Fənn · Materiallar mühəndisliyi

Fiziki kimyaSillabus

İF-3065Y4 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3065Y
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə b) 15 saat seminar C) 15 saat laboratoriya
Auditoriyadan kənar saatlar
a) 24 saat MRTSİ b) 36 saat TSİ

Fənn haqqında

Fiziki kimya fənni kimyəvi proseslərin fiziki qanunauyğunluqlarını və maddələrin çevrilmələrinin enerji, tarazlıq və sürət baxımından əsaslarını öyrənməyə xidmət edir. Fənn çərçivəsində kimyəvi termodinamika, kimyəvi kinetika, faza tarazlığı, məhlullar, elektrokimya və səth hadisələri haqqında nəzəri biliklər mənimsədilir. Nəticədə tələbələr kimyəvi proseslərin mexanizmini, onların idarə olunma prinsiplərini və müxtəlif mühəndislik və texnoloji sistemlərdə tətbiqini elmi əsaslarla dərk etmək bacarığı qazanırlar.

Tədris metodları

  • mühazirə
  • seminar
  • laboratoriya işi

Fənn təlim nəticələri (CLO)

Təlim nəticəsi əlavə edilməyib.

Mövzu planı

  1. 1.
    3. Kimyəvi termodinamika -Termodinamikanın II və III qanunuMühazirə
  2. 2.
    4. Kimyəvi termodinamika - Kimyəvi tarazlıq. Tarazlıq sabitinin termodinamiki ifadəsi Mühazirə
  3. 3.
    5. Məhlullar, ərintilər - Həllolma qqbiliyyəti. Məhlulların əsas fiziki-kimyəvi qanunlarıMühazirə
  4. 4.
    6. Məhlullar, ərintilər - Bərk məhlulların tipləri. Xəlitələır. İntermetallidlərMühazirə
  5. 5.
    7. Heterogen faza tarazliqlari - Fiziki-kimyəvi analiz. Faza keçidləri. Hibbsin fazalar qaydası Mühazirə
  6. 6.
    8. Heterogen faza tarazliqlari - Fiziki-kimyəvi analizin tədqiqat üsullarıMühazirə
  7. 7.
    9. Heterogen faza tarazliqlari -Faza diaqramları. Bir və iki komponentli metal sistemlərinin hal diaqramlarının əsas tipləri Mühazirə
  8. 8.
    10. Kimyəvi kinetika və kataliz. Reaksiya sürəti və tərtibi Mühazirə
  9. 9.
    11. Kimyəvi kinetika və kataliz -Kimyəvi reaksiyaya sürətinə tempe-raturun təsiri. Vant-Hoff qaydası Mühazirə
  10. 10.
    12. Kimyəvi kinetika və kataliz -Katalitik reaksiyalar. KatalizMühazirə
  11. 11.
    13. Nanohissəciklərin fiziki-kimyası. Əsas anlayışlar . Həcmi üçölçülü (3D) quruluşlar, nanoklasterlər ,fiziki-kimyəvi parametrlərin ölçüdən asılılığıMühazirə
  12. 12.
    14. Elektrokimya. Korroziya hadisələri -Elektrokimyəvi sistemlər. Elektrodlar və batareyalarMühazirə
  13. 13.
    15. Elektrokimya. Korroziya hadisələri Metalların korroziyası və onunla mübarizə. Kimyəvi və elektrokimyəvi korroziyaMühazirə
  14. 14.
    1. Laboratoriya ilə tanışlıq. Təhlükəsizlik texnikası haqqında məlumatLaboratoriya
  15. 15.
    2. Maddələrin sıxlığının təyini Laboratoriya
  16. 16.
    3. Refraktometriya. Şüasındırma əmsalının təyini Laboratoriya
  17. 17.
    4. - Maddələrin istilik tutumu. İzobar və izoxor istilik turmlarının təyiniLaboratoriya
  18. 18.
    5. Krioskopiya və ebuloskopiya. Donma temperaturunun təyini Laboratoriya
  19. 19.
    6. Mürəkkəb efirin parçalanma reaksiyasının kinetikasının öyrənilməsi, reaksiya tərtibinin təyini Laboratoriya
  20. 20.
    7. Asetonun yodlaşma reaksiyasının sürətinin təyini Laboratoriya
  21. 21.
    8. Laboratoriya işlərinin yekunlaşdırılması. İşlərin qəbulu Laboratoriya
  22. 22.
    1. Əsas termodinamiki anlayişlar. Termodiamiki funksiyalar. Termokimya. Hess qanunu Məşğələ
  23. 23.
    2. Termodinamikanın II və III qanunun ifadə üsulları. Reaksiyaların entalpiya, entropiya və Gibbs enerjisi Məşğələ
  24. 24.
    3.Raul və Henri qanunları. Krioskopiya və ebuloskopiyaMəşğələ
  25. 25.
    4. Bir, iki və üç komponentli sistemlərə fazalar qaydasının tətbiqiMəşğələ
  26. 26.
    5. Bir və iki tərtibli reaksiyalar Məşğələ
  27. 27.
    6. Aktivləşmə enerjisi və onun təyini. Katalizatorların reaksiyanın istiqamətinə təsiri. Seçicilik Məşğələ
  28. 28.
    7.Elektrod potensiallrı. Elektrokimyəvi dövrənin elektrik hərəkət qüvvəsi (EHQ). Qatılıq dövrələri Məşğələ

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5