Ümumi məlumat
- Fənn kodu
- İFS-3276y
- Kredit
- 8
- Tələbənin iş yükü
- 240
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat – mühazirə; b) 15 saat – laboratoriya; c) 15 saat – məşğələ
- Auditoriyadan kənar saatlar
- a) 99 saat – sərbəst iş; b) 66 saat – hazırlıq
Fənn haqqında
“Metal və ərintilərdən töküklər istehsalı” fənnin tədrisində məqsəd tələbələrə tökmə ərintilərini səciyyələndirən əsas amillər, tökmə xassələri, mexaniki və istismar xassələri, əritmə texnologiyasının işlənməsi, töküklər istehsalı və s. məsələlərin öyrədilməsidir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
- interaktiv müzakirə
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Tələbələr maye halda olan müxtəlif metallik materialların qəliblərə tökülərək mürəkkəb formalı və bütöv makrostrukturlu detallara çevrilməsi proseslərini mənimsəyəcəklər. Kurs çərçivəsində ənənəvi qum-gil qəliblərlə yanaşı, dəqiq tökmə, mərkəzdənqaçma və təzyiq altında tökmə kimi qabaqcıl texnologiyaların hidro-dinamik xüsusiyyətləri araşdırılacaq. Onlar soyuma zamanı tökükdə yaranan kristallaşma zonalarını, çəkilmə boşluqlarını və daxili gərginlikləri hesablayaraq, optimal qidalandırıcı sistemləri layihələndirəcəklər. Yekun olaraq, tələbələr fərqli ərintilərin (çuqun, polad, əlvan metallar) tökmə xassələrini nəzərə alaraq iqtisadi cəhətdən səmərəli istehsal marşrutları qura biləcəklər.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
- A.H Quliyev., və b. Polad tökmələri, Bakı, AzTU, 360s, 2002
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |