Fənn · Mexatronika və robototexnika mühəndisliyi

Mülki müdafiəSillabus

İF-4153y-Mexotronika3 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-4153y-Mexotronika
Kredit
3
Tələbənin iş yükü
90
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə b) 15 saat seminar
Auditoriyadan kənar saatlar
a) 18 saat MRTSİ b) 27 saat TSİ

Fənn haqqında

Mülki müdafiə fənni tələbələrə fövqəladə halların (təbii, texnogen, bioloji, ekoloji və hərbi mənşəli) yaranma səbəbləri, onların nəticələrinin qiymətləndirilməsi, risklərin azaldılması, əhalinin və ərazilərin mühafizəsi, xəbərdarlıq və təxliyə tədbirləri, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, ilkin tibbi yardımın göstərilməsi, eləcə də fövqəladə hallara hazırlıq və düzgün davranış qaydaları haqqında nəzəri və praktiki biliklər qazandırır. Fənn tələbələrdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına, risklərin idarə olunması bacarıqlarının inkişaf etdirilməsinə və fövqəladə vəziyyətlərdə operativ, düzgün qərar qəbul etmə səriştəsinin inkişafına xidmət edir.

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    Mülki müdafiənin əsasları - «Mülki müdafiə haqqında AR-nın qanunu». FH-da MM-nin rolu, məqsədi, tapşırıqları və təşkili prinsipləri. MM qüvvələri. Sənaye obyektlərində MM-in təşkili, hərbiləşdirilməmiş dəstələri. Mühazirə
  2. 2.
    Fövqəladə hallar və onların xarakteristikası - FH, onların təsnifaiı.Texnogen xarakterli FH və təsnifatı. Radiasiya təhlükəli obyektlər.İonlaşdırıcı şüalar. Şüalanma dozası və doza gücü. Şüa xəstəliyi. İcazə verilən şüalanma dozaları.AES qəzalarında yerin radioaktiv zəhərlənməsi. Kimyəvi təhlükəli obyektlər.Kimyəvi təhlükəli maddələr, onların təsnifat, əsas fiziki xassə və insanlara təsiri. Partlayış, yanğın təhlükəli qəzalar, onların əsas xarakteristikaları. Mühazirə
  3. 3.
    Fövqəladə hallar və onların xarakteristikası - Hərbi xarakterli FH. Nüvə silahı. Kimyəvi silah. Bakterioloji (bioloji) silah. Adi qırğın vasitələri. Təbii xarakterli fövqəladə hallarMühazirə
  4. 4.
    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi. - Radiasiya, kimyəvi, partlayış və yanğın şəraiti haqqında anlayış, onların aşkarı və qiymətləndirilmə üsuları İonlaşdırıcı şüalanmanın aşkarı və ölçülməsi üsulları.Mühazirə
  5. 5.
    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi. - MM sistemində tətbiq olunan radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları. Onların təsnifatı, təyinatı və qısa xarakteristikaları. Mühazirə
  6. 6.
    FH-da əhalinin mühafizəsinin əsasları. - FH-da əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları. Radiasiya və kimyaya qarşı mühafizə tədbirləri.MM-in vahid xəbərdarlıq siqnalları.Sənaye obyektlərinin personalının, MM dəstələrinin şəxsi heyəti və işləməyən əhalinin FH-a hazırlanmasıMühazirə
  7. 7.
    Fərdi mühafizə vəsaitləri - Fərdi mühafizə vəsaitləri, onların təsnifatı. Tənəffüs üzvlərinin FMV, onların təsnifatı və təyinatları. Dərinin fərdi mühafizə vasitələri, onların təsnifatı və təyinatları. Gözlərin fərdi mühafizə vasitələri. Tibbi fərdi mühafizə vasitələri və onların təyinatıMühazirə
  8. 8.
    Mülki müdafiənin mühafizə qurğuları. - MM-nin mühafizə qurğularının təyinatı və təsnifatı. Sığınacaqlar, onların təyinatı, təsnifatı, əsas və yardımçı təyinatlı otaqları, mühəndis-texniki avadanlıqları,iş rejimi. Mühazirə
  9. 9.
    Azərbaycan dövlətinin yaranması və inkişafı (e.ə. III-II minilliklər)Məşğələ

    Mövzu Azərbaycan ərazisində qədim dövrlərdən etibarən yaranmış ilk dövlət qurumlarının meydana gəlməsini və inkişaf mərhələlərini əhatə edir. Dövlətlərin idarəçilik sistemi, siyasi quruluşu, iqtisadi həyatı və mədəni xüsusiyyətləri geniş şəkildə araşdırılır. Eyni zamanda onların regionda tutduğu mövqe və digər dövlətlərlə münasibətləri təhlil olunur. Bu dövlətlərin Azərbaycan dövlətçilik tarixinin formalaşmasında oynadığı rol xüsusi vurğulanır.

    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
  10. 10.
    FH-da əhalinin köçürülməsi - Fövqəladə hallarda əhalinin köçürülməsi. Köçürmənin mahiyyəti və üsulları. Köçürmə orqanları, onların tərkibi və vəzifələri. Köçürmənin təminatı və həyata keçirilməsi. Mühazirə
  11. 11.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı - Sənaye obyektlərinin işinin dayanıqlığının mahiyyəti, məzmunu.(M) - FH-da sənaye obyektlərinin işinin dayanıqlığı. Sənaye obyekt-lərinin işinin dayanıqlığının nüvə partlayışının zərbə dalğası-nın, işıq şüalanmasının, radiasiya şəraitinin, yanacaq-hava qarışığı partlayışının və KTM kimyəvi zəhərlənmə şəraitinin təsirinə görə qiymətləndirilməsinə aid məsələlərin həlliMühazirə
  12. 12.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı - Obyektin dayanıqlığına təsir edən amillər. Sənaye obyektlərinin dayanıqlığının tədqiqatının aparılması. Mülki müdafiənin mühəndis-texniki tədbirləriMühazirə
  13. 13.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı - Sənaye obyektlərinin işinin dayanıqlığının nüvə partla-yışının zərbə dalğasının,işıq şüalanmasının təsirinə görə qiymətləndirilməsi metodikası. Obyektlərin işinin dayanıqlığının yüksədilməsi üçün görülən əsas tədbirlər. Mühazirə
  14. 14.
    Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması - FH-da keçirilən xilasetmə və digər təxirəsalınmaz işlərin (X və DTİ) məqsəd,mahiyyət və tapşırıqları. X və DTİ təşkili və yerinə yetirilməsi. X və DTİ-nin keçirilməsi üçün cəlb olunan qüvvə və vəsaitlər. Mühazirə
  15. 15.
    Sənaye obyektlərində FH-ın nəticələrinin aradan qaldırılması - FH-da X və DTİ-nin təşkili və keçirilməsində obyekt dəstə komandirinin işinin mahiyyəti, məzmunu və ardıcıllığı. Xüsusi təmizləmənin təşkili və həyata keçirilməsi. FH-da obyektlər və MM dəstələrinin fəaliyyətinin idarə olunması. (M) - Tam və qismi sanitar təmizləmənin keçirilməsi. İPP-8 (İPP-9, İPP-10) kimyaya qarşı fərdi paket, onun təyinatı, dəsti və istifadə qaydası. Xüsusi təmizəmədə təhlükəsizlik tədbirləri.Mühazirə
  16. 16.
    Nüvə partlayışı,AES qəzası nəticəsində yaranan radiasiya şəraitlərinin proqnoz və kəşfiyyat məlumatları əsasında aşkarı və xəritəyə çəkilməsi. Radiasiya şəraitinin qiymətləndirilməsi. Məsələ həlli. KTM çıxımı və kimyəvi silahın tətbiqi nəticəsində yaranan kimyəvi şəraitin qiymətləndirilməsi. Məsələ həlli. Məşğələ
  17. 17.
    FH-da yaranan şəraitin aşkarı və qiymətləndirilməsi.Radiasiya nəzarəti (dozimetrik), radiasiya və kimyəvi kəşfiyyat cihazlarının istifadəsi. DP-5V (DP-5B), İMD-1, DP-22V (İD-1, İD-11), VPXR cihazlarının təyinatı,dəsti, quruluşu, işə hazırlaması və istifadəsi. Məşğələ
  18. 18.
    Mühəndis şəraitinin aşkarı və qiymətləndirilməsi. Dağılma və yanğın zonalarının sərhədlərinin təyin edilməsi. Məsələ həlli. Məşğələ
  19. 19.
    Əleyhqazdan istifadə qaydaları. R-2 respiratorunun seçilməsi, istifadə edilməsi. L-1 yüngül mü-hafizə kostyumunun (yaxud OZK ümumqoşun mühafizə kom-plektinin) istifadə edilməsi.Pambıq-tənzif sarğının hazırlanması, istifadəsi Məşğələ
  20. 20.
    MM-nin mühafizə qurğuları. Sənaye obyektlərinin fəhlə və qulluqçularının mühəndis mühafizəsinin qiymətləndirilməsi. Mühafizə qurğularının istifadəsi. Mühafizə qurğularının əhalinin qəbuluna hazırlanması. Mühafizə qurğularında əhalinin yerləş-dirilməsi. Mühafizə qurğularında əhalinin davranış qaydaları. Məşğələ
  21. 21.
    FH-da sənaye obyektlərinin işinin dayanıqlığı. Sənaye obyekt-lərinin işinin dayanıqlığının nüvə partlayışının zərbə dalğası-nın, işıq şüalanmasının, radiasiya şəraitinin, yanacaq-hava qarışığı partlayışının və KTM kimyəvi zəhərlənmə şəraitinin təsirinə görə qiymətləndirilməsinə aid məsələlərin həlli. Məşğələ
  22. 22.
    Sənaye obyektlərində fövqəladə halların nəticələrinin aradan qaldırıl-ması. Xüsusi təmizləmənin keçirilməsi. Qismi xüsusi təmizləmənin – dezaktivizasiyanın, deqazasiyanın və dezinfeksiyanın keçirilməsi. Məşğələ

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5