Fənn · Mədən mühəndisliyi
Azərbaycan tarixi
Fənn haqqında
Kredit
5
İş yükü
150saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Azərbaycan tarixi tələbələrdə vətənpərvərlik hissini aşlayan, onları vətəndaş və şəxsiyyət kimi formalaşdırılmasında əsas rol oynayan fənlərdəndir “Azərbaycan tarixi” fənni, Azərbaycanın ən qədim dövrlərindən başlayaraq bugünkü günümüzə qədər xalqımızın keçdiyi ictimai, iqtisadi sosia-siyasi və mədəni tarixini özündə ehtiva edir. Xalqımızın müxtəlif dövrlərdə üzləşdiyi problemləri, qədim dövlətçilik tarixinə malik olmasını, yadellilərə qarşı mübarizəsini, müstəqillik uğrunda apardığı mücadiləni, bu yolda göstərilən qəhrəmanlıqları, xalqımıza qarşı törədilmiş soyqırımları və nəhayət Azərbaycanın dövlət müstəqilliyinə nail olmasını, müstəqilliyi-mizin möhkəmləndirilməsi və ərazi bütövlüyümüzün bərba edilməsi tarixini öyrənir. Bu baxımdan “Azərbaycan tarixi” fənnin tədrisi aktuallıq kəsb edir.
Fənn təlim nəticələri
CLO 1: • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
CLO 2: • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
CLO 3: • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
CLO 4: • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
CLO 5: • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.