Ümumi məlumat
- Fənn kodu
- İF-3687y
- Kredit
- 4
- Tələbənin iş yükü
- 120
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat – mühazirə; b) 15 saat – məşğələ
- Auditoriyadan kənar saatlar
- a) sərbəst iş - 36 saat, b) hazırlıq - 24 saat
Fənn haqqında
“Elektrometallurgiya və ferroərintilər istehsalı” fənninin məqsədi 050627-“Metallurgiya mühəndisliyi”üzrə bakalavr pilləsində təhsil¬alan¬lar¬da maşınqayırma sənayesinin keyfiyyət göstəriciləri, onun idarə olunmasının prinsipləri, müasir metodları, eyni zamanda istehlakçılara qəbull olunmuş standartlar çərçivəsində keyfiyyətli, etibarlılı və səmərəli üsullarından ibarətdir.
Tədris metodları
- mühazirə
- seminar
- interaktiv müzakirə
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: Bu fənn tələbələrə elektrik enerjisindən istifadə etməklə yüksək keyfiyyətli poladların və ferroərintilərin (ferrosilisium, ferromanqan, ferroxrom) istehsal texnologiyalarını öyrədir. Tələbələr elektroqövs və induksiya sobalarında gedən istilik-mübadilə proseslərini və faza çevrilmələrinin termodinamikasını analiz etməyi bacaracaqlar. Eyni zamanda, spesifik reduksiya prosesləri və xammalın (filiz, koks, flüs) ərimə rejimini idarə edərək tullantısız və enerjiyə qənaət edən əritmə marşrutları hazırlayacaqlar. Kursun sonunda metallurgiya müəssisələrində xəlitənin kimyəvi tərkibini tənzimləmək və məqsədyönlü legirləmə aparmaq vərdişləri tam formalaşacaq.
Mövzu planı
- 1.Giriş. Fənn haqqında məlumat.Mühazirə
Elektrometallurgiya və ferroərintilər istehsalı fənninin məqsədi, vəzifələri və metallurgiya sənayesindəki rolu haqqında ümumi giriş.
- 2.Filizlərin bütövləşdirilməsi prosesiMühazirə
Xırda dispersli filiz materiallarının əridilməyə hazırlığı məqsədilə bütövləşdirilməsi (aqlomerasiya və dənəvərləşdirmə) prosesləri
- 3.Xammallar və şıxtənin əritməyə hazırlanmasıMühazirə
Elektrometallurgiya prosesləri üçün xammalın seçilməsi, çeşidlənməsi və şıxtə materiallarının əritməyə hazırlanması texnologiyası.
- 4.Elektroqövsü sobanın konstruksiyasıMühazirə
Elektroqövs sobalarının əsas mexaniki quruluşu, hərəkət edən qovşaqları və işləmə mexanizmlərinin təhlili.
- 5.Putalı induksiya sobalarında əritmə prosesiMühazirə
Putalı induksiya sobalarının iş prinsipi və bu sobalarda metalın əridilməsinin texnoloji mərhələləri.
- 6.Qövslü sobanın işçi elektrik rejiminin təyini və elektrik avadanlıqlarıMühazirə
Elektroqövs sobalarında istifadə olunan elektrik avadanlıqlarının parametrləri və optimal elektrik rejimlərinin tənzimlənməsi
- 7.Qövslü sobanın işçi elektrik rejiminin təyini və elektrik avadanlıqlarıMühazirə
Elektroqövs sobalarının elektrik avadanlıqlarının və rejimlərinin praktiki hesablama sxemləri əsasında işlənməsi.
- 8.Elektrik qövs sobalarının hörgüsü və istifadə olunan şıxtə materialları.Mühazirə
Sobaların odadavamlı hörgüsünün (futerovkasının) qurulması prinsipləri və bu məqsədlə istifadə olunan xüsusi materiallar.
- 9.Əsas xassəli elektrik sobasında əridilmə prosesləriMühazirə
Əsas futerovkalı elektrik sobalarında metalın əridilməsi zamanı baş verən metallurji və fiziki-kimyəvi proseslər (məsələn, desulfurasiya, defosforasiya).
- 10.İnduksiya sobaları.Mühazirə
Sənayedə tətbiq edilən müxtəlif növ induksiya sobalarının (kanal tipli, putalı) təsnifatı, xüsusiyyətləri və iş rejimləri.
- 11.Xam materiallar və şıxtənin əritməyə hazırlanmasıMühazirə
Xammalların rütubətinin, fraksiya tərkibinin təyini və şıxtə hazırlığının laboratoriya şəraitində sınaqdan keçirilməsi.
- 12.Vakkum elektrik qövslü, plazma-qövs və elektron şualanma ilə əritməMühazirə
Xüsusi təmizlik tələb edən xəlitəli poladların və reaktiv metalların alınmasında istifadə olunan xüsusi mütərəqqi əritmə üsulları.
- 13.Dəmirin domnadan kənar alınması üsulları, süngərəbənzər dəmirin istehsalı.Mühazirə
Dəmirin birbaşa reduksiya üsulları (domna sobası istifadə edilmədən) və metallurgiyada süngər dəmirin rolu
- 14.Antik dövr fəlsəfəsiMühazirə
Mövzunun məqsədi Antik Yunan və Roma fəlsəfəsinin yaranmasını və inkişaf mərhələlərini öyrənməkdir. Sokrat, Platon, Aristotel və digər filosofların ideyaları təhlil edilir. Antik fəlsəfənin sonrakı fəlsəfi fikrə təsiri araşdırılır.
- .FTN5: Fəlsəfi və elmi mətnləri təhlil edir və əsas ideyaları ümumiləşdirir.
- .FTN1: Fəlsəfənin əsas anlayışlarını , kateqoriyalarını və tarixi inkişaf mərhələlərini izah edir.
- .FTN6: Müasir ictimai, etik, sosial və elmi texnoloji problemləri fəlsəfi baxımdan dəyərləndirir.
- .FTN2: Əsas fəlsəfi cərəyan və konsepsiyaları müqayisə və təhlil edir.
- .FTN7: Öz mövqeyini məntiqi, əsaslandırılmış və ardıcıl şəkildə ifadə edir
- .FTN3: Fəlsəfi problemlərin həllində tənqidi və analtik düşünmə bacarıqlarından istifadə edir.
- .FTN8: Fəlsəfi bilikləri peşəkar fəaliyyətində və gündəlik həyatda tətbiq edir.
- .FTN4: Müxtəlif fəlsəfi mövqeləri arqumentlər əsasında qiymətləndirir.
- 15.Ferrosilisium istehsalıMühazirə
Dəmir-silisium xəlitələrinin (ferrosilisiumun) istehsalı texnologiyası, lazımi xammal bazası və sobadaxili kimyəvi reaksiyalar.
- 16.Ferromanqan istehsalıMühazirə
Manqan filizlərindən ferromanqanın fərqli növ və markalarının (karbonlu, orta və az karbonlu) istehsal sxemləri.
- 17.Ferroxrom və digər ferroərintilər istehsalı.Mühazirə
Ferroxrom, ferrotitan, ferrovanadium və s. kimi mühüm ferroərintilərin elektrotermik və metallotermik istehsal texnologiyaları.
Ədəbiyyat
- Şükürov R.İ. Metalşünaslıq və termiki emal, Sabah, Bakı 2020
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |