Fənn · Mədən mühəndisliyi

Mədən sənayesində metallurgiyaSillabus

İFS-3620mk4 kreditYaz semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-3620mk
Kredit
4
Tələbənin iş yükü
160
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat - mühazirə b) 15 saat – məşğələ
Auditoriyadan kənar saatlar
a) 60 saat – sərbəst iş b) 40 saat - hazırlıq

Fənn haqqında

Bu fənn faydalı qazıntıların mədən ərazisində və ya ona inteqrasiya olunmuş komplekslərdə ilkin metallurji emalı, həmçinin hidro- və pirometallurgiya metodlarının tətbiqi haqqında dərin biliklər verir. Filizlərin yuyulması (liqinq), yeraltı əridilməsi və çətin emal olunan tərkiblərin termiki emalı kimi qabaqcıl və innovativ texnologiyalar tədris olunur. Toz metallurgiyası, mexaniki legirlənmə və partlayışla qaynaq kimi xüsusi sintezlər üçün xammalın ilkin modifikasiyası prosesləri, hibrid materialların yaradılması prinsipləri nəzərdən keçirilir. Xammaldan hazır metala qədər olan istehsalat zəncirinin qapalı dövrədə (tullantısız texnologiyalarla) idarə olunması məsələləri xüsusi prioritet təşkil edir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Tələbə bu fənn çərçivəsində mədən-çıxarma və metallurgiya proseslərinin sıx qarşılıqlı əlaqəsini və inteqrasiyasını öyrənir. Kursun sonunda tələbə filizlərin ilkin emalı (zənginləşdirmə) ilə metallurgiya zavodlarına verilməsi arasında olan texnoloji zənciri təhlil etməyi bacarır. Fənn, əlvan və qara metalların hasilatdan sonrakı emal üsullarını (pirometallurgiya, hidrometallurgiya) və bu proseslərin iqtisadi səmərəliliyini əhatə edir. Tələbə mədən müəssisələrində metallurgiya xammalının hazırlanması üçün lazım olan texnoloji rejim parametrlərini müəyyən edir. Nəticə etibarilə, tələbə mədən və metallurgiya sektorlarını vahid bir sistem kimi idarə etmək bacarığına yiyələnir.

Mövzu planı

Mövzu əlavə edilməyib.

Ədəbiyyat

  1. Şükürov R.İ. Metalşünaslıq və termiki emal. Sabah. Bakı.2020

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5