin fəaliyyətinin idarə olunması.
- 16.1. Fövqəladə hallar və onların xarakteristikasıMəşğələ
Nüvə partlayışı,AES qəzası nəticəsində yaranan radiasiya şəraitlərinin proqnoz və kəşfiyyat məlumatları əsasında aşkarı və xəritəyə çəkilməsi. Radiasiya şəraitinin qiymətləndirilməsi. Məsələ həlli. KTM çıxımı və kimyəvi silahın tətbiqi nəticəsində yaranan kimyəvi şəraitin qiymətləndirilməsi. Məsələ həlli.
- 17.2. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi. 1Məşğələ
FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.Radiasiya nəzarəti (dozimetrik), radiasiya və kimyəvi kəşfiyyat cihazlarının istifadəsi. DP-5V (DP-5B), İMD-1, DP-22V (İD-1, İD-11), VPXR cihazlarının təyinatı,dəsti, quruluşu, işə hazırlaması və istifadəsi.
- 18.3. FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi. 2Məşğələ
Mühəndis şəraitinin aşkarı və qiymətləndirilməsi. Dağılma və yanğın zonalarının sərhədlərinin təyin edilməsi. Məsələ həlli.
- 19.4. Fərdi mühafizə vəsaitləriMəşğələ
Əleyhqazdan istifadə qaydaları. R-2 respiratorunun seçilməsi, istifadə edilməsi. L-1 yüngül mü-hafizə kostyumunun (yaxud OZK ümumqoşun mühafizə kom-plektinin) istifadə edilməsi.Pambıq-tənzif sarğının hazırlanması, istifadəsi
- 20.5. Mülki müdafiənin mühafizə qurğuları. Məşğələ
MM-nin mühafizə qurğuları. Sənaye obyektlərinin fəhlə və qulluqçularının mühəndis mühafizəsinin qiymətləndirilməsi. Mühafizə qurğularının istifadəsi. Mühafizə qurğularının əhalinin qəbuluna hazırlanması. Mühafizə qurğularında əhalinin yerləş-dirilməsi. Mühafizə qurğularında əhalinin davranış qaydaları.
- 21.6. FH-da sənaye obyektlərinin işinin dayanıqlığı Məşğələ
FH-da sənaye obyektlərinin işinin dayanıqlığı. Sənaye obyekt-lərinin işinin dayanıqlığının nüvə partlayışının zərbə dalğası-nın, işıq şüalanmasının, radiasiya şəraitinin, yanacaq-hava qarışığı partlayışının və KTM kimyəvi zəhərlənmə şəraitinin təsirinə görə qiymətləndirilməsinə aid məsələlərin həlli.
- 22.7. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 1Məşğələ
Sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırıl-ması. Xüsusi təmizləmənin keçirilməsi. Qismi xüsusi təmizləmənin – dezaktivizasiyanın, deqazasiyanın və dezinfeksiyanın keçirilməsi.
- 23.8. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması 2Məşğələ
Tam və qismi sanitar təmizləmənin keçirilməsi. İPP-8 (İPP-9, İPP-10) kimyaya qarşı fərdi paket, onun təyinatı, dəsti və istifadə qaydası. Xüsusi təmizəmədə təhlükəsizlik tədbirləri.
- 24.1. Dozimetrik cihazlar. Sərbəst iş
- 25.2. Fərdi mühafizə vasitələri. Sərbəst iş
- 26.3. Radiasiya təhlükəli obyektlərdə qəzalar. Sərbəst iş
- 27.4. Mühafizə qurğuları və onların istifadəsi. Sərbəst iş
- 28.5. Zəlzələlər. Sərbəst iş
- 29.6. Fövqəladə hallarda əhalinin köçürülməsi. Sərbəst iş
- 30.7. Qasırğa, fırtına, tufan, çovğun, burağan. Sərbəst iş
- 31.8. FH-da sənaye obyektlərin işinin dayanıqlığı. Sərbəst iş
- 32.Mövzu 14. Təşkilati və inzibati sənədlər. Elektron sənəd dövriyyəsinin tətbiqiMəşğələ
Mövzuda təşkilati və inzibati sənədlərin növləri, hazırlanması və icrası qaydaları öyrənilir. Əmr, sərəncam, qərar, protokol, akt və digər təşkilati sənədlərin xüsusiyyətləri izah edilir. Elektron sənəd dövriyyəsi sistemləri, rəqəmsal imza və elektron idarəetmənin üstünlükləri praktik nümunələr əsasında təhlil olunur.
- 33.10. Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılmasıSərbəst iş
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |