Ümumi məlumat
- Fənn kodu
- İF-3932MRM
- Kredit
- 5
- Tələbənin iş yükü
- 150
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) mühazirə-15 saat, b)seminar-15 saat, c) laboratoriya--15 saat
- Auditoriyadan kənar saatlar
- 105 saat
Fənn haqqında
«Kompüter qrafikası» fənni – mühəndis qrafikasınının bütün bölmələrini və maşın qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən fənlərdən biridir. «Kompüter qrafikası»nın öyrənilməsində əsas məqsəd: tələbələrə cisim-lərin ortogonal proyeksiyalanmaya əsaslanan və KSVS uyğyn təsvirləri əldə etmək yollarını və əksinə cizgilərə əsasən onların fəza formaların müəyyən edilməsi ilə bağlı məsələləri həll etmək bacarığını öyrədir. «Kompüter qrafikası» mühəndis-texniki təhsilin formalaşması və mənimsənilməsi işində əsas fənlərdən biri sayılır.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- təqdimatlar
- seminar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Kompüter qrafikasının predmeti. Rastr, vektor, fraktal qrafikanın formatı və proqram təminatları. Rənglər haqqında. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar.(M)Mühazirə
- 2.Nöqtə. Nöqtənin ortoqonal proyeksiyaları. Düz xəttin proyek-siyaları, izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). Nöqtənin düz xəttə mənsub olması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.(M)Mühazirə
- 3.Müstəvinin verilmə üsulları. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin qarşılıqlı vəziyyəti.(M)Mühazirə
- 4.Çoxüzlülər və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstə¬vilə kəsişməsi (xüsusi hal). (M)Mühazirə
- 5.Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Natu¬ra¬dan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası. Aksonometrik proyeksiyalar haqqında.(M)Mühazirə
- 6.Detal birləşmələri haqqında ümumi məlumat. Detallarda və bir¬ləş¬mələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli detal¬ların cizgisi. Detal birləşmələrində istifadə edilən emprik düs¬tur¬lar. Qaynaq lehim və yapışqan birləşmələrinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri.(M)Mühazirə
- 7.Eskizlər və işçi çertyojlar. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissə¬lərə ayrılması ardıcıllığı.(M)Mühazirə
- 8.Vzualizasiya. Kamera, tekstura, material, işıqdan istifadə etmək¬lə detalların realistik (Render) təsvirlərinin alınması ardıcıllığı. Modellərin çapı. 3D modeldən avtomatik 2D cizgilərin qurulması.(M)Mühazirə
- 9.Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. Əsas yazının yerinə yetirilməsi. Həndəsi qurmalar. Qovuşmalar. İki düz xəttin qovuşması. Düz xətlə çevrənin və iki çevrənin qovuşması. Sadə konturların çəkilməsinə aid məşğələ. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (1-ci məsələ). Maillikdən istifadə etməklə profillərin qurulması. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ)(S)Məşğələ
- 10.Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtənin ortoqonal proyek¬siyaları. Ümumi və xüsusi vəziyyətdə olan nöqtələrin təsviri 2 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (1-ci məsələ). Duz xəttin kompleks çertyoju, xüsusi vəziyyətləri, izləri haqqında. Proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu ilə düz xətt parçasının əsl boyunun qurulması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətinə aid məşğələ(S)Məşğələ
- 11.Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müstəvilər. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsinə aid məşğələ (xüsusi hal).(S)Məşğələ
- 12.Səthlərin (prizma, piramida, silindr, konus) çertyojda təsviri. Nöqtə və xəttin səthlərə mənsub olması. Səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal). 2 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ)(S)Məşğələ
- 13.Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə fəza fiqurlarının görünüşlərinin qurulmasına aid fərdi tapşırıgların (FT) yerinə yetirilməsi. 3 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (1-ci məsələ, ənənəvi üsulla və AutoCAD proqramında). Kvadrat, çevrənin və natu¬radan verilmiş detalın aksonometrik proyeksiyaları. 3 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ)(S)Məşğələ
- 14.Yiv. Standart yivli birləşdirici detalların cizgilərininə aid məş¬ğələ. Sİ №4-ün tapşırığının verilməsi (1-ci məsələ). Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt, vint birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ. Sökülməyən birləşmələr, birləşmələrin digər növləri və ötürmələr. Qaynaq, lehim, yapışqan birləşmələrinin təsviri və işarə olunmasına aid məşğələ.(S)Məşğələ
- 15.Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Naturadan verilmiş yivli detalın eskizinin çəkilməsi ardıcıllığı. Sİ №5-in tapşırığının verilməsi (1-ci məsələ). Yığımın ümumi görünüş cizgisi. Yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. Yığım vahidinin ümumi görünüş cizgi¬sinin oxunması və hissələnməsinə aid məşğələ. Sİ №5-in tapşırığının verilməsi (2-ci məsələ)(S)Məşğələ
- 16.Yığım vahidinin ümumi görünüş cizgisinin hissələrinin AutoCAD proqramında 3D model kimi yerinə yetirilməsi və vizualizasiyası-dizaynı. İnventor əlavəsinin tətbiqilə 3D modeldən avtomatik 2D cizgilərin qurulması.(S)Məşğələ
- 17.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.Laboratoriya
- 18.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.Laboratoriya
- 19.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.Laboratoriya
- 20.LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulmasıLaboratoriya
- 21.LAB. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün, lazımı kəsiklərinin verilməsi və stillərdən istifadə etməklə ölçülərin qoyulmasıLaboratoriya
- 22.LAB. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün, lazımı kəsiklərinin verilməsi və stillərdən istifadə etməklə ölçülərin qoyulmasıLaboratoriya
- 23.LAB. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün, lazımı kəsiklərinin verilməsi və stillərdən istifadə etməklə ölçülərin qoyulmasıLaboratoriya
- 24.LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redaktəsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, avtomatik 2D cizgilərinin alınması, çapı.Laboratoriya
- 25.LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redaktəsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, avtomatik 2D cizgilərinin alınması, çapı.Laboratoriya
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 20 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |
| Laboratoriya | laboratoriya işlərinin verilməsi | 10 bal |