Ümumi məlumat
- Fənn kodu
- İF-3929yMM
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- mühazirə -15 saat. seminar- 30 saat. laboratoriya- 15 saat
- Auditoriyadan kənar saatlar
- TSİ- 90, MRTSİ-30
Fənn haqqında
«Tərsimi həndəsə və kompüter qrafikası» fənni – Tərsimi həndəsə və kompüter qrafikasının bütün bölmələrini özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən ümumitexniki fənlərdən biridir. «Tərsimi həndəsə və kompüter qrafikası»nın öyrənil¬məsində əsas məqsəd: rəqəmli hesablama kompleksləri və ənənəvi üsullarda istifadə olunan vasitələrlə texniki sxemlərin və 2D cizgilərin çəkilməsi, oxunması, hesab¬lan¬ması, emalı, saxlanması, redaktəsi, 3D modelləməsi, dizaynı, çapı və s ilə məşğul olan sahədir. «Tərsimi həndəsə və kompüter qrafikası» mühəndis-texniki təhsilin formalaş¬ması və mənim¬sənilməsi işində əsas fənlərdən biri sayılır.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Tərsimi həndəsə və kompüter qrafikasının predmeti. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar.(M)Mühazirə
- 2.Nöqtə. Nöqtənin ortoqonal proyeksiyaları. Düz xəttin proyek¬si-ya¬ları, izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). Nöqtənin düz xəttə mənsub olması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.(M)Mühazirə
- 3.Müstəvinin verilmə üsulları. Nöqtə və xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin qarşılıqlı vəziyyəti.(M)Mühazirə
- 4.Çoxüzlülər və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal).(M)Mühazirə
- 5.Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Naturadan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası. Aksonometrik proyeksiyalar haqqında.(M)Mühazirə
- 6.Detal birləşmələri haqqında ümumi məlumat. Detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli detalların cizgisi. Detal birləşmələrində istifadə edilən emprik düsturlar. Qaynaq, lehim və yapışqan birləşmələrinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri.(M)Mühazirə
- 7.Eskizlər və işçi çertyojlar. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı.(M)Mühazirə
- 8.EMüasir komputer texnologiyalarında vektor qrafika haqqında ümumi məlumat. AutoCAD proqramında 3D modeldən avtomatik 2D cizgilərin qurulması(M)Mühazirə
- 9.Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. (S).Məşğələ
- 10.Həndəsi qurmalar. Qovuşmalar. İki düz xəttin qovuşması. Düz xətlə çevrənin və iki çevrənin qovuşması. Sadə konturların çəkil¬məsinə aid məşğələ. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (1-ci məsələ).(S)Məşğələ
- 11.Ovalın qurulması. Maillikdən istifadə etməklə profillərin qurulması. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ).(S)Məşğələ
- 12.Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtənin ortoqonal proyek-siyaları. Ümumi və xüsusi vəziyyətdə olan nöqtələrin təsviri. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (3-cü məsələ)(S)Məşğələ
- 13.Duz xəttin kompleks çertyoju, xüsusi vəziyyətləri, izləri haqqında. Proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu ilə düz xətt par-çasının əsl boyunun qurulması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətinə aid məşğələ.(S)Məşğələ
- 14.Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müstəvilər. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsinə aid məşğələ (xüsusi hal). (S)Məşğələ
- 15.Səthlərin (prizma, piramida silindr, konus) çertyojda təsviri. Nöqtə və xəttin səthlərə mənsub olması. Səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal). Sərbəst işin tapşırıqlarının verilməsi və izahı (4-cü məsələ).(S)Məşğələ
- 16.Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə fəza fiqurlarının görünüşlərinin qurulmasına aid fərdi tapşırıgların (FT) yerinə yetirilməsi. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (5-ci məsələ)(S)Məşğələ
- 17.Aksonometrik proyeksiyalar haqqında. kvadrat, çevrənin və naturadan verilmiş detalın aksonometrik proyeksiyaları. Sərbəst işin tapşırıqlarının verilməsi və izahı (6-cı məsələ).(S)Məşğələ
- 18.Birləşmələr haqda ümumi məlumat. Yivli birləşmələr və onun elementlərinin cizgilərinin tərtibinə (bolt, qayka, vint) aid aid məşğələ. Sİ –in tapşırığının verilməsi (7-ci məsələ).(S)Məşğələ
- 19.Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ. (S)Məşğələ
- 20.Sökülməyən birləşmələr. Qaynaq, lehim, yapışqan birləşmələrinin təs¬viri və işarə olunmasına aid məşğələ. Sİ -in tapşırığının verilməsi (8-ci məsələ).(S)Məşğələ
- 21.SBirləşmələrin digər növləri və ötürmələr. Dişli çarx, zəncir və qayış ötür¬mələrinin çertyojda təsviri. Diyirlənmə yastıqlarının, işğillərin, şlislərin və pərçimlərin çertyojda təsviri.(S)Məşğələ
- 22.Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Naturadan verilmiş yivli detalın eskizinin çəkilməsi ardıcıllığı. Sİ-in tapşırığının verilməsi (9-cu məsələ).(S)Məşğələ
- 23.Yığımın ümumi görünüş cizgisi. Yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. Yığım vahidinin ümumi görünüş cizgisinin oxunması və hissələnməsinə aid məşğələ. Sİ -in tapşırığının verilməsi (10-cu məsələ).(S)Məşğələ
- 24.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq.(L)Laboratoriya
- 25.LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması(L)Laboratoriya
- 26.LAB. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün qurulması (L)Laboratoriya
- 27.LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redak-təsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması (L)Laboratoriya
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |