Ümumi məlumat
- Fənn kodu
- AZT-107
- Kredit
- 2
- Tələbənin iş yükü
- 60
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- seminar-30 saat
- Auditoriyadan kənar saatlar
- a) TSİ-15 saat, b) MRTSİ- 15 saat
Fənn haqqında
«Rəsm» fənni – mühəndis qrafikasınının bölmələrini və maşın qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən fənlərdən biridir. «Rəsm»in öyrənilməsində əsas məqsəd: məhsulun və ya komponentin bütün həndəsi xüsusiyyətlərini dəqiq və birmənalı şəkildə tutmaqdır. Mühəndislik rəsminin son məqsədi istehsalçıya həmin komponenti istehsal etməyə imkan verəcək bütün tələb olunan məlu¬matları çatdırmaqdır. «Rəsm» mühəndis-texniki təhsilin formalaşması və mənimsənilməsi işində əsas fənlərdən biri sayılır.
Tədris metodları
- laboratoriya işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
Təlim nəticəsi əlavə edilməyib.
Mövzu planı
- 1.Rəssamlıq dərsində istifadə olunan lavazimatların təqdim olunması, rəsm sənətinin tarixi, rəsm sənətinin inkişafı, müx¬təlif rəngləmə tətbiqləri.Məşğələ
- 2.Parçanın və qövsün yarıya bölünməsi. Perpendikulyar to¬xu-nanın çəkilməsi. Qovuşmalar: iki düz xəttin, düz xətlə çevrənin və iki çevrənin qovuşması.Məşğələ
- 3.Maillik və konusluq. Yastı konturların çəkilməsinə aid məşğələ.Məşğələ
- 4.AutoCAD proqramının interfeysi. Hal sətrinin əmrləri.Məşğələ
- 5.AutoCAD proqramının interfeysi. Hal sətrinin əmrləri.Məşğələ
- 6.AƏmrlərdən istifadə qaydası. 2D cizgilərinin çəkilməsi üçün əmrlər. Məşğələ
- 7.Seçmə üsulları. Redaktəetmə əmrləri.Məşğələ
- 8.Qatlar, Ölçülərin qoyulması. Ölçü və mətn stilləri,Məşğələ
- 9.Mürəkkəb formalı yastı konturların çəkilməsinə aid məşğələ.Məşğələ
- 10.3D modelləmədə AutoCAD proqramının interfeysi. İstifadəçi koordinat sistemi. Sadə primitivləri çəkmək üçün əmrlər.Məşğələ
- 11.Sadə 3D modellərin qurulmasına aid məşğələ.Məşğələ
- 12.Mürəkkəb 3D modellərin çəkilməsi və redaktəsi üçün əmrlər. Mürəkkəb 3D modellərin qurulmasına aid məşğələ.Məşğələ
- 13.Naturadan verilmiş detalın 3D modellənməsi. Material və teksturanın tətbiqi.Məşğələ
- 14.Kamera və işığın tətbiqi ilə 3D modellərin qurulması və realis¬tik görünüşün alınması. Render vasitəsi ilə 3D modeldən rastr şəkillərinin alınmasına aid məşğələ.Məşğələ
- 15.Kameranın tətbiqilə animasiyaların alınması və yadda sax¬lanılması. Cizgilərin çapı. Məşğələ
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 20 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |
| laboratoriya | fənn üzrə yerinə yetirilən laboratoriya işləri qiymətləndirilir. | 10 |