Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Materialların təkrar emalı” fənni - 050623- “Materiallar mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisaslaşmanın fənlərinə aid edilir. İstər sənayedə, kənd təsərrüfatında, istərsə də məişətdə hər gün böyük miqdarda müxtəlif keyfiyyətə malik metal tullantıları yaranır. Bu tullantıların emal olunması, yəni utilləşdirilməsi ekalogiyamıza vurula biləcək ciddi zərbənin qarşısını ala bilər, yaranan xammal və material çatışmamazlığını aradan qaldırmağa böyük kömək edər. Ona görə də müxtəlif çeşidli tullantıların təkrar emal üsullarının yaradılması və tədris prosesində tələbələrin onu mənimsəməsi vacib məsələdir. Bu baxımdan fənnin tədrisi aktualdır və gələcək mütəxəssislərin hazırlanmasında onların fəaliyyətinə səmərəli kömək edəcəkdir.
Fənn təlim nəticələri
CLO 1: Tələbələr qara və əlvan metal qırıntılarının yığılması, çeşidlənməsi və sənaye dövriyyəsinə yenidən qaytarılmasının texnoloji və iqtisadi əsaslarını öyrənəcəklər. Onlar istismar ömrünü bitirmiş konstruksiyalardan, maşınlardan və elektron tullantılardan ibarət xammalın əridilməyə hazırlanması və onun ilkin filiz xammalı ilə müqayisəli əritmə rejimlərini analiz edəcəklər. Kurs həmçinin təkrar emal zamanı yarana biləcək zərərli element zəhərlənməsinin qarşısını almaq üçün rafinəedici qatqıların tətbiqini əhatə edir. Fənnin sonunda, ekoloji normalara uyğun şəkildə resurs-qənaətedici emal sxemlərini tətbiq edərək, metallurgiya istehsalının dövri (yaşıl) modelini həyata keçirmək bacarıqlarına yiyələnəcəklər.