Fənn · Mədən mühəndisliyi

Zənginləşdirmə fabriklərinin layihələndirilməsiSillabus

İFS-36131y7 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-36131y
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat - mühazirə b) 30 saat – məşğələ
Auditoriyadan kənar saatlar
a) 81 saat – sərbəst iş b) 54 saat - hazırlıq

Fənn haqqında

Bu kurs xammalın emalı üçün nəzərdə tutulmuş zənginləşdirmə fabriklərinin texnoloji, memarlıq və iqtisadi cəhətdən əsaslandırılmış layihələndirilməsi metodologiyasını öyrədir. Tələbələr fabrikin istehsal gücünün hesablanması, optimal texnoloji sxemlərin seçilməsi və emal avadanlıqlarının düzgün yerləşdirilməsi prinsiplərini mənimsəyirlər. Filizlərin sonrakı metallurji mərhələlərə, o cümlədən kompozit və hibrid materialların istehsalına hazırlanması üçün zəruri olan infrastruktur modeli qurulur. Su təchizatı, tullantıların idarə edilməsi (şlam anbarları) və avtomatlaşdırılmış idarəetmə sistemlərinin layihələrə inteqrasiyası yolları təhlil edilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Tələbə bu fənn vasitəsilə zənginləşdirmə fabrikinin ilkin layihələndirilməsindən istismara verilməsinə qədər olan mərhələləri ətraflı şəkildə öyrənir. Kursun sonunda tələbə xammalın xüsusiyyətlərinə uyğun texnoloji axın sxemlərini qurmağı, avadanlıqların məhsuldarlığını və sayını hesablamağı bacarır. Fənn, fabrikin baş planının tərtibi, sexlərin yerləşməsi, kommunikasiya və logistika məsələlərini, eləcə də tullantı təsərrüfatının (quyruq anbarları) layihələndirilməsini əhatə edir. Tələbə iqtisadi effektivliyi və ekoloji təhlükəsizliyi nəzərə almaqla kompleks layihə sənədlərini hazırlamaq bacarığını mənimsəyir. Nəticə etibarilə, tələbə müstəqil şəkildə zənginləşdirmə müəssisəsinin mühəndislik layihəsini hazırlaya bilir.

Mövzu planı

  1. 1.
    Layihənin təşkili və fabriklərin təsnifatı. Konsentrata qoyulan tələblər.Mühazirə

    Layihələndirmə standartları və qaydaları. Zənginləşdirmə fabriklərinin funksional təsnifatı. Hazır məhsulun (konsentratın) keyfiyyət göstəricilərinə (rütubət, tərkib, zərərli qarışıqlar) qoyulan texniki tələblər.

  2. 2.
    Filiz və mineralların zənginləşdirilməsi: əsas anlayışlar və məhsullar.Mühazirə

    Zənginləşdirmə prosesinin əsasları. İstehsalatın əsas məhsulları (konsentrat, quyruq, ara məhsullar) və effektivliyi xarakterizə edən göstəricilər (çıxım, keyfiyyət, çıxarılma dərəcəsi).

  3. 3.
    Filizlərin hazırlanması: Xırdalama, xəlbirləmə və üyütmə prosesləri.Mühazirə

    Filizin fiziki-mexaniki xassələrinə əsasən xırdalanma və üyüdülmənin nəzəriyyəsi. Xəlbirləmə (təsnifləmə) prosesinin texnoloji rolu.

  4. 4.
    Xırdalama və xəlbirləmə sexlərinin hesablanması, avadanlığın seçilməsi.Mühazirə

    Xırdalama sexinin balans hesabı. Məhsuldarlıq, fraksiya tərkibi və avadanlıqların (çənəli, konuslu xırdalayıcılar, xəlbirlər) texniki-iqtisadi seçimi.

  5. 5.
    Üyütmə və siniflərə ayırma sexlərinin hesabatı.Mühazirə

    Dəyirmanların (şar, çubuqlu) və təsnifləyicilərin (hidrosiklonlar, spiral təsnifləyicilər) seçimi və sayı. Üyütmə dövrəsinin balansının hesablanması.

  6. 6.
    Zənginləşdirmə fabriklərinin layihəsinin həcmi və məzmunu. İlkin verilənlər.Mühazirə

    Layihə tapşırığı, geoloji-mineraloji xarakteristika, labaratoriya tədqiqatlarının nəticələri kimi layihələndirmə üçün zəruri olan ilkin verilənlər bazası.

  7. 7.
    Monometallı və polimetallı filizlərin flotasiyası: Balans hesablamaları.Mühazirə

    Filizlərin flotasiya texnologiyası. Keyfiyyət-kəmiyyət və metal balans sxemlərinin qurulması. Polimetallı filizlərdə selektiv flotasiya hesablamaları.

  8. 8.
    Flotasiya prosesi, maşınları və onların seçimi.Mühazirə

    Flotasiya maşınlarının (mexaniki, pnevmatik, sütunlu) növləri. Prosesin kinetikası və maşınların həcminin hesablanması.

  9. 9.
    Zənginləşdirmə sxemləri və fabrikin baş planı.Mühazirə

    Texnoloji axın sxemlərinin tərtibi. Fabrikin yerləşməsi, sahələrin təşkili və baş planın layihələndirilmə prinsipləri (logistika, rabitə, ətraf mühit).

  10. 10.
    Fabrikin inşası, tərkibi və tullantı təsərrüfatı.Mühazirə

    Fabrik kompleksinin struktur tərkibi. Quyruq anbarlarının (tullantı təsərrüfatı) layihələndirilməsi, ekoloji təhlükəsizlik və tullantıların zərərsizləşdirilməsi.

  11. 11.
    Sex və sahələrin layihə-düzəliş məsələləri. Anbar və bunkerlər.Mühazirə

    Fabrikdaxili anbarların və bunkerlərin layihələndirilməsi, onların həcminin hesablanması. Texnoloji layihələrdəki qüsurların düzəldilməsi.

  12. 12.
    Flotasiya və qravitasiya fabriklərinin baş korpusları.Mühazirə

    Fabrikin əsas texnoloji avadanlıqlarının yerləşdiyi baş korpusun layihələndirilməsi. Qravitasiya və flotasiya üsullarının tələblərinə görə binanın memarlıq-mühəndislik xüsusiyyətləri.

  13. 13.
    Layihələndirmədə ümumi məsələlər və sexlərin məhsuldarlığı.Mühazirə

    Fabrikin və onun ayrı-ayrı sexlərinin ümumi məhsuldarlığının balanslaşdırılması. Layihələndirmədə rast gəlinən ümumi təşkilati və mühəndislik məsələləri.

  14. 14.
    Flotasiya maşınları və müasir layihə yanaşmaları.Mühazirə

    Flotasiya maşınlarının təkmilləşdirilməsi və onların layihələrdə səmərəli istifadəsi. Müasir rəqəmsal layihələndirmə və optimallaşdırma üsulları.

Ədəbiyyat

  1. Ş.N.Məmmədov, A.M.Əzizov., Dağ-mədən işi texnologiyasının əsasları, Bakı 2019

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5