Fənn · İnformasiya təhlükəsizliyi

Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi

İF-2216y5 kreditPayız semestriMəcburi4

Fənn haqqında

Kredit

5

İş yükü

90saat

Semestr

Payız

Tədris ili

4

Fənnin təsviri

Fənn tələbələrdə sənaye idarəetmə sistemləri və kritik infrastrukturların kibertəhlükəsizliyi üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində İT və OT mühitləri arasındakı fərqlər, sənaye idarəetmə sistemlərinin arxitekturası və SCADA, PLC, DCS, RTU, HMI kimi əsas sənaye texnologiyalarının iş prinsipləri öyrənilir. Tələbələr Modbus, DNP3, ICCP və digər sənaye kommunikasiya protokollarının xüsusiyyətləri və təhlükəsizlik riskləri ilə tanış olurlar. Kritik infrastrukturlarda mövcud olan zəifliklərin, kiber təhdidlərin və risklərin müəyyən edilməsi, təhlili və aradan qaldırılması üsulları nəzərdən keçirilir. Həmçinin İT mühitində tətbiq olunan uyğun kibertəhlükəsizlik tədbirlərinin OT sistemlərinə uyğunlaşdırılması və sənaye mühitində təhlükəsizliyin təmin edilməsi yanaşmaları araşdırılır. Fənn tələbələrdə sənaye sistemlərində baş vermiş kibertəhlükəsizlik hadisələrini təhlil etmək, əsas səbəbləri müəyyənləşdirmək və uyğun müdafiə tədbirlərini seçmək bacarıqlarının formalaşdırılmasına yönəlmişdir.

Fənn təlim nəticələri

  1. CLO 1: IT ve OT mühitləri arasindaki fərqləri, OT sistemlərinə aid olan protokolları və işləyişini bilməlidir.

  2. CLO 2: Kritik infrastrukturlarda sistemlərə aid boşluqları/zəiflikləri müəyyən edə bilməli və onları aradan qaldırmağın üsullarına yiyələnməlidir.

  3. CLO 3: Kritik infrastrukturlarda PLC, DCS, RTU, HMI, AVR kimi sistemlər ilə tanış olmalıdır.

  4. CLO 4: Kritik infrastrukturlarda potensiyal kiber təhdidləri müəyyən edə bilməli və risk analizi edə bilməlidir.

  5. CLO 5: IT mühitində tətbiq edilən uyğun kiber təhlükəsizlik addımlarının OT mühitinə tətbiqini bilməlidir.

  6. CLO 6: Kritik infrastrukturlara aid baş vermiş hadisələri analiz edə bilməli, əsas səbəbin tapılması üçün müvafiq addımların tətbiqlərini bilməlidir.