Fənn · İnformasiya təhlükəsizliyi

Alqoritmlər və verilənlər strukturları

İFS-2226yn6 kreditPayız semestriSeçmə2

Fənn haqqında

Kredit

6

İş yükü

135saat

Semestr

Payız

Tədris ili

2

Fənnin təsviri

Fənn tələbələrdə alqoritmik düşüncə, problemlərin sistemli həlli və səmərəli proqram həllərinin hazırlanması üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində alqoritmlərin əsas prinsipləri, xüsusiyyətləri və təsnifatı, eləcə də zaman və məkan mürəkkəbliyinin təhlili öyrənilir. Massivlər, siyahılar, yığınlar, növbələr, bağlı siyahılar, ağaclar və qraflar kimi əsas verilənlər strukturları və onların alqoritmlərlə qarşılıqlı əlaqəsi nəzərdən keçirilir. Tələbələr sıralama, axtarış, qraf və ən qısa yol alqoritmləri ilə, həmçinin böl və idarə et, acgöz yanaşma, dinamik proqramlaşdırma və geriyə qayıtma kimi əsas alqoritmik strategiyalarla tanış olurlar. Fənn tələbələrdə verilmiş problemin xüsusiyyətlərini təhlil etmək, uyğun verilənlər strukturunu və alqoritmik yanaşmanı seçmək, alqoritmlərin effektivliyini qiymətləndirmək və optimallaşdırılmış həllər hazırlamaq bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Alqoritmlərin əsas anlayışları, xüsusiyyətləri, təsvir üsulları, mürəkkəblik anlayışı və verilənlərin strukturlarının növləri barədə fundamental biliklərə yiyələnməlidir.

  2. CLO 2: Xətti və qeyri-xətti verilənlər strukturlarını (massivlər, əlaqəli siyahılar, yığınlar, növbələr, ağaclar, qraflar, hash cədvəlləri və s.) bilməli, onların tətbiq sahələrini fərqləndirməli və uyğun strukturu seçmək bacarığına malik olmalıdır.

  3. CLO 3: Axtarış, sıralama, rekursiya, qraf və ağac alqoritmləri kimi əsas alqoritmlərin iş prinsiplərini bilməli, onların vaxt və yaddaş mürəkkəbliyini təhlil etməli və müqayisə etməlidir.

  4. CLO 4: Müxtəlif proqramlaşdırma dillərində alqoritmləri və verilənlər strukturlarını layihələndirmək, reallaşdırmaq, test etmək və optimallaşdırmaq bacarıqlarını əldə etməlidir.

  5. CLO 5: Hesablama məsələlərinin həlli üçün uyğun alqoritm və verilənlər strukturunu seçməli, alqoritmlərin səmərəliliyini qiymətləndirməli və praktik problemlərin həllində tətbiq etməlidir.

  6. CLO 6: Alqoritmik düşünmə, problem həll etmə və proqram təminatının hazırlanması prosesində müasir alqoritmik yanaşmaları tətbiq etməli, müxtəlif həll üsullarını müqayisə edərək optimal həlli əsaslandırmaq bacarığına malik olmalıdır.