Fənn · Materiallar mühəndisliyi

Materiallar texnologiyasıSillabus

İF-3280y7 kreditYaz semestriMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3280y
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Yaz semestri
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat - mühazirə b) 15 saat - məşğələ c) 15 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 81 saat sərbəst iş b) 54 saat - hazırlıq

Fənn haqqında

Materiallar texnologiyası” fənninin keçilməsində məqsəd materiallar və mexanika mühəndisliyi ixtisasları üzrə bakalavr pilləsində təhsil alanlarda materialların istehsalı,onlardan pəstahların, maşın detallarının hazırlanma texnologiyasının müasir, səmərəli və innovativ üsullarında tətbiq edilən avadanlıq və alətlərin konstruksiyasından həmcinin onların iş prinsipinin mənimsənilməsindən ibarətdir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • komanda işi
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Tələbələr materialların birləşdirilməsi, formaya salınması və kəsilməsi üzrə sənayedə tətbiq olunan qabaqcıl texnoloji proseslərin əsaslarına yiyələnəcəklər. Kurs çərçivəsində spesifik birləşdirmə üsulları, o cümlədən lövhəvi və silindrik detallar üçün mürəkkəb partlayışla qaynaq texnologiyasının kinematikası və hidrodinamik prinsipləri analiz ediləcək. Onlar fərqli materialların sərhədində yaranan mikrodalğalı tikiş strukturlarının xarakteristikasını və təmas zonalarının dayanıqlığını qiymətləndirməyi öyrənəcəklər. Fənnin yekununda iqtisadi cəhətdən səmərəli və etibarlı konstruksiyaların istehsalı üçün texnoloji marşrutların ardıcıllığını tərtib etmək qabiliyyəti formalaşacaq.

Mövzu planı

  1. 1.
    Kursun mahiyyəti və məqsədi. Konstruksiya materiallarının növləri və tətbiq sahələri.Mühazirə

    Fənnin əsas məqsədləri, sənayedə və mühəndislikdə istifadə olunan konstruksiya materiallarının təsnifatı və onların ümumi tətbiq sahələrinə dair giriş məlumatları.

  2. 2.
    Metalların atom-kristallik quruluşu və struktur təşkilediciləri. Ərintilərin kristal quruluşu. Metal və ərintilərin əsas xassələri. Mühazirə

    Metalların daxili quruluşu, kristal qəfəs tipləri, qüsurları və ərintilərin mexaniki, fiziki xassələrinin formalaşması prinsipləri.

  3. 3.
    Müasir metallurgiya istehsalatı. Metal və ərintilərin istehsalında tətbiq edilən materiallar. Domna sobasında çuqun istehsalı və alınan məhsullar.Mühazirə

    Metallurgiya sənayesinin əsasları, xammal bazası və domna sobasında çuqun istehsalı texnologiyası, həmçinin proses nəticəsində alınan məhsullar.

  4. 4.
    Polad istehsalı prosesinin mahiyyəti və mərhələləri. Marten sobasında polad istehsalı.Mühazirə

    Çuqundan poladın alınması prinsipləri, oksidləşmə prosesləri və ənənəvi Marten sobalarında poladəritmə texnologiyası.

  5. 5.
    Tələbə polad istehsalının texnoloji ardıcıllığını və Marten sobasının iş prinsipini izah etməyi bacarır.Mühazirə

    Müasir poladəritmə üsulları olan konvertor və elektrik qövs sobalarında istehsal, həmçinin maye poladın fasiləsiz və qəliblərə tökülməsi texnologiyaları.

  6. 6.
    Əlvan metalların istehsalı haqqında məlumat. Mis, alüminium və maqnezium istehsalı.Mühazirə

    Sənayedə geniş tətbiq olunan əsas əlvan metalların (mis, alüminium, maqnezium) filizdən alınma texnologiyaları və zənginləşdirmə prosesləri.

  7. 7.
    Metalların təzyiqlə emalının mahiyyəti və növləri. Təzyiqlə emalın metalın struktur və xassələrinə təsiri. Təzyiqlə emalda qızdırıcı qurğular və qızdırma rejimi.Mühazirə

    Plastik deformasiya nəzəriyyəsi, soyuq və isti emalın fərqləri, metalın strukturundakı dəyişikliklər və qızdırma sobalarının iş rejimləri.

  8. 8.
    Yayma prosesi. Yayma dəzgahları və boru yayma. Presləmə və onun növləri. Çəkib-uzatma.Mühazirə

    Yayma, presləmə və çəkib-uzatma əməliyyatlarının texnoloji parametrləri, istifadə olunan dəzgahların quruluşu və məhsul çeşidləri.

  9. 9.
    Sərbəst döymə prosesinin mahiyyəti, əməliyyatları və avadanlıqları. Döymə prosesinin texnologiyasının işlənməsi.Mühazirə

    Döymə istehsalının əsas əməliyyatları (çökdürmə, dartma, deşmə), istifadə olunan çəkic və preslər, texnoloji prosesin layihələndirilməsi.

  10. 10.
    Təbəqə ştamplama prosesi. Ştamplamada istifadə olunan çəkiclər və alətlər.Mühazirə

    Həcmi və təbəqə ştamplamanın əsasları, kəsmə, əymə, dərin çəkmə əməliyyatları və ştamp tərtibatlarının quruluşu.

  11. 11.
    Tökük istehsalının mahiyyəti. Qəlib materialları. Model komplekti. Qəlib və içlik qatışıqlarıMühazirə

    Töküm sənayesinin əsasları, model komplektlərinin layihələndirilməsi, qəlib materiallarının seçimi, həmçinin qəlib və içlik qatışıqlarının xassələri (plastiklik, qazkeçirmə, odadavamlılıq) barədə geniş məlumat.

  12. 12.
    Tökülmə sistemi və onun tökük alınmasında rolu. Qum-gilli qəliblərin növləri. Qəlibin əl ilə və maşınla hazırlanma texnologiyası. Qəlib içliklərinin hazırlanma texnologiyasıMühazirə

    Maye metalın qəlibə daxil olmasını təmin edən tökülmə sisteminin elementləri, qum-gilli qəlibləmənin növləri, əllə və maşınla qəlibləmənin, o cümlədən daxili boşluqları yaradan içliklərin hazırlanması texnologiyaları.

  13. 13.
    Tökülmə sistemi və onun tökük alınmasında rolu. Qum-gilli qəliblərin növləri. Qəlibin əl ilə və maşınla hazırlanma texnologiyası. Qəlib içliklərinin hazırlanma texnologiyasıMühazirə

    Maye metalın qəlibə daxil olmasını təmin edən tökülmə sisteminin elementləri, qum-gilli qəlibləmənin növləri, əllə və maşınla qəlibləmənin, o cümlədən daxili boşluqları yaradan içliklərin hazırlanması texnologiyaları.

  14. 14.
    Qaynaq istehsalının ümumi xarakteristikası. Qaynaq birləşməsi. Əl ilə və avtomatik elektrik qövs qaynağı.Mühazirə

    Qaynaq proseslərinin fiziki əsasları, qaynaq tikişinin və termiki təsir zonasının strukturu, əl ilə, eləcə də avtomatlaşdırılmış elektrik qövs qaynağı texnologiyaları və istifadə edilən avadanlıqlar.

  15. 15.
    Qazla qaynaq və qazla kəsmə. Qaz qaynağında alovun xarakteristikası və istifadə olunan avadanlıqlarMühazirə

    Qaz alovunun kimyəvi tərkibi (oksidləşdirici, normal, karbürləşdirici), qazla qaynaq və kəsmə əməliyyatlarının texnologiyası, qaz balonları, reduktorlar və odlukların (qorelkaların) quruluşu.

  16. 16.
    Kontakt qaynağı və onun növləri. Lehimləmə prosesinin mahiyyətiMühazirə

    Elektrik müqaviməti və təzyiq altında birləşmə yaradan kontakt (nöqtəvi, tikişli, relyefli, uc-uca) qaynağının xüsusiyyətləri. Əsas metalı əritmədən səthlərarası birləşmə yaradan lehimləmə prosesi.

  17. 17.
    Metalların kəsmə ilə emalı. Kəsgilər, Kəsmə rejimi və kəsilən qatın həndəsəsi. Kəsgiyə təsir edən qüvvələr.Mühazirə

    Yonqarçıxarma prosesinin fiziki əsasları, kəsici alətlərin (kəsgilərin) həndəsi parametrləri. Kəsmə sürəti, veriş, emal dərinliyi anlayışları və kəsmə prosesində yaranan qüvvələrin təhlili.

  18. 18.
    Metalkəsən dəzgahların təsnifatı. Torna dəzgahının quruluşu və iş prinsipi. Torna dəzgahında görülən işlər.Mühazirə

    Metalkəsən dəzgahların ümumi qruplaşdırılması, universal torna dəzgahının əsas qovşaqları, hərəkət mexanizmi və bu dəzgahlarda yerinə yetirilən texnoloji əməliyyatlar (xarici və daxili səthlərin yonulması, yiv açma).

