Fənn · Proseslərin avtomatlaşdırılması mühəndisliyi

Rəqəmli idarəetmə

İF-176y7 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

«Rəqəmli idarəetmə» fənni 050634 – «Proseslərin avtomatlaşdırılması mühəndisliyi» ixtisası üzrə bakalavr hazırlığı üçün nəzərdə tutulmuş ixtisas fənlərindən biridir. Fənnin məqsədi tələbələrə rəqəmli idarəetmə sistemlərinin əsas anlayışlarını, qurulma prinsiplərini və növlərini öyrətməkdir. Fənn çərçivəsində fasiləsiz texnoloji proseslərin rəqəmli idarəetmə üsulları və onların tətbiqi öyrənilir. Tələbələr siqnalların diskretləşdirilməsi, kvantlaşdırılması və rəqəmsal tənzimləyicilərin iş prinsipləri haqqında bilik əldə edirlər. Eyni zamanda, rəqəmli idarəetmə sistemlərinin layihələndirilməsi, təhlili və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi bacarıqları formalaşdırılır. Fənnin sonunda tələbələr müasir rəqəmli idarəetmə sistemlərinin tətbiqi və sintez metodlarından istifadə etmək bacarığına yiyələnirlər.

Fənn təlim nəticələri

Təlim nəticəsi əlavə edilməyib.