  19. 19.
    Metallarin deşmə və içyonma dəzgahlarda emal edilməsiMühazirə

    Qapalı və açıq deşiklərin açılması, onların dəqiqliyinin və səth təmizliyinin artırılması. Deşmə və içyonma dəzgahlarında istifadə olunan matqap, zenker, развёртка kimi alətlərin tətbiqi.

  20. 20.
    Elektrik-eroziya və elektrik-kimyəvi emal üsullarının texnoloji xüsusiyyətləriMühazirə

    Yüksək bərkliyə malik və ənənəvi üsullarla emalı çətin olan materiallar üçün nəzərdə tutulmuş elektrofiziki (elektrik-eroziya) və elektrokimyəvi emal metodlarının iş prinsipləri və sənayedəki yeri.

  21. 21.
    Kompozisiya materiallarının təsnifatı və alınma texnologiyasiMühazirə

    Kompozitlərin mahiyyəti, matris və möhkəmləndirici (lifli, dispers və s.) komponentlər. Polimer, metal və keramik matrisli kompozisiyaların xüsusiyyətləri, onların formalaşdırılma və istehsal metodları.

  22. 22.
    Qeyri-metal materiallar və onlardan məmulatların hazirlanması. Plastik kütlələr və onların növləri.Mühazirə

    Mühəndislikdə istifadə olunan polimerlər, rezinlər, şüşə materialları. Plastik kütlələrin (termoplastlar və termoreaktivlər) təsnifatı, xassələri və onlardan ekstruziya, tökmə kimi üsullarla məmulat istehsalı.

  23. 23.
    Keramik materiallar, onların təsnifatı. Quruluşları, xassələri və tətbiq sahələri.Mühazirə

    Ənənəvi və texniki keramikanın əsasları, keramik materialların atom-kristal quruluşu. Onların yüksək temperaturlara (odadavamlılıq), korroziyaya və mexaniki aşınmaya davamlılıq xassələri.

  24. 24.
    Keramik materiallar, onların təsnifatı. Quruluşları, xassələri və tətbiq sahələri.Mühazirə

    Xüsusi təyinatlı qabaqcıl keramik materialların (oksid, karbid, nitrid əsaslı) mikrostrukturu, istehsal texnologiyaları (bişirilmə, presləmə) və yeni nəsil keramik materialların mühəndislik (aerokosmik, maşınqayırma) problemlərinin həllində rolu.

  25. 25.
    Cəmiyyətin mənəvi həyatı. İctimai şüur, onun strukturu və formalarıMühazirə

    Bu mövzuda ictimai şüurun mahiyyəti, strukturu və əsas formaları öyrənilir. Əxlaq, din, elm, hüquq və incəsənətin cəmiyyət həyatındakı rolu təhlil edilir. Mənəvi dəyərlərin sosial inkişafda əhəmiyyəti izah olunu

  26. 26.
    Təkrar poladın induksiya sobalarında əridilməsiMühazirə

    İnduksiya sobalarında elektromaqnit sahəsi hesabına istiliyin ayrılma mexanizmi, maye metalın hidrodinamik qarışdırılması və ekoloji cəhətdən təmiz əritmə texnologiyası.

  27. 27.
    Töküklər üçün keyfiyyətli poladın alın-ması texnologiyası. Poladın sobadan kənar emalı. Poladın sintetik posa ilə emalı. Plazmalı sobalarda poladın əridilməsi. Poladın elektroposa ilə təkrar əridilməsi.Mühazirə

    Zərərli qatışıqların kənarlaşdırılması üçün sintetik və elektroposa ilə emal daxil olmaqla, poladın sobadankənar təmizlənməsi və plazma əritmə texnologiyaları.

  28. 28.
    Təkrar əlvan metalların istehsalı üçün xammal. Əlvan metalların tullantıları. Linglərin və tullantıların toplanması.Mühazirə

    Əlvan metal qırıntıları və tullantılarının təsnifatı, onların qruplar üzrə toplanması, çeşidlənməsi və təkrar istehsal üçün xammal bazasının logistikasının təşkili.

  29. 29.
    Əlvan metalların ling və tullantılarının hazırlanması və ilkin təkrar emalı. Ling və tullantıların ilkin emalının əsas əməliyyatları.Mühazirə

    Əlvan metal tullantılarının əritməyə qədərki mexaniki (kəsmə, presləmə, paketləmə) və termiki hazırlıq mərhələləri, eləcə də ilkin emal avadanlıqları.

  30. 30.
    Təkrar mis və onun əsasında ərintiləri-nin istehsalı. Şaxtalı sobalar və onların zonaları. Təkrar xammalın şaxtalı sobada əridilməsi. Təkrar qara misin alınması. Təkrar xammaldan tuncların əridilməsi.Mühazirə

    Təkrar mis xammalının şaxtalı sobalarda əridilməsi, soba zonalarının termodinamik xarakteristikası, qara misin bərpası və müxtəlif tunc ərintilərinin alınması texnologiyası.

  31. 31.
    Təkrar mis və onun əsasında ərintiləri-nin istehsalı. Şaxtalı sobalar və onların zonalar. Təkrar xammalın şaxtalı sobada əridilməsi. Təkrar qara misin alınması. Təkrar xammaldan tuncların əridilməsi.Mühazirə

    Təkrar mis metallurgiyasında əritmə prosesinin və itkilərin optimallaşdırılması, təkrar xammaldan alınan tuncların mexaniki xassələrinə nəzarət və defektlərin qarşısının alınması.

  32. 32.
    Təkrar mis və onun əsasında ərintiləri-nin istehsalı. Şaxtalı sobalar və onların zonalar. Təkrar xammalın şaxtalı sobada əridilməsi. Təkrar qara misin alınması. Təkrar xammaldan tuncların əridilməsi.Mühazirə

    Təkrar mis metallurgiyasında əritmə prosesinin və itkilərin optimallaşdırılması, təkrar xammaldan alınan tuncların mexaniki xassələrinə nəzarət və defektlərin qarşısının alınması.

  33. 33.
    Təkrar nikeltəşkiledici xammalın emalı. Əridilmə zamanı gedən proseslər.Mühazirə

    Tərkibində nikel olan xüsusi ərinti tullantılarının təkrar emalı xüsusiyyətləri, çətin əriyən elementlərin mənimsənilməsi və əritmə zamanı baş verən fiziki-kimyəvi reaksiyalar.

  34. 34.
    Təkrar qalaytəşkiledici xammalın emalı.Mühazirə

    Qalay tərkibli tullantıların (ağ tənəkə, xüsusi lehim qırıntıları və s.) emalı, qiymətli qalayın bərpası, hidrometallurji və pirometallurji saflaşdırma texnologiyaları.

  35. 35.
    Təkrar əlvan metalların metallurgiyası-nın inkişafının əsas istiqamətləri. Əsas perspektivli avadanlıqlar əksetdirici sobalar. Qurğuşunun, sinkin, qalayın və digər əlvan metalların vakuumda saflaşdırılması.Mühazirə

    İkinci dərəcəli metallurgiyanın müasir trendləri, əksetdirici sobaların istismarı və metalların (qurğuşun, sink, qalay) təmizliyini artırmaq üçün vakuum-termo-kimyəvi saflaşdırma (rafinəetmə) üsulları.

  36. 36.
    Qeyri-metal materiallar haqqında ümumi məlumatlarMühazirə

    Sənayedə tətbiq olunan qeyri-metal konstruksiya materiallarının (polimerlər, kompozitlər, keramikalar) ümumi təsnifatı, metalları əvəzləmə xüsusiyyətləri.

  37. 37.
    Polimerlərin xarakteristikası. Plastik kütlələr, onların təsnifatı, növləri və təkrar emal üsulları.Mühazirə

    Makromolekulyar quruluşa malik polimer materialların strukturu, plastik kütlələrin termoplastik və termoreaktiv olaraq təsnifatı, onların mexaniki (ekstruziya) və kimyəvi təkrar emal texnologiyaları.

  38. 38.
    Təkrar ağac materiallarMühazirə

    Sənaye və məişət ağac tullantılarının növləri, onların qatılaşdırılması, preslənməsi və yonqar-lift plitələr, MDF kimi yeni inşaat və mebel materiallarına çevrilməsi prosesləri.

  39. 39.
    Yapışqan və hermetiklərMühazirə

    Sənayedə detalları bir-birinə bərkitmək və izolyasiya yaratmaq üçün istifadə olunan yapışdırıcıların və hermetik materialların kimyəvi tərkibi, iş prinsipi və tullantıların idarə olunması.

  40. 40.
    Ovuntu materiallarının təkrar emalıMühazirə

    Toz metallurgiyasının prinsipləri, tullantı materiallardan dispers metal ovuntularının (tozlarının) alınması, preslənməsi, bişirilməsi və sənaye miqyasında detallara çevrilməsi.

  41. 41.
    Təkrar xammalın emalında təbiətin mühafizəsi məsələləriMühazirə

    Təkrar emal müəssisələrində yaranan zərərli qaz emissiyalarının, suların təmizlənməsi, sənaye ekologiyası standartları və davamlı inkişaf üçün ətraf mühitin mühafizəsi strategiyaları.

Ədəbiyyat

  1. R.Q.Hüseynov., Materiallar texnologiyası., Bakı 2025

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